Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1152/2025 17.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş 14 noyabr 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, nəqliyyat vasitəsini idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarını müəyyən edilmiş 03 (üç) ay müddət ərzində ödəməmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, cəriməni ödəmişdir. Bu səbəbdən icraata xitam verilməsini xahiş edir. Səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: inzibati xəta haqqında 14 noyabr 2024-cü il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, nəqliyyat vasitəsini idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə EQ 21288441 nömrəli qərar üzrə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarını müəyyən edilmiş 03 (üç) ay müddət ərzində ödəmədiyindən və bununla da İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət X2 İnternet Portalından çıxarışın surətindən görünür ki, Şəxs EQ 21288441 saylı qərarla ona təyin edilmiş cəriməni ödəmədiyinə görə, cərimənin üzərinə əlavə olaraq 12 manat məbləğində dəbbə pulu hesablanmış və Şəxs ödəməli olduğu ümumi məbləği 32 manat təşkil etmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət X2 İnternet Portalından çıxarışın surətindən görünür ki, EQ 21288441 nömrəli inzibati xəta haqqında qərar üzrə 32 manat məbləğində cərimə dövlət büdcəsinə ödənilmişdir və xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə -nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır; 529.3-cü maddəsinin qeydinə əsasən Bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur; 145.1.4.-cü maddəsinə əsasən İXM-də şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda iş üzrə icraata xitam verilir; Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Əliyev X1 cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 03 (üç) ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan üzərinə qoyuluş cərimə öhdəliyini yerinə yetirməmişdir. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə baxış dövründə İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs tərəfindən 32 manat məbləğində cərimə borcunun tam şəkildə ödənilməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Əliyev X1 Xətalar 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs cərimə borcunu tam olaraq ödədiyindən inzibati məsuliyyətdən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova İş № 3(011)-6130/2024 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU BAKİ ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ 02 dekabr 2024-cü il Bakı şəhəri Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxılır. İclas saat 15:45-də başlanır. Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Katib məruzə edərək bildirir ki, inzibati xəta törətmiş şəxsə və inzibati protokolu tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildiriş göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və nümayəndələrinin iştiraklarını təmin etməyərək bunun səbəbi barədə məlumat verməmişlər. Sədrlik edən yerində müşavirə edib, qərara alır: - Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən işə inzibati xəta törədən şəxsin və inzibati protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilsin. Sədrlik edən iş materiallarını nəzərdən keçirir. Məhkəmə qərar qəbul etmək üçün müşavirə otağına gedir, müşavirə otağından qayıtdıqdan sonra sədrlik edən qərarı elan edir, qərardan şikayət vermə müddətini və qaydasını izah edir. Məhkəmə iclası saat 15:55-də bağlı elan olunur. İclas protokolu 02 dekabr 2024-cü il tarixdə tərtib edilmişdir. Sədrlik edən: Katib: AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, M.Hadi küçəsi 249. (Ukrayna dairəsi) Tel.: 374-96-30: *** ** ** (faks) Email: Elektron ünvan İş № 3(011)-4439/2022 15 avqust 2022-ci il Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 3(011)-4439/2022 saylı qərarı icra edilməsi üçün Sizə göndərilir. Qoşma: qərar 01 vərəq, 01 nüsxə. Hakim: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-1152/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1152/2025
17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver