Məhkəmə qərarları › İş №3(011)-1130/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1130/2020

17.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1130/2020 17.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 Suraxanı rayon Dövlət Yol Polisi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Suraxanı rayon Dövlət Yol Polisi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X3 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə Suraxanı rayonu ərazisində ona məxsus “Honda CRV” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkət edərkən saat 16:50-də YPX–nın əməkdaşları tərəfindən saxlamış və Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin yol patrul inspektoru, polis baş serjantı X2 tərəfindən barəsində İXP3360720 saylı protokol tərtib olunmuş, həmin protokolda onun İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tələbinin pozduğu qeyd olunmuşdur. Lakin saxlanılma zamanı inspektora “icazələr” portalından xx.xx.2020-ci il tarixədək sərbəst hərəkət etmək barədə icazəsinin mövcud olduğu barədə çıxarış təqdim etməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin şəxs protokolu ona təqdim etməmiş, yerində qərar çıxararaq 200 manat cərimə olunduğunu bildirən TP ******* saylı qərarı təqdim etmişdir. Bakı şəhərində sərbəst hərəkət etmə barədə “icazələr” portalına məlumatların işəgötürən tərəfindən daxil edilmiş və icazənin xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək qüvvədə olması barədə çıxarış ərizəsinə əlavə olunmuşdur. İnspektorun bildirdiyinə görə qeyd edilən icazə həmin gün saat 13:19-da ona məlum olmayan səbəbdən ləğv edilmiş, lakin bu barədə ona icazələr portalı tərəfindən heç bir məlumat təqdim olunmamışdır. Məlumatın təqdim olunması barədə heç bir sübutedici fakt mövcud olmamışdır. Göstərilənlərə əsasən Suraxanı rayon Dövlət Yol Polisi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə səlahiyyətli orqana qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Suraxanı rayon Dövlət Yol Polisi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarın surətindən görünür ki, “Honda CRV” markalı, **- XA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkət edərkən saat 16:50-də İnzabti Xətalar Məcəlləsinin 211.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətdiyindən 200 (iki) yüz manat məbləğində inzibati qaydada cərimə tətbiq edilmişdir; my.gov.az portalından çıxarışdan görünür ki, X3 “xxxxxxxxx” MMC-nin Texniki xidmət menecerinin NÖA (Nəzarət və Ölçmə Avadnalıqalr) üzrə müavini vəzifəsində çalışmaqla, onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Bakı şəhəri ərazisində hərəkət etməyə müvafiq icazəsi olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə xx xxxx 2020-ci il tarixli qərarına əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək məhdudiyyətlər tətbiq edilmişdir. “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli qərarı ilə dəyişiklik edilmiş və qərarın 7. 6-cı hissə aşağıdakı redaksiyada verilmişdir: “6. Müəyyən edilsin ki: 6.1. Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində bu Qərarın əlavəsinin 4.4-cü, 4.11-ci, 4.12ci, 4.14-cü, 4.15-ci, 4.16-cı, 5.4-cü, 5.5-ci, 5.6-cı, 6.2-ci, 6.3-cü, 6.4-cü, 6.5-ci, 6.6-cı və 9.2-ci bəndləri ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır; 6.2. bu Qərarın 6.1-ci bəndində nəzərdə tutulan iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayı əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmamalıdır; Müəyyən edilmişdir ki, X3 xx.xx.2020-ci il tarixdə saat 16:50-də Suraxanı rayonu ərazisində “Honda CRV” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkət edərkən polis əməkdaşları tərəfindən xüsusi karantin rejiminin tələblərinə əməl olunubolunmaması məqsədi ilə saxlanılmış və Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin yol patrul inspektoru, polis baş serjantı X2 tərəfindən şikayətçinin qeyd olunan tələblərə riayət edilmədiyi müəyyən olunaraq İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tələbinin pozduğu qeyd olunmaqla inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin prtokol əsasında xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla şikayətçi 200 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilmişdir. Şikayətçi protokol tərtib edilən zaman onun “ma.gov.az” portalından xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Bakı şəhərinin ərazisində sərbəst hərəkət etməsi barədə icazəsinin mövcud olduğunu, xx xxxx 2020-ci il tarixdə saat 13:19-da icazəsinin bilmədiyi səbəbdən ləğv edildiyi, bu barədə ona hər hansı məlumat verilmədiyi bildirilmişdir. Məhkəmə qeyd edir ki, İ.X.Ağayevə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Bakı şəhərinin ərazisində sərbəst hərəkət etməsi barədə icazə xx.xx.2020-ci il tarixdə verilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli qərarına uyğun olaraq həmin icazə xx xxxx 2020-ci il tarixdə saat 13:19-da ləğv edilmişdir. Beləliklə, xx xxxx 2020-ci il tarixdə saat 16:50-də inzibati xətanın törədildiyi zaman İ.X.Ağayevin müvafiq icazəsi olmamış, bununla da, inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olmuşdur. Məhkəmə, İ.X.Ağayevin müvafiq icazənin ləğv edilməsi barədə ona hər hansı məlumat verilməməsi barədə dəlilinə münasibətdə qeyd edir ki,Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarına riayət olunmasına nəzarətin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilməsi, fəaliyyətinə icazə verilmiş sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşları və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və onların işçilərinin barəsində məlumatların işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edilməsinə nəzarətin isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilməsi qərara alınmışdır. Göründüyü kimi, qeyd edilən qərarlarda müvafiq icazə ləğv edildiyi halda Daxili İşlər Nazirliyi tərəfindən şəxslərə məlumat verilməsi nəzərdə tutulmamışdır. İ.X.Ağayevin müvafiq icazəsi işlədiyi cəmiyyət tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edilmiş və işçilərin sayının azaldılması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı qüvvəyə mindikdən sonra hansı işçilərin icazəsinin saxlanılması barədə məlumatlar da işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edilmişdir. Məhkəmə izah edir ki, işəgötürən tərəfindən icazənin ləğv edilməsi barədə məlumatın işçiyə verilməməsi sonuncunun inzibati məsuliyyətdən azad edilməsi üçün əsas ola bilməz və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində də inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallarda belə bir əsas nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə, X1 İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Suraxanı rayon Dövlət Yol Polisi tərəfindən inzibati tənbehin vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X1 Suraxanı rayon Dövlət Yol Polisi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X1 Suraxanı rayon Dövlət Yol Polisi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar