Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-114/2022 01.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Şəxs, Zərərçəkmiş şəxs1 iştirakı ilə xx.xx.1996-cı ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, 03.11.2021-ci ildə tarixdə saat təxminən 22:45 radələrində Şəxs etibarnamə əsasında idarə etdiyi “Mersedes-Benz C 180 minik” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə ünvan 2 ünvanın qarşısı ilə Cavanşir küçəsi istiqamətində saatda 50 km sürətlə hərəkətdə olduğu zaman idarə etməni itirməsi səbəbindən avtomobilin qabaq sol hissəsi ilə yolun əks istiqamətindən X.Məmmədov küçəsi istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “BMW 535 İ” markalı EF-900-ON Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hisssi ilə toqquşmuş, nəticədə sonuncu avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 və sərnişin Zərərçəkmiş şəxs2 sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər dəymişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin axtarış üzrə inspektoru Polad Xəlilov tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 03 dekabr 2021-ci il tarixli İXP seriyalı ******* saylı protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, 03.11.2021-ci ildə tarixdə saat təxminən 22:45 radələrində idarə etdiyi avtomobillə ünvan 2 ünvanın qarşısı ilə Cavanşir küçəsi istiqamətində saatda 50 km sürətlə hərəkətdə olduğu zaman idarə etməni itirməsi səbəbindən avtomobilin qabaq sol hissəsi yolun əks istiqamətindən X.Məmmədov küçəsi istiqamətində hərəkətdə olan “BMV 535 minik” markalı EF-900-ON Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hisssi ilə toqquşmuşdur. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında göstərmişdir ki, “BMW 535 minik” markalı EF-900-ON Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilin dostu X2 məxsusdur, 03.11.21-ci il tatrixdə avtomobili Kamandar Hümbətovun avtomobildə sərnişin qismində olması şərti ilə ünvan 2 ünvanın qarşısı ilə X.Məmmədov küçəsi istiqamətində hərəkətdə olduğu zaman yolun əks istiqamətindən Cavanşir küçəsi istiqamətində hərəkətdə olan “Mersedes-Benz C 180 minik” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun hərəkətdə olduğu yola çıxmış, hər iki avtomobilin sol hissəsinin toqquşduğunu, nəticədə özünün avtomobilində sərnişin qismində həyat yoldaşı Zərərçəkmiş şəxs2 və azyaşlı övladı X1 müxtəlif dərəcəli bədən xəsarətləri alaraq müalicə üçün Səhiyyə Nazirliyinin 3 saylı ŞKX-na müraciət etmişlər. Şəxs barəsində tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Zərərçəkmiş şəxs2 məhkəmə iclasına üzrlü səbəblər olmadan gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Münasib Əliyev tərəfindən qəbul edilmiş 17.11.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və onun inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surətinin Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X5 06 noyabr 2021-ci il tarixli 1092 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol bazunun yumşaq toxumasının və sol baldırın yumşaq toxumasının hematomaları, boyunun qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Qərarda göstərilmiş 03.11.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi şəraitində sürücüsü olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində törənə bilər, dərəcəsinə görə ümumiyyətlə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X5 12 noyabr 2021-ci il tarixli 1091 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-başın alın nahiyyəsinin və sağ aşıq-baldır oynağı nahiyyəsinin yumşaq toxumalarının hemtoması, sol bazunun və sağ aşıq- baldır oynağı nahiyyəsinin qançırları bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilmiş 03.11.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi şəraitində sərnişini olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində törənə bilər, dərəcəsinə görə ümumiyyətlə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Təqdim olunmuş yol-nəqliyyat hadisəsinin sxemi, tərəflərin izahatı, ekspert rəyi və digər iş materialları əsasında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlində məsuliyyətini yüngülləşdirici hal kimi əməlindən səmimi peşmançılığı, ağırlaşdırıcı hallar isə müəyyən edilməmişdir. İş üzrə sübutlara məcmu halında qiymət verərək, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri cərimə tətbiq olunmasını məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, onun barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-114/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-114/2022
01.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver