Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1138/2020 20.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi ilə, şikayətçi X1 iştirakı ilə, X1 Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-nin xx xxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-nin xx xxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx xxxxx 2020-ci il tarixli MN ******* saylı qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2020-ci il tarixdə saat 19:25 radələrində Bakı şəhəri Nəsimi rayonu D.Əliyeva 241 ünvanının qarşısında olarkən Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-nin sahə inspektoru, polis baş leytenantı X3 tərəfindən ölkə ərazisində tətbiq edilən xüsusi qarantin rejimi qaydalarına riayət olunub-olmamasının yoxlanılmas məqsədi ilə saxlanılmış, yoxlama zamanı həmin polis əməkdaşı onun xüsusi qarantin rejimi qaydalarına riayət etmədiyini bildirmiş, o polis əməkdaşına yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərdiyini, yaşayış yerini müsbət cavab aldıqdan sonra tərk etdiyini və onun saxlanılan zaman, yəni xx.xx.2020-ci il tarixdə saat 19:25 radələrində SMS məlumatında icazənin qüvvədə olduğunu bildirsə də, buna məhəl qoyulmayaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokol əsasında da 100 manat inzibati qaydada cərimə olunmasına dair inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Odur ki, qeyd olunan xüsusatların nəzərə alınaraq barəsində Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-nin xx xxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx xxxxx 2020-ci il tarixli MN ******* saylı qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X2 şikayəti müdafiə edərək dəlillərinə uyğun izahat verdi və təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş səlahiyyətli orqan məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-nin sahə inspektoru, polis baş leytenantı X3 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında xx xxxxx 2020-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, X2 xx.xx.2020-ci il tarixdə saat 19:25 radələrində Bakı şəhəri Nəsimi rayonu D.Əliyeva 241 ünvanının qarşısında olarkən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozmaqla əlaqədar İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-nin sahə inspektoru, polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx xxxxx 2020-ci il tarixli MN ******* saylı qərardan görünür ki, X2 xx.xx.2020-ci il tarixdə saat 19:25 radələrində Bakı şəhəri Nəsimi rayonu D.Əliyeva 241 ünvanının qarşısında olarkən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozmaqla əlaqədar İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir; Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-si tərəfindən qəbul edilmiş qərardan görünür ki, X1 barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol müvafiq qaydada baxılıb tədbir görülməsi üçün Xətai rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir; xx xxxxx 2020-ci il tarixdə saat 18:21 radələrində 8103 nömrəsindən gələn SMS cavabdan görünür ki, X1 2 AA1132978 seriya nömrəsina dair 2-ci indeks üzrə müraciəti qəbul olunduğundan yaşayış yerini 2 saat müddətinə tərk edə bilməsinə icazə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında xx xxxx 2020-ci il tarixli Qərarının 1 və 2-ci bəndlərinə əsasən Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət xx xxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək dayandırılmışdır. Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında xx xxxxx 2020-ci il tarixli Qərarının: 1.4-cü bəndinə əsasən bütün digər şəxslərin yaşayış yerini tərk etmələrinə aşağıdakı hallarda yol verilir: 1.4.1. təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; 1.4.2. ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar; 1.4.3. yaxın qohumunun dəfnində iştirakla əlaqədar; 1.5-ci bəndinə əsasən bu Qərarın 1.4-cü bəndinə göstərilən şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir; 1.5.2-ci bəndinə əsasən 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 2 saat müddətinə gündə 1 dəfə verilir). Müəyyən olunmuşdur ki, xx xxxxx 2020-ci il tarixdə saat 18:21 radələrində 8103 nömrəsindən gələn SMS cavabda X1 2 AA1132978 seriya nömrəsina dair 2-ci indeks üzrə müraciəti qəbul olunduğundan yaşayış yerini 2 saat müddətinə tərk edə bilməsinə icazə verilmişdir. Yəni, xx.xx.2020-ci il tarixdə saat 19:25 radələrində Bakı şəhəri Nəsimi rayonu D.Əliyeva 241 ünvanının qarşısında olduğu zaman onun müvafiq icazəsi olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. Beləliklə, məhkəmə X1 hərəkətlərində epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulmasının müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, X1 barəsində Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-nin xx xxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə olunmasına dair Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-nin xx xxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-1138/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1138/2020
20.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver