Məhkəmə qərarları › İş №3(011)-11491/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-11491/2025

09.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-11491/2025 09.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, X2katibliyi, X1 iştirakı ilə, Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 28529822 nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 28529822 nömrəli qərarının ləğv edilməsinixahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X4 xx.xx.2025-ci il tarixində QİS Şərifzadə- A.Abbasov küçəsi, inşaatçılar metrosu stansiyası 1 yaxınlığında saat 11.55 radələrində İXM-nin 327.2-cimaddəsinə əsasən 327.2. Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 "Giriş qadağandır" yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə ediliB. xx.xx.20205-ci il tarixli qərarla EQ28529822 nömrəli protokolla inzibati cərimə tətbiq edilmişdir. Bu qərar əsasında X5 Azərbaycan Respublikasının İXM-nin 327.2-cimaddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 100 manat cərimə edilmişdir. Daxili İşlər Nazirliyinin elektron sistemində sübut kimi təqdim olunan fotomaterialda nəqliyyat vasitəmin ümumi istifadədə olan nəqliyyat zolağında hərəkətdə olduğu göstərilir. Lakin həmin görüntü təkbaşına inzibati xəta faktını sübut etmək üçün kifayət deyil. Protokolda iddiaçının guya svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı qüvvədə olarkən hərəkəti davam etdirdiyi iddia olunur ki, bu hal hadisənin faktiki gedişinə tam ziddir. Belə ki, qeyd olunan tarixdə iddiaçı Bakı şəhəri ərazisində QİS2-Şərifzadə- A.Abbasov küçəsi, inşaatçılar metrosu stansiyası 1 yaxınlığında avtomobili idarə edərkən svetoforun yaşıl işıq siqnalı yanmış və qanunvericiliyə uyğun olaraq o, hərəkətə başlamışdır. Lakin svetoforun işıq siqnalı qırmızıya keçmiş, bununla eyni vaxtda digər istiqamətdən nəqliyyat vasitələri hərəkətə başlamışdır. Yaranmış vəziyyət təhlükə yaratdığından təhlükəsizliyi təmin etmək məqsədilə avtomobilini dayandırmaq məcburiyyətində qalmışdır. Qeyd edilməlidir ki, bu cür vəziyyət sürücünün iradəsindən asılı olmayaraq, svetoforun texniki rejimindən irəli gəlmiş və iddiaçı yol hərəkəti qaydalarını pozmadan, əksinə, qəzanın qarşısını almaq üçün zəruri tədbir görmüşdür. X8 Qanuna əsasən, sürücü yalnız svetoforun siqnalına deyil, eyni zamanda yol hərəkəti təhlükəsizliyini təmin etmək üçün yaranmış real şəraitə də reaksiya verməlidir. Əgər qəza təhlükəsi yaranıbsa, sürücünün hərəkəti dərhal dayandırması qanuni tələbdir. Həmçinin, protokolda göstərilən cərimə sübutlarla tam dəqiqləşdirilməyib. Fotomateriallar və müşahidə qeydlərində svetoforun yaşıl işıqda yanması, ani olaraq qırmızıya keçməsi və qarşı tərəfdən avtomobillərin hərəkətə başlaması açıq şəkildə görünmür və bu faktlar protokol tərtib edilərkən araaşdırılmamış, nəzərə alınmamış və X4 qarşı inzibati məsuliyyət əsassız olaraq tətbiq edilmişdir. Göründüyü kimi iş üzrə şikayətimin təmin edilməsi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində qeyd edilən əsaslar mövcuddur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cu maddəsində göstərilir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən, bu Məcəllənin 53- cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Hazırkı İnzibati xəta haqqında iş üzrə qəbul edilmiş inzibati cərimə barədə qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində göstərilən əsasların hər biri mövcuddur. Göstərilənlərə əsasən, məhkəmədən X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-cimaddəsinə əsasən tərtib edilmiş inzibati cərimə haqqında xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi və X3 barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5şikayətin məzmununa uyğun izahat verərək qərarın ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 28529822 nömrəli qərarından görünür ki, X5 xx.xx.2025-ci il tarixdə saat 11:55-də QİS 2- Şərifzadə - A.Abbasov küçəsi, İnşaatçılar metrosu istiqamətində “Qiyuan Q05 Plug-İN hibrid” minik markalı, **-QE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirmişdir. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmişdir və onun barəsində 100 manatməbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 327.2-ci maddəsinə əsasən,svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırkı iş üzrə barəsində şikayət verilən qərarda X5Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. Yuxarıda sadalanan normaların tələblərindən göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 28529822 nömrəli qərarına əsasən X3 xx.xx.2025-ci il tarixində, saat 11:55-də “Qiyuan Q05 Plug-İN hibrid” minik markalı, **-QE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir və onun barəsində 100 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2025-ci il tarixli, EQ 28529822 nömrəli qərarda göstərilən inzibati xətanın X5 tərəfindən törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində xx.xx.2025-ci il tarixli, EQ 28529822 nömrəli qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 iştirakı ilə şikayət ərizəsində göstərilən dəlillər hərtərəfli, tam və obyektiv surətdə araşdırılmalı, şikayətin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğvedilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrəqərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə belə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 28529822 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X5 tərəfindən verilmiş şikayətqisməntəminedilsin. Baş Dövlət Yol Polisi İdarəsinininzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 28529822 nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qalan hissədə şikayəttəminedilməsin. Qərarınsurəti təqdim edildiyivəyaalındığıgündən 10 (on) günmüddətindəBakı Apellyasiya Məhkəməsinəşikayətveriləbilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar