Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-11369/2025 15.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlu, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materialı nəzərdən keçirib MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş 10 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3460/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən X2 və X1 müştərək qaydada 833.30 manat məbləğində pul tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Lakin hüquqi şəxs Şəxs MMC qərarın icrasından yayınmış və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Beləliklə göstərilənlərə əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikasıərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə təqdim olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, material qanunvericiliyin tələbləri pozulmaqla tərtib edildiyindən səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, “Elektron Məhkəmə İnformasiya Sistemin”dən əldə olunmuş Şəxs MMC-nin hüquqi ünvanı barədə çıxarışdan görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı ünvan 1 Belə olduğu təqdirdə məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə inzibati xəta haqqında protokolun Bakı şəhəri Xətai rayon İcra Şöbəsi tərəfindən tərtib olunması və həmin protokola Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən baxılaraq hüquqi qiymət verilməsi əsassızdır. Məsələ ondan ibarətdir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin hüquqi ünvanı ünvan 2ı olduğuna görə həmin orqan barəsində törədilmiş inzibati xətaya görə protokol həmin orqanın yerləşdiyi ərazi üzrə müvafiq icra şöbəsində, yəni Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsi tərəfindən tərtib edilməli və nəticədə inzibati xəta haqqında protokola qeyd edilən mövqe nəzərə alınmaqla aidiyyəti üzrə birinci instansiya məhkəməsində baxılmalı idi. Lakin iş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon İcra Şöbəsi Şəxs MMCyə münasibətdə icra işini aidiyyəti üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə göndərməli olduğu halda, bunu etməmiş, nəticədə inzibati xəta haqqında protokol tərtib etməklə baxılması üçün həmin protokolu Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən, borclu hüquqi şəxsdirsə, icra hərəkətləri onun olduğu yerdə və ya əmlakının olduğu yerdə həyata keçirilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qeyd edilən çatışmazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Odur ki, məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş materialda olan çatışmazlığın aradan qaldırılması mümkün olmadığından inzibati xəta haqqında protokol və digər sənədlər Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-11369/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-11369/2025
15.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver