Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1125/2020 27.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 Bakı şəhəri Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, “Taksi BOLT” firmasında taksi fəaliyyəti ilə məşğuldur və o, da həmin firmada sürücü (taksi sürücüsü) vəzifəsində çalışır. O, xx.xx.2020-ci il tarixdə saat 11:15-də Sabunçu rayonu Bakıxanov qəsəbəsi Stimul dairəsində “Dacia Logan” minik markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən YPX–nın əməkdaşları tərəfindən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi qaydalarına əməl olunub-olunmamasının yoxlanılması məqsədi ilə saxlamış, saxlanılan zamanı polis əməmkdaşlarına “icazələr” portalında sərbəst hərəkət etmək barədə icazəsinin mövcud olduğunu, taksi fəaliyyəti ilə məşğul olduğunu, dövlət rüssumu ödədiyini bildirmiş, lakin buna baxmayaraq inspektor tərəfindən onun epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozduğu əsas gətirilərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və bunun əsasında da o, 100 manat cərimə edilmişdir. Həmin inzibati tənbeh vermə haqqında qərarla razı deyildir və göstərilənlərə əsasən Bakı şəhəri Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə səlahiyyətli orqana qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, səlahiyyətli orqan tərəfindən X1 xx.xx.2020-ci il tarixdə saat 11:23-də Sabunçu rayonu Bakıxanov qəsəbəsi Stimul dairəsində “Dacia Logan” minik markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət olarkən onun epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozduğu əsas gətirilərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhəri Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarın surətindən görünür ki, X2 xx.xx.2020-ci il tarixdə saat 11:23-də Sabunçu rayonu Bakıxanov qəsəbəsi Stimul dairəsində “Dacia Logan” minik markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət olarkən İnzabti Xətalar Məcəlləsinin 211.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətdiyindən 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə tətbiq edilmişdir; “mvGov” portalından çıxarışdan görünür ki, X2 “Taksi Bolt” firmasında sürücü vəzifəsində işləməklə, onun və idarə etdiyi “Dacia Logan” minik markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Bakı şəhərinin ərazisində sərbəst hərəkət etməyə icazəsi olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə xx xxxx 2020-ci il tarixli qərarına əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək məhdudiyyətlər tətbiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarına əlavənin 3.4-cü bəndində ictimai nəqliyyat və taksi xidmətləri fəaliyyətinə icazə verilən sahələrə aid edilmişdir. Həmin Qərarın 1.3-cü bəndinə əsasən Bu Qərarın 1.2-ci bəndində qeyd olunanlar istisna olmaqla, digər dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, “ASAN Könüllüləri” İctimai Birliyinin, “Aqrar İnkişaf Könüllüləri” Hərəkatının, “Regional İnkişaf” İctimai Birliyinin, “Bir” tələbəkönüllülərinin, Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin könüllülərinin, həmçinin bu Qərarın əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşlarının və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, fəaliyyətinin davam etdirilməsinə icazə verilmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşların hərəkətinə onlar barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilmişdir. Müəyyən edilmişdir ki, X2 xx.xx.2020-ci il tarixdə saat 11:23-də Xətai rayonu M.Hadi küçəsində “Dacia Logan” minik markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət edərkən polis əməkdaşları tərəfindən xüsusi karantin rejiminin tələblərinə əməl olunub-olunmaması məqsədi ilə saxlanılmış və Bakı şəhəri Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsi Şöbəsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X5 tərəfindən şikayətçinin qeyd olunan tələblərə riayət edilmədiyi müəyyən olunaraq İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tələbinin pozduğu qeyd olunmaqla inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında da xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla şikayətçiyə 100 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilmişdir. Şikayətçi özünün və idarə etdiyi “Dacia Logan” minik markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin “myGov” portalında Bakı şəhərinin ərazisində sərbəst hərəkət etməsi barədə icazəsinin mövcud olduğunu, inziabti xətanın qeydə alındıığı gün, yəni xx.xx.2020-ci il tarixdə saat 12:23-də polis əməkdaşına təqdim etməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi tərəfindən bunun nəzərə alınmamasını və barəsində inzibati xəta haqqında protokol tərtib edilməsini bildirmişdir. Şikayətçinin təqdim “mvGov” portalından çıxarışdan görünür ki, onun və idarə etdiyi “Dacia Logan” minik markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Bakı şəhərinin ərazisində sərbəst hərəkət etməyə icazəsi olmuşdur. Beləliklə, xx.xx.2020-ci il tarixdə inzibati xətanın törədildiyi zaman X1 müvafiq icazəsi olmamış, bununla da, inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olmuşdur. X1 İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsinə dair səlahiyyətli orqanın gəldiyi nəticə qanuni olmuş, Bakı şəhəri Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsi tərəfindən inzibati tənbehin vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X1 Bakı şəhəri Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-1125/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1125/2020
27.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver