Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-112/2024 05.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1, şikayətçi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru X8 və etibarnamə üzrə nümayəndəsi X4 iştirakları ilə, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru X8 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru X12 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən tərtib edilmiş MN №1614066 saylı, 14 dekabr 2023-cü il tarixli qərarının ləğv edilərək inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-6548/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən "xxxx" QSC-nin direktoru X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin MN seriyalı ******* saylı, 14 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında qərarından şikayəti və ona əlavə edilmiş sənədlər baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Şikayətçi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru X12 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsi onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən MN №1614066 saylı, 14 dekabr 2023-cü il tarixli inzibati xəta barədə qərar qəbul etmişdir. Hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır. Qərar ona görə qanunsuz və əsassızdır ki, inzibati xəta barədə qərar qəbul edən inzibati orqan araşdırma aparmamış, sübutları düzgün qiymətləndirməmiş və düzgün tədqiq etməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin dispozisiyası ilə inzibati məsuliyyətin yaranmasının əsası məhz işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə ilə şərtləndirilir, əks halda şəxs barəsində inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz. Nəzərə çatdırılmalıdır ki, "xxxx" QSC və Şahid arasında 2 (iki) ay müddətinə (avtomatik uzanma ilə) əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinə əsasən iş saatları qrafiki əvvəlcə 8 (səkkiz) saat, daha sonra isə 12 (on iki) saat olaraq (xx.xx.2023-cü tarixindən) müəyyən edilmişdir. Bununla bağlı Əmək Müqaviləsinin müvafiq Əlavələri imzalanmışdır. İşçi Şahid xx.xx.2023-cü il tarixdə iş yerinə (Baş ofisə) əmək müqaviləsinə dəyişiklik edilməsi (iş saatları qrafikinin dəyişdirilməsi) barədə Əlavənin imzalanması ilə bağlı dəvət edilmişdir. İşçinin əsas iş yeri olaraq dənizdə (gəmidə) olması səbəbindən daha əvvəl sözügedən əlavə barəsində məlumat ona şifahi qaydada verilmişdir. İşçinin 14 (on dörd) günlük iş növbəsi bitdikdən sonra isə iş yerinə müvafiq əlavənin imzalanması ilə bağlı dəvət edilmiş və imzalamaqdan imtina edərək, ofis əməkdaşları ilə dalaşıb kobud ifadələrdən istifadə edərək ofisi tərk etmişdir. Bu hadisə işəgötürən tərəfindən aktlaşdırılmışdır. Daha sonra isə işçi bir daha işə çıxmamış və əmək funksiyalarını yerinə yetirməmişdir. İşçiyə bununla bağlı dəfələrlə xəbərdarlıq edilmişdir. Lakin bütün zənglər, mesajlar və ünvana göndərilmiş məktublar cavabsız qalmışdır. Bu hadisədə işçinin işə cəlb edilməsi və ya başqa işlərin təklif edilməsi, istirahət günü barəsində tələblərin pozulması halının mümkünlüyü belə iddia oluna bilməz. Nəzərə çatdırılmalıdır ki, "xxxx" QSC neft-qaz sahəsində mühüm və önəmli layihələrin iştirakçısı kimi uzun illərdir xidmət göstərir. Şirkət uzun illər davam edən fəaliyyəti ərzində heç bir əməkdaşına ədalətsiz davranmamışdır və heç bir əməkdaşı tərəfindən hər-hansı narazılıq halları yaşanmamışdır. Bu halda da şirkətləri yenidən insanlıq və humanistlik göstərərək əmək müqaviləsinə Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq xitam verməmiş və bunun əvəzində işçiyə 8 saatlıq iş qrafiki üzrə orta aylıq əmək haqqı hesablanaraq tam şəkildə ödənilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə işçi Şahid iş yerinə yaxınlaşaraq öz istəyi ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ərizə yazmışdır. Növbəti gün isə işçi qanunvericiliyin tələblərinə uyğun olaraq son haqqhesab və əmək kitabçasını təhvil alaraq işəgötürənə qarşı heç bir əlavə maddi tələbinin olmaması barədə iltizam imzalamışdır. Bununla bağlı bank hesabından, kart hesabından çıxarışlar şikayətə əlavə edilmişdir. Şahid tərəfindən Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Hesab edir ki, hazırkı inzibati xəta barədə işə baxılarkən işin halları inzibati orqan tərəfindən kifayət qədər araşdırılmamışdır. Beləliklə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən tərtib edilmiş MN №1614066 saylı, 14 dekabr 2023-cü il tarixli qərarının ləğv edilərək inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru X12 tərəfindən Şahid Azərbaycan Respublikası Əmək Məcəlləsinin 107-ci maddəsinin tələbləri pozularaq xx.xx.2023-cü il tarixində istirahət günündə işə cəlb edilməsi ilə normal əmək və istirahət rejiminin pozulması, həmçinin həmin iş günü üçün əmək haqqı ödənilməməklə həmin Məcəllənin 164-cü maddəsinin tələblərinə əməl olunmaması faktı aşkar edildiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 192.4 və 198.1.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi əsas gətirilərək xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və 1000 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Həmçinin, vətəndaş Şahid müraciəti əsasında başlanmış araşdırma zaman əldə olunmuş "xxxx" QSC-yə məxsus oktyabr ayı üçün tərtib olunmuş tabeldən də görünür ki, Şahid 02 oktyabr 2023-cü il tarixində işəgötürən tərəfindən işə cəlb edilmişdir. Beləliklə o, göstərilənləri nəzərə alaraq şikayətçi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru X12 tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru X12 şikayət ərizəsində göstərdiyi xüsusatları təsdiqləyərək barəsində qəbul edilmiş MN №1614066 saylı, 14 dekabr 2023-cü il tarixli qərarının ləğv edilərək inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X7 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X12 tərəfindən Şahid Azərbaycan Respublikası Əmək Məcəlləsinin 107-ci maddəsinin tələbləri pozularaq xx.xx.2023-cü il tarixində istirahət günündə işə cəlb edilməsi ilə normal əmək və istirahət rejiminin pozulması, həmçinin əmək haqqı ödənilməməklə həmin Məcəllənin 164-cü maddəsinin tələblərinə əməl olunmaması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 192.4 və 198.1.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 1000 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Lakin sözügedən qərar kifayət qədər araşdırma aparılmadan əsassız olaraq tərtib edilmişdir. Belə ki, ilkin olaraq qeyd etməlidir ki, səlahiyyətli orqan tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən QSC tərəfindən tərtib edilmiş tabelə istinad edilsə də, həmin tabel daha əvvəldən tərtib olunduğundan müəyyən yanlışlıqlara yol verilərək Şahid xx.xx.2023-cü il tarixdə işə çıxması göstərilmişdir. O, həmin gün sadəcə olaraq əmək müqaviləsində edilmiş dəyişikliklə tanış olmaq və imzalamaq üçün dəvət edilmiş, lakin o, dava dalaş salaraq çıxıb getmişdir. Bundan əlavə, "xxxx" QSC-də çalışan işçilər şirkətə daxil olmaq üçün barmaq izindən istifadə edirlər, məhkəməyə təqdim olunan çıxarışdan da məlum olduğu kimi oktyabr ayında Qədim Babayev işə gəlmədiyindən həmin çıxarışda onun barmaq izindən istifadə etməsi öz əksini tapmamışdır. Beləliklə o, göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı Şahid ilə telefon vasitəsilə əlaqə saxlanılmış və o, bildirmişdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" QSC-yə getməmiş və bu aralıqda həmin şirkətdə əmək fəaliyyəti göstərməmişdir. Bu səbəbdən "xxxx" QSCdən şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdən etibarən "xxxx" QSC-də ofis meneceri vəzifəsində çalışır. Oktyabr ayının 2-də həmin şirkətdə çalışan Şahid hər hansı bir işə cəlb edilməsinin şahidi olmamışdır və həmin şəxs oktyabr ayından etibarən "xxxx" QSC-də olan fəaliyyətini dayandıraraq işə gəlməmişdir. Məhkəmə şikayətçinin ərizəsini, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X4 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin rəis müavini X10 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru X12 tərəfindən Şahid Azərbaycan Respublikası Əmək Məcəlləsinin 107-ci maddəsinin tələbləri pozularaq xx.xx.2023-cü il tarixində istirahət günündə işə cəlb edilməsi ilə normal əmək və istirahət rejiminin pozulması, həmçinin əmək haqqı ödənilməməklə həmin Məcəllənin 164-cü maddəsinin tələblərinə əməl olunmaması faktı aşkar edildiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 192.4 və 198.1.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 1000 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir; "xxxx" QSC ilə Şahid arasında bağlanmış K115 nömrəli əmək müqaviləsindən görünür ki, xx.xx.2023-cü il tarixindən başlayaraq Şahid kran operatoru vəzifəsinə qəbul edilmişdir; "xxxx" QSC-nin direktoru tərəfindən təsdiqlənmiş 048 nömrəli 17 oktyabr 2023-cü il tarixli əmrdən görünür ki, həmin şirkətdə kran operatoru vəzifəsində çalışan Şahid ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi və ona istifadə etmədiyi 16 məzuniyyət gününə görə kompensasiyanın son-haqq hesab olaraq ödənilməsi əmr edilmişdir; "xxxx" ASC tərəfindən verilmiş əmək haqqı üzrə çıxarışdan görünür ki, "xxxx" QSC tərəfindən ümumilikdə 1540.67 manat məbləğində əmək haqqı sentyabr ayı üçün Şahid hesabına ödənilmişdir; "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş aylıq tabeldən görünür ki, 2023-cü ilin oktyabr ayının 2-də kran operatoru vəzifəsində çalışan Şahid işə cəlb edilmişdir; davamiyyətin yoxlanılması barədə çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixədək olan müddətdə “finger print” cədvəlində Şahid adı qeyd olunmamışdır; Şahid Bakı şəhəri 3 saylı notariat ofisində verdiyi **********611 saylı ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixlərinə kimi "xxxx" QSC-yə işə gəlməmiş və bu tarix aralığında "xxxx" QSC-də əmək fəaliyyəti olmamışdır. Bununla əlaqədar "xxxx" QSC-yə heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. 198.1.5-ci maddəsinə əsasən əməyin mühafizəsi qaydalarının pozulmasına, yəni normal əmək və istirahət rejiminə riayət edilməməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şahid əmək hüquqlarının pozulması barədə müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsində baxılmış, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru X12 tərəfindən Şahid Azərbaycan Respublikası Əmək Məcəlləsinin 107-ci maddəsinin tələbləri pozularaq xx.xx.2023-cü il tarixində istirahət günündə işə cəlb edilməsi ilə normal əmək və istirahət rejiminin pozulması, həmçinin əmək haqqı ödənilməməklə həmin Məcəllənin 164-cü maddəsinin tələblərinə əməl olunmaması faktı aşkar edildiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 192.4 və 198.1.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 1000 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Lakin məhkəmə qeyd edir ki, “KAYTON» QSC-nin direktoru X12 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.4 və 198.1.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları və onlara əlavə olunmuş sənədlərlə öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinin tərkibi işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilməsinə görə, İXM-nin 198.1.5-ci maddəsinin tərkibi isə əməyin mühafizəsi qaydalarının pozulmasına, yəni normal əmək və istirahət rejiminə riayət edilməməsinə görə yarana bilər. Məhkəmə ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, "xxxx" QSC-nin etibarnamə üzrə nümayəndəsi X7 izahatında bildirmişdir ki, QSC-də çalışan işçilər şirkətə və iş yerinə daxil olmaq üçün barmaq izindən istifadə edirlər, məhkəməyə təqdim olunan çıxarışdan da məlum olduğu kimi oktyabr ayında Qədim Babayev işə gəlmədiyindən həmin çıxarışda onun barmaq izindən istifadə etməsi öz əksini tapmamışdır. Həmçinin onun məhkəməyə təqdim etdiyi davamiyyətin yoxlanılması barədə çıxarışa nəzər yetirdikdə məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixədək olan müddətdə “finger print” cədvəlində Şahid adı qeyd olunmamışdır. Bundan əlavə o, izahatında əlavə olaraq qeyd etmişdir ki, səlahiyyətli orqan tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən QSC tərəfindən tərtib edilmiş tabelə istinad edilsə də, həmin tabel daha əvvəldən tərtib olunduğundan müəyyən yanlışlıqlara yol verilərək Şahid xx.xx.2023-cü il tarixdə işə çıxması göstərilmişdir. O, həmin gün sadəcə olaraq əmək müqaviləsində edilmiş dəyişikliklə tanış olmaq və imzalamaq üçün dəvət edilmiş, lakin o, dava dalaş salaraq çıxıb getmişdir. Məhkəmə hesab edir ki, "xxxx" QSC-nin etibarnamə üzrə nümayəndəsi X4 izahatında göstərdiyi hallar şikayət ərizəsinə əlavə olunmuş sənədlərlə, onun məhkəməyə təqdim etdiyi sübutlarla, həmçinin şahid qismində dindirilmiş X3 izahatı ilə də öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdən etibarən "xxxx" QSC-də ofis meneceri vəzifəsində çalışır. Oktyabr ayının 2-də həmin şirkətdə çalışan Şahid hər hansı bir işə cəlb edilməsinin şahidi olmamışdır və həmin şəxs oktyabr ayından etibarən "xxxx" QSC-də olan fəaliyyətini dayandıraraq işə gəlməmişdir. Bundan başqa, Şahid ilə telefon vasitəsilə əlaqə saxlanılmış və o da bildirmişdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" QSC-yə getməmiş və bu aralıqda həmin şirkətdə əmək fəaliyyəti göstərməmişdir. Bu səbəbdən "xxxx" QSCdən şikayət və tələbi yoxdur. Bu hal həmçinin Şahid Bakı şəhəri 3 saylı notariat ofisində verdiyi **********611 saylı ərizəsi ilə də təsdiqlənir. Həmin ərizədə o, qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi "xxxx" QSC-yə işə gəlməmiş və bu tarix aralığında "xxxx" QSC-də əmək fəaliyyəti olmamışdır. Həmçinin, məhkəmə qeyd edir ki, Şahid xx.xx.2023-cü il tarixdə işə cəlb olunmadığı üçün "xxxx" QSC tərəfindən həmin gün üçün ona hər hansı bir ödəniş edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, “KAYTON» QSC-nin direktoru X12 tərəfindən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilməsi, habelə əməyin mühafizəsi qaydalarının pozulması, yəni normal əmək və istirahət rejiminə riayət edilməməsi sübuta yetirilmədiyindən şikayət təmin edilməli, səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən “KAYTON» QSC-nin direktoru X8 barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru X12 tərəfindən verilmiş şikayət təmin edilsin. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 198.1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-112/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-112/2024
05.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver