Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1147/2020 20.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, şikayətçi X2 iştirakları ilə, X2 Bakı şəhər BPİ-nin Dövlət X10 tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər BPİ-nin Dövlət X10 tərəfindən barəsində qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2020-ci il tarixdə saat 14:47-də idarə etdiyi “Volkswagen Passat” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri Neftçilər prospekti ilə hərəkətdə olan zaman YPX-nin inspektoru tərəfindən saxlanılmış, inspektor ona avtomobilinin ban şüşələrində qanunsuz örtük olduğunu bildirmiş, o, avtomobilində qanunsuz olaraq heç bir örtük olmadığını bildirsə də, buna məhəl qoyulmamış, avto nəqliyyat vasitəsini heç bir cihazla ölçmədən İXM-nin 342.2.4-cü maddəsini pozduğu bildirilməklə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, polis əməkdaşına AZS 122-004 standartları (küləyə qarşı olan alın şüşə 75 faiz digər şüşələr 70 faiz şəffaf olmalıdır) və 1 saylı əlavənin 7-ci bölmənin 3-cü bəndində yazılanları göstərməsinə baxmayaraq buna baxılmamışdır. Avtomobilinə pərdə və plyonka çəkilməmiş, qadağan edilmiş örtüklərdən istifadə edilməmiş, sənaye üsulu ilə hazırlanan və istehsalçı tərəfindən quraşdırılmış jalüz olmuş və buna qanunun yol vermişdir. Bundan əlavə səlahiyyətli orqan tərəfindən barəzində inzibati tənbeh vermə haqqında qərar verilərkən iştirakı təmin edilməmiş, yəni onun iştirakı olmadan qəbul edilmiş, bu isə öz növbəsində onun səlahiyytli orqana qayda pozuntusuna yol verməməsi ilə bağlı sübutların təqdim etməsində də hüquqlarını pozmuşdur. Şikayətçi X4 şikayətinin hüquqi əsası kimi İXM-nin 8.1, 8.2, 53.0, 53.0.1, 53.0.2, 129.5 maddələrinə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa edilən “Nəqliyyat vasitələrinin nasazlıqlarının Siyahısı” adlanan 1 saylı əlavənin 7-ci hissəsinəistinad etmişdir.Odur ki, qeyd olunanlarınnəzərə alınaraqxx xxxx 2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X4 şikayətin məzmununa uyğun izahat vermiş və təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə səlahiyyətli orqana qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri DYPİ-nin Müşayiət-Eskort bölüyü YPX-nin inspektoru, polis kiçik serjantı X3 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 xx.xx.2020-ci il tarixdə saat 14:47-də idarə etdiyi “Volkswagen Passat” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsi halına yol verdiyi əsas gətirilməklə barəsində İXM-nin 342.2.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhəri DYPİ-nin polis mayoruPaşazadə Himmət Cavanşiroğlu tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli, TP ******* nömrəli qərarından görünür ki, X4 İXM-nin 342.2.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 150 manat cərimə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 342.2.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə - yüz əlli manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 inzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli, TP ******* nömrəli qərarla İXM-nin 342.2.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 manat məbləğdə cərimə edilmişdir. Şikayətçi, avtomobilinə pərdə və plyonka çəkilmədiyini, qadağan edilmiş örtüklərdən istifadə edilmədiyini, sənaye üsulu ilə hazırlanan və istehsalçı tərəfindən quraşdırılmış jalüz olduğunu və buna qanunun yol verdiyini bildirmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa “Nəqliyyat vasitələrinin nasazlıqlarının Siyahısı” barədə 1 saylı əlavənin 7-ci hissəsinin qeyd hissəsinə əsasən, avtomobillərin və avtobusların qabaq şüşəsinin yuxarı hissəsində rəngli, şəffaf plyonka bərkidilə bilər. İşığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) tətbiqinə icazə verilir. Hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda avtobusun pəncərələrindən pərdə asmağa, eləcə də minik avtomobillərinin arxa şüşələrinə örtük (pərdə və ya plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. Göründüyü kimi, qanunvericilikdə işığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) tətbiqinə icazə verilmişdir. Bundan başqa, X1 orqan tərəfindən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən iştirakının təmin edilmədiy halda, yəni onun iştirakı olmadan qərar qəbul edildiyini, bunun isə öz növbəsində onun səlahiyytli orqana qayda pozuntusuna yol verməməsi ilə bağlı sübutlaını təqdim etməsi kimi də hüquqlarının pozulduğunu qeyd etmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx xxxx 2020-ci il tarixli, TP ******* nömrəli qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən, şikayətçinin iştirakı təmin edilmədən qəbul edildiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində xx xxxx 2020-ci il tarixli, TP ******* nömrəli qərar heç bir sübuta istinadedilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İXM-nin 342.2.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir; 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti qismən təmin edilməli, Bakı şəhər BPİnin Dövlət X10 tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, TP ******* nömrəli qərar ləğv edilməli və iş yenidən baxılması üçün Bakı şəhər BPİ-nin Dövlət X6ytarılmalıdır. Məhkəmə, X2 inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair xahişinə münasibətdə isə qeyd edir ki, hazırkı halda məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməsi hissədə şikayət təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALD İ : X2 şikayəti qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhər BPİ-nin Dövlət X10 tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, TP ******* nömrəli qərar ləğv edilsin və iş yenidən baxılması üçün Bakı şəhər BPİ-nin Dövlət X6ytarılsın. Qalan hissədə şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-1147/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1147/2020
20.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver