Məhkəmə qərarları › İş №3(011)-1142/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1142/2021

01.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1142/2021 01.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında 14000-0061/21 nömrəli, xx xxxxxx 2021-ci il tarixli protokola əsasən “Şəxs» MMC tərəfindən xx xxxxxx 2018-ci il tarixdə **********2004 sorğu nömrəli gömrük bəyannaməsi ilə buraxılış ili 2014-cü il olan “MAN” markalı, “ZOW26WZZ8EV000513” şassi nömrəli yəhərli dartıcı və xx.xx.2018-ci il tarixli **********2006 sorğu nömrəli gömrük bəyannaməsi ilə buraxılış ili 2015-ci il olan “YALÇİN DORSE” markalı, “NL9Y6DDUZFH004202” şassi nömrəli yarımyedək 2(iki) il müddətinə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmişdir. Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən **********2004 və **********2006 sorğu nömrəli gömrük bəyannamələri əsasında müvəqqəti ixrac gömrük prosedurunda yerləşdirilən nəqliyyat vasitələrinin müvəqqəti ixrac müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış X1 resursundan “avtomobil nəqliyyatına dair” çıxarışa əsasən Şəxs MMC tərəfindən “MAN” markalı dartıcı və “YALÇİN DORSE” markalı yarımyedək nəqliyyat vasitələri 99JH682/10ZX452 nömrə nişanlı yük avtomobilində xx xxxxxx 2018-ci il tarixdə X2 Limanı gömrük postundan keçirməklə Azərbaycan Respublikasından aparılmışdır. Şəxs MMC-nin xx.xx.2018-ci il tarixli xx/xx/001619 nömrəli ərizəsinə əsasən Şəxs MMC tərəfindən MAN” markalı dartıcı və “YALÇİN DORSE” markalı yarımyedək nəqliyyat vasitələri **********2004 və **********2006 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti ixrac gömrük prosedurunda 1 il müddətinə yerləşdirilmişdir. Şəxs MMC tərəfindən xx.xx.2019-cu il tarixdə xx/xx/004512 nömrəli ərizə yazılaraq müvəqqəti ixrac müddəti 1 il müddətinə uzadılmışdır. Həmin mallar üçün nəzərdə tutulmuş müvəqqəti ixrac müddətinin xx.xx.2020-ci il tarixdə başa çatmasına baxmayaraq Şəxs MMC tərəfindən mallar geri qaytarılmamış və ya müvəqqəti ixrac müddətinin uzadılması barədə müraciət edilməmişdir. Bununla da, Şəxs MMC şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-yə və Aksizli Mallar üzrə Baş Gömrük idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Həmçinin Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X3 ilə xx.xx.2021-ci il tarixdə saat 09:55-də telefon əlaqəsi saxlanılmış, nümayəndə məhkəmə iclasının yeri və vaxtı barədə bildirişi aldığını, lakin məhkəmə iclasında iştirak edə bilməyəcəyini və icraatda olan işlə bağlı qəbul ediləcək yekun məhkəmə qərarına etiraz etmədiyini bildirmişdir. X5 üzrə Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin rəisi gömrük xidməti general-mayoru Həsən Eyubova xx.xx.2021-ci il tarixli raportdan görünür ki, Şəxs MMC tərəfindən xx xxxxxx 2018-ci il tarixdə **********2004 sorğu nömrəli gömrük bəyannaməsi ilə buraxılış ili 2014-cü il olan “MAN” markalı, “ZOW26WZZ8EV000513” şassi nömrəli yəhərli dartıcı və xx.xx.2018-ci il tarixli **********2006 sorğu nömrəli gömrük bəyannaməsi ilə buraxılış ili 2015-ci il olan “YALÇİN DORSE” markalı, “NL9Y6DDUZFH004202” şassi nömrəli yarımyedək 2(iki) il müddətinə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmişdir. Sonradan sözügedən malların müvəqqəti ixrac müddəti xx/xx/004512 saylı xx.xx.2019-cu il tarixli ərizə əsasında xx.xx.2020-ci il tarixədək 1 (bir) il müddətinə uzadılmışdır. Lakin, müvəqqəti ixrac müddətinin xx.xx.2020-ci il tarixində bitməsinə baxmayaraq, həmin tarixədək **********2004 sorğu nömrəli gömrük bəyannaməsi ilə buraxılış ili 2014-cü il olan “MAN” markalı, “ZOW26WZZ8EV000513” şassi nömrəli yəhərli dartıcının və xx.xx.2018-ci il tarixli **********2006 sorğu nömrəli gömrük bəyannaməsi ilə buraxılış ili 2015-ci il olan “YALÇİN DORSE” markalı, “NL9Y6DDUZFH004202” şassi nömrəli yarımyedəyin Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. Qeyd edilən faktla bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, **********2004 və **********2006 sorğu nömrəli xx.xx.2018-ci il tarixli gömrük bəyannamələrində qeyd edilən malların müvəqqəti ixrac müddəti xx.xx.2020-ci il tarixdə bitsə də, həmin malların ixrac gömrük proseduru altında yerləşdirilməsi ilə bağlı Şəxs MMC tərəfindən Aksizli Mallar üzrə Baş Gömrük idarəsinə müvəqqəti ixrac müddəti bitdikdən 25 (iyirmi beş) gün sonra, yəni xx.xx.2021-ci il tarixdə xx/xx/000218 qeydiyyat nömrəli ərizə ilə müraciət edilmişdir. xx xxxxxx 2021-ci il tarixli 14000-0061/21 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin nümayəndəsi X4 xx xxxxxx 2021-ci il tarixli 14000-0061/21 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs MMC-nin müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilən malları gömrük qanunvericiliyinin tələblərinə zidd olaraq müəyyən olunmuş müddət ərzində Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarmamışdır. Buna görə də məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 499.1.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə hesab edir ki, Şəxs MMC şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi Azərbaycan Respublikası İXM-nin 499.1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsi ilə bilinib 1200 (bir min iki yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar