Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1142/2020 20.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin rəisi Məmmədov Cövdət Soltan oğlu tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edə-rək Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin rəisi Məmmədov Cövdət Soltan oğlu tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin (bundan sonra mətndə SHXÇDXnin Xətai rayon idarəsi) Bakı şəhəri Xətai rayon çağırış komissiyası tərəfindən hərbi xidmətə çağırılmış və xx.xx.2018-ci il tarixdə hərbi hissəyə göndərilmiş, cəbhə gölgəsinin “Lələ Təpə” ərazisində hərbi xidmətini davam etdirmiş və xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli 76 nömrəli əmri əsasında həqiqi hərbi xidmətdən ehtiyyata buraxılaraq SHXÇDX-nin Xətai rayon idarəsinə göndərilmişdir. Həmin əmrə əsasən o, xx.xx.2020-ci il tarixədək müddətdə təyinat yerində olmalı və həmin idarədə hərbi qeydiyyata alınmalıdır. Hərbi xidmətdə olduğu zaman qeyd olunan ərzidə televiziya qurğusu aparatı mövcud olmadığından, ölkə ərazisində hadisələrin baş verməsindən, o cümələdn tətbiq olunan karantin qaydaları haqqında da məlumatı olmamışdır. xx.xx.2020-ci il tarixdə təyinat məntəqəsinə getdiyi zaman, həmin tarixdə saat 15:10-da Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşı tərəfindən saxlanılmış, ondan yaşayış yerini icazə əsasında tərk edib-etməməsi soruşulmuş və bu məqsədlə şəxsiyyət vəsiqəsi tələb olunmuş o, şəxsiyyət vəsiqəsinin Xətai RPİ-də olduğunu, xx.xx.2020-ci il tarixdə həqiqi hərbi xidmətdən ehtiyyata buraxılaraq SHXÇDXnin Xətai rayon idarəsinə göndərildiyini, hərbi qeydiyyata alınması məqsədilə təyinat yerinə getdiyini, həmçinin öklə ərazisində tətbiq olunacaq karantin rejimindən xəbərdar olmadığını bildirmiş, polis əməkdaşı tərəfindən ona yalnız xəbərdar edici porotokol tərtib ediləcəyi bildirilmişdir. Bir müddətdən sonra ona 100 manat məbləğində cərimə olunduğu məlum olmuşdur. Odur ki, qeyd olunanların nəzərə alınaraq şikayətinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək həmin dövrdə şəxsiyyət vəsiqəsinin Xətai RPİ-də olduğunu, şəxsiyyət vəsiqəsini götürmək üçün getdiyini, qərar qəbul edilərkən iştirakının təmin edilmədiyini bildirərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş material-larını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin rəisi Məmmədov Cövdət Soltan oğlu tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, səlahiyyətli orqan tərəfindən X1 xx.xx.2020-ci il tarixdə saat 15:10-da heç bir icazə sistemində istifadə etmədən Q.Qarayev prospekti 125 ünvanında gəzərək xüsusi karantin rejimi qaydalarını pozduğu əsas gətirilməklə İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir; SX ******* nömrəli hərbi biletin surətindən görünür ki, X2 Azərbaycan Respublikasının SHXÇDX-nin Bakı şəhəri Xətai rayon çağırış komissiyası tərəfindən hərbi xidmətə çağırılmış, xx.xx.2018-ci il tarixdə hərbi hissəyə göndərilmiş, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli 76 nömrəli əmri əsasında həqiqi hərbi xidmətdən ehtiyyata buraxılaraq SHXÇDX-nin Xətai rayon idarəsinə göndərilmişdir. Həmin əmrə əsasən o, xx.xx.2020-ci il tarixədək müddətdə təyinat yerində olmalı və həmin idarədə hərbi qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında xx xxxx 2020-ci il tarixli Qərarının 1 və 2-ci bəndlərinə əsasən Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət xx xxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək dayandırılmışdır. Həmin qərara əsasən Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur. Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədi ilə mümkündür. Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət xx xxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək dayandırılır. Həmin qərarının 2-ci hissəsində göstərilmişdir ki, müəyyən edilsin ki, insanların fərdi evlərdən və mənzillərdən çıxışı təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, ictimai nəqliyyat və taksi xidməti fəaliyyətinin davam etdirilməsi hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə xx xxxx 2020-ci il tarixli qərarına əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək məhdudiyyətlər tətbiq edilmişdir. Həmin Qərarın 1.5-ci maddəsinə əsasən Bu Qərarın 1.2-ci, 1.3-cü və 1.4-cü bəndlərində göstərilən şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə aşağıdakı hallarda yol verilir: 1.5.1. təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; 1.5.2. ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar; 1.5.3. yaxın qohumunun dəfnində iştirakla əlaqədar. Həmin Qərarın 12-ci bəndinə əsasən Bu Qərarda nəzərdə tutulmuş qaydada şəxslərin hərəkəti zamanı onların üzərlərində şəxsiyyəti təsdiq edən sənədlərin olması məcburidir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami RPİ-nin 24cü PŞ-nin rəisi Məmmədov Cövdət Soltan oğlunun inzibati tənbeh vermə haqqında xx xxxxx 2020-ci il tarixli, MN ******* nömrəli qərarı ilə X1 İXM-nin 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğdə cərimə edilmişdir. Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-si tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli, MN ******* nömrəli qərar qəbul olunarkən, ətraflı araşdırma aparılmadan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərarına qiymət verilmədən qərar qəbul edilmişdir. Belə ki, X2 hərbi xidmət üzrə öhdəliklərin həyata keçirilməsi məqsədi ilə təyinat məntəqəsinə, yəni SHXÇDX-nin Xətai rayon idarəsində hərbi qeydiyyata alınması ilə əlaqədar yaşayış yerini tərk etmiş, həmin dövrdə onun şəxsiyyət vəsiqəsi Xətai RPİ-də olmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli 76 nömrəli əmri əsasında o, xx.xx.2020-ci il tarixədək müddətdə təyinat yerində olmalı və həmin idarədə hərbi qeydiyyata alınmalıdır. Göründüyü kimi, inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında xx xxxx 2020-ci il tarixli qərarının tələbləri nəzərə alınmadan tərtib edilərək qəbul edilmişdir. Həmçinin, qərar qəbul edilərkən şikayətçinin iştirakı təmin edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin rəisi Məmmədov Cövdət Soltan oğlu tərəfindən qəbul edilmiş xx xxxxx 2020ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməli, Bakı şəhəri Nizami RPİnin 24-cü PŞ-nin rəisi Məmmədov Cövdət Soltan oğlu tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin PŞ-nə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddə ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin rəisi Məmmədov Cövdət Soltan oğlu tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin Polis Şöbəsinə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-1142/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1142/2020
20.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver