Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-1152/2023 13.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlu, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 232- 1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Xətai RPİnin 36-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş materialları nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 22 fevral 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış material baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15 yanvar 2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Şəxs qapı qonşuluqda yaşayan vətəndaş X1 öz hesabına düzəltdirdiyi pəncərənin şüşələrini qəsdən vuraraq sındırmış və bu əməli ilə Şəxs ona 20 manat dəyərində maddi ziyan vurmuşdur. Bununla da, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci (özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələmə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəməyə ünvanlanmış iş materiallarını araşdırıb hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan, işə baxılarkən həmin nöqsanların aradan qaldırılması mümkün olmadığından onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş inzibati iş üzrə materiallar öyrənilərək müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı Faiq Şahverdiyev tərəfindən aparılan ilkin təhqiqat araşdırması zamanı Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yaşayan X1 öz hesabına düzəltdirdiyi pəncərənin şüşələrini qəsdən vuraraq sındırması nəticəsində ona 20 manat məbləğində zərər dəyməsi qeyd edilsə də, həmin məbləğ yalnız zərərçəkmiş şəxsin izahatına əsaslanaraq hesablanmış və güman edilən inzibati xəta hadisəsi nəticəsində E.Ələkbərovaya dəymiş ziyanın dəyəri qanunvericiliklə müəyyən edilmiş qaydada müəyyənləşdirilməmiş, yəni onun dəyərinin müəyyən edilməsi ilə bağlı ekspert rəyi alınaraq iş materiallarına əlavə edilməmişdir. Bundan başqa, inzibati xəta haqqında protokola və ona əlavə sənədlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və şahid X2 izahatları, hadisə yerinə baxış protokolu və hadisə yerinin fotoşəkilləri əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə az miqdarda ziyan vurduqda inzibati xəta hesab olunur və vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə növündə tənbeh tədbiri nəzərdə tutulur. Həmin maddənin qeyd hissəsinə görə isə, “az miqdar” ziyan dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Odur ki, yuxarıda sadalanan nöqsanlarla əlaqədar olaraq məhkəmə tərəfindən Şəxs inzibati məsuliyyətə cəlb edilib-edilməməsi və ya onun barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsi üçün əsasların olub-olmaması məsələsinin həlli istiqamətində müəyyən nəticəyə gəlmək mümkün olmamışdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, məhkəməyə ünvanlanmış sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iş materialında mövcud natamamlıqları məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığı üçün inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş 22 fevral 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə geri qaytarılsın. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1152/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-1152/2023
13.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver