Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1124/2020 17.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 Bakı şəhər Dövlət X7 Müşayət-Eskotr bölüyü YPX-nin baş inspektoru, polis mayoru X5 tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edə-rək Bakı şəhər Dövlət X7 Müşayət- Eskotr bölüyü YPX-nin baş inspektoru, polis mayoru X5 tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, həyat yoldaşının vəfatı ilə əlaqədar olaraq şəxsiyyət vəsiqəsini dəyişdirilməsi məqsədi ilə xx.xx.2020-ci il tarixdə 2 saylı Bakı Asan Xidmət Mərkəzinə təhvil vermiş, lakin ona 2 saylı Asan Xidmət Mərkəzi tərəfindən heç bir arayış verilməmişdir. xx.xx.2020-ci il tarixdə şəxsiyyət vəsiqəsini almaq məqsədi ilə 2 saylı Bakı Asan Xidmət Mərkəzinə gedərkən Xətai rayonu Nobel prospektində qurulan postların birində polis əməkdaşları tərəfindən saxlanılmış, ölkə ərazisində “COVİD-19” pandemiyası ilə əlaqədar olaraq xüsusi-karantin rejimi qaydalarını pozduğu əsas gətirilməklə barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə 100 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. O, polis əməkdaşlarına şəxsiyyət vəsiqəsini 2 saylı Asan Xidmət Mərkəzində olduğunu və mərkəzdən ona heç bir arayışın verilmədiyini bildirsə də, buna məhəl qoyulmamışdır. Hazırda üç uşaq anasıdır, heç bir yerdə işləmir, iki xəstə qızı vardır və ikisi də məktəblidir. Qeyd olunanların nəzərə alınaraq ərizəsinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq göstərdi ki, icazəni köhnə şəxsiyyət vəsiqəsi ilə almış, polis əməkdaşı ondan şəxsiyyət vəsiqəsini tələb etmiş, şəxsiyyət vəsiqəsinin üzərində daşımasının məcburi olduğunu bildirmiş, şəxsiyyət vəsiqəsini dəyişmək üçün təhvil verməsi barədə polisə bildirsə də, polis əməkdaşı buna məhəl qoymamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş material-larını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə xx xxxx 2020-ci il tarixli qərarına əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək məhdudiyyətlər tətbiq edilmişdir. Həmin Qərarın 1.5-ci maddəsinə əsasən Bu Qərarın 1.2-ci, 1.3-cü və 1.4-cü bəndlərində göstərilən şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə aşağıdakı hallarda yol verilir: 1.5.1. təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; 1.5.2. ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar; 1.5.3. yaxın qohumunun dəfnində iştirakla əlaqədar. Həmin Qərarın 12-ci bəndinə əsasən Bu Qərarda nəzərdə tutulmuş qaydada şəxslərin hərəkəti zamanı onların üzərlərində şəxsiyyəti təsdiq edən sənədlərin olması məcburidir. Şikayətçi, polis əməkdaşı tərəfindən hərəkəti zamanı onun üzərində şəxsiyyəti təsdiq edən sənədin olmasının məcburi olması əsası ilə inzibati xəta haqqında protokol tərtib edilməsini bildirmişdir. İnzibati tənbeh vermə haqqında qərarda şikayətçinin konkret olaraq hansı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə tənbeh edilməsi göstərilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarda inzibati xətanın olmasına dair hər hansı bir sübuta istinad edilmədiyindən, beləliklə qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qəbul edildiyindən şikayət qismən əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 şəxsiyyət vəsiqəsini dəyişdirilməsi məqsədi ilə xx.xx.2020-ci il tarixdə 2 saylı Bakı Asan Xidmət Mərkəzinə təhvil vermiş (çıxarış məhkəməyə təqdim edilmişdir), xx.xx.2020-ci il tarixdə şəxsiyyət vəsiqəsini almaq məqsədi ilə 2 saylı Bakı Asan Xidmət Mərkəzinə gedərkən Xətai rayonu Nobel prospektində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Şikayətçinin, köhnə şəxsiyyət vəsiqəsi ilə icazə almasını, şəxsiyyət vəsiqəsini dəyişdirilməsi məqsədi ilə təhvil verməsini nəzərə alaraq məhkəmə hesab edir ki, şəxsiyyətini təsdiq edən sənədin üzərində olmaması səbəbindən barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi əsassız olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. Beləliklə, məhkəmə X1 hərəkətlərində epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulmasının müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, X1 barəsində Bakı şəhər Dövlət X7 inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilməli və iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə olunmasına dair Bakı şəhər Dövlət X7 inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-1124/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1124/2020
17.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver