Məhkəmə qərarları › İş №3(011)-113/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-113/2022

18.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-113/2022 18.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, “Ata Türk” liseyində sürücü vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Teymur Ağamirovun 03.11.2021-ci il tarixli qərarından və həmin qərara əsasən tərtib edilmiş 02.12.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 06 oktyabr 2021-ci il tarixdə saat 17:10 radələrində idarə etdiyi “Mercedes S” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağ şəhər Mərkəzi Bulvar küçəsi 3 ünvanının qarşısından arxa istiqamətdə hərəkətdə olarkən yolu sağdan sola keçən piyadalar X6 və X7 avtomobilin arxa hissəsi ilə vuraraq hadisə yerindən yayınmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, 2021-ci ilin iyun ayından “AtaTürk” liseyində sürücü vəzifəsində işləyir. Şirkət tərəfindən ona “Mercedes S” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil ayrılmışdır. 06 oktyabr 2021-ci il tarixdə həmin avtomobili Ağ şəhər Mərkəzi Bulvar küçəsi 3 ünvanının qarşısına saxlamışdır. Daha sonra avtomobili arxa istiqamətdə hərəkətə gətirmiş və zərbə hiss etmişdir. Avtomobili saxlayaraq düşmüş və görmüşdür ki, iki qadını vurmuşdur. Həmin qadınlara su verərək sakitləşdirmiş və xəstəxanaya aparmağı təklif etmişdir. Lakin onlar imtina edərək yolu keçərək çıxıb getmişlər. O, avtomobilinə əyləşərək qarşıdan dönüb qadınların yanına gəlmək istəyən zaman görmüşdür ki, qadınlar yoxdur. Beləliklə o, özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirərək, barəsində yüngül cəzanın tətbiq edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxslərə və inzibati xəta haqqında protokolu tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə işə zərərçəkmiş şəxslərin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 19 oktyabr 2021-ci il tarixli 1019 saylı ekspert rəyinin surətindən görünür ki, vətəndaş X1 diz oynağının yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, hematoması, hərəkət məhdudluğu, bel nahiyəsinin sıyrığı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, qərarda göstərildiyi kimi 06.10.2021-ci il tarixdə avtomaşın vurması nəticəsində törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 19 oktyabr 2021-ci il tarixli 1020 saylı ekspert rəyinin surətindən görünür ki, vətəndaş X4 məhkəmə-tibbi ekspertizası zamanı heç bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan 24 iyun 2021-ci il tarixli etibarnamədən görünür ki, “X10 Liseyi” tərəfindən Şəxs **-PY-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz S350 markalı minik avtomobilini 24 iyun 2021-ci il taixdən 30 dekabr 2021-ci il tarixədək idarə etmək etibar edilmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Teymur Ağamirovun 03.11.2021-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından məlum olur ki, Şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin tərkib əlamətləri olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, sonuncunun İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nə göndərilmişdir. Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nin 02.12.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan aydın olur ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.8-ci maddələrinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddələr ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Zərərçəkmiş şəxs X5 izahatından görünür ki, o, rəfiqəsi Saniyatla birlikdə 06.10.2021-ci il tarixdə saat 17:10 radələrində işlədiyi ofisdən çıxaraq ünvan 2 ünvanının qarşısında yolu piyada keçidi ilə keçərkən “Mercedes S” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil arxa istiqamətdə hərəkət edərkən onları vurmuşdur. Sürücü onlara su vermiş və xəstəxanaya aparmağı təklif etmişdir. Lakin xəstəxanada yıxıldıqlarını demələrini istədiyi üçün bu hadisə onlarda şübhə doğurmuş və sürücü ilə xəstəxanaya getməmişlər. Zərərçəkmiş şəxs X4 izahatından görünür ki, o, rəfiqəsi Məryəmlə birlikdə 06.10.2021-ci il tarixdə saat 17:10 radələrində işlədiyi ofisdən çıxaraq ünvan 2 ünvanının qarşısında yolu piyada keçidi ilə keçərkən “Mercedes S” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil arxa istiqamətdə hərəkət edərkən onları vurmuşdur. Sürücü onlara su vermiş və xəstəxanaya aparmağı təklif etmişdir. Lakin xəstəxanada yıxıldıqlarını demələrini istədiyi üçün bu hadisə onlarda şübhə doğurmuş və sürücü ilə xəstəxanaya getməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, onun izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini (İXM 32.1.1) və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar