Məhkəmə qərarları › İş №3(011)-1129/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1129/2023

10.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1129/2023 10.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X3, tələbkar X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bərdə rayonu, Həsənqaya Ərazi Dairəsi, Həsənqaya kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş 10 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bərdə Rayon Məhkəməsinin 2(021)- 335/2021 saylı xx.xx.2021-ci il tarixli və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 5010/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədlərinə əsasən Şəxs borcu ümumilikdə 232735 manat təşkil edir. Borclu icra sənədləri üzrə olan tələbləri ona edilmiş xəbərdarlıqlara baxmayaraq icra etməmiş və icra məmurunun qanuni tələblərinə riayət etməmişdir. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X5 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs qətnamənin icrası tələb olunmuş və bu barədə xəbərdarlıq məktubu göndərilmişdir. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Həmçinin, Bərdə Rayon Məhkəməsinin 2(021)-335/2021 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən Şəxs barəsində 08 gün müddətinə inzibati həbs tətbiq edilmiş, lakin buna baxmayaraq icra sənədləri üzrə tələb icra olunmadığından önun ödəməli olduğu məbləğ 232735 manat təşkile tmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-335/2021 saylı xx.xx.2021-ci il tarixli və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-5010/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədləri üzrə ümumilikdə 232735 manat məbləğində borcu vardır. Lakin maddi vəziyyəti ağır olduğundan və heç bir yerdə rəsmi olaraq işləmədiyindən icra sənədləri üzrə yaranmış borcunu ödəyə bilməmişdir. Beləliklə o, törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, hər ay borcundan hissə-hissə ödənişlər edəcəyini bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X4 izahat verərək bildirmişdir ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-335/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 14000 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun dəyərinin Şəxs tutularaq onun xeyrinə ödənilməsi qərara alınmışdır. Lakin icra sənədi üzrə yaranmış borc Şəxs tərəfindən bugünədək ödənilməmişdir. Artıq uzun müddətdir Şəxs tərəfindən icra sənədi üzrə olan borc tələbi icra edilmir. Beləliklə o, göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bərdə Rayon Məhkəməsinin 2(021)-335/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 14000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq X2 ödənilməsi qət edilmişdir; icraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-335/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraata başlanılmış, icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmiş və qərar sonuncu tərəfindən imza edilməklə qəbul edilmişdir; xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-335/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə olan borcunu 10 gün müddətində könüllü olaraq ödəməsi borclu Şəxs tələb olunmuş əks təqdirdə qanunamüvafiq qaydada Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur; Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-5010/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədindən görünür ki, X7 ilə Şəxs arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə”yə əsasən 200000 manat və həmin məbləğə illik 5% dərəcəsi ilə hesablanmış 20000 manat məbləğində pul vəsaitinin, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun 5 manat hissəsi, ümumilikdə 220005 manat məbləğində pul vəsaitinin Şəxs tutularaq X6 ödənilməsi qət edilmişdir; icraata başlamaq haqqında xx.xx.2018-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-5010/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraata başlanılmış, icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmiş və qərar sonuncu tərəfindən imza edilməklə qəbul edilmişdir; Bərdə Rayon Məhkəməsinin 3(021)-1153/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 gün müddətinə inzibati tənbeh növündə həbs cəzası tətbiq edilmişdir; xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-335/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə olan borcunu 10 gün müddətində könüllü olaraq ödəməsi borclu Şəxs tələb olunmuş əks təqdirdə qanunamüvafiq qaydada Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur; bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında 10 mart 2023-cü il tarixli qərardan görünür ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-335/2021 saylı xx.xx.2021ci il tarixli və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-5010/2017 saylı xx.xx.2017ci il tarixli icra sənədləri bir icraatda birləşdirilmişlər. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Məhkəmə inzibati xətanın xarakterini, icra sənədi üzrə olan borcunu ödəməkdən qərəzli olaraq yayındığını, barəsində əvvəllərdə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini, həmçinin pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM-32.1.1) və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli 10 mart 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 10 mart 2023-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə və Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar