Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-11520/2025 29.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, məhkəmə iclas katibi Əhədzadə Firdovsi Hüseyn oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakı ilə xx.xx.1969-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 08:22 radələrində idarə etdiyi “Lifan LF 7132/2 320” minik markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Xətai rayonu, Zığ şossesində hərəkətdə olan zaman saxlanılmış və yoxlama zamanı məlum olmuşdur ki, sürücü Şəxs avtomobili sərxoş halda idarə edir. Bakı şəhəri DYPİ Yol patrul xidməti inspektoru, polis serjantı X1 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahat verərək içkili olmadığını bildirmişdir. Bu halı təsdiq etmək üçün sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə haqqında protokolu təqdim etmiş və ayıq olduğunu bildirmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan görünür ki, müayinə nəticəsində Şəxs protokolda həkimə getməyə ehtiyacı olmadığını, alkoqol göstəricisinin 0.51 milli olduğunu və bununla razı olduğunu, spirtli içki pivə içdiyini qeyd etmiş və öz imzası ilə təsdiq etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə haqqında xx.xx.2025-ci il tarixli protokol təqdim edərək sərxoş olmadığını bildirsə də sonuncunun təqdim etdiyi həmin protokoldan yoxlamanın saat 11:30-da keçirildiyi görünür. Lakin inzibati xəta haqqında protokoldan və YPX inspektoru tərəfindən təqdim edilmiş sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan hadisənin həmin gün saat 08:21-də baş verməsi müəyyən edilmişdir. Yuxarıda istinad olunanlara münasibətdə məhkəmə qeyd edir ki, şikayət verən Şəxs xx.xx.2025-ci il tarixdə içkili olmadığını bildirsə də, inzibati xəta baş verən tarixdə o, alkotesterin nəticəsindən narazı qaldığı təqdirdə aktı imzalamaqdan imtina edə və müayinədən keçməyi tələb edə bilərdi. Bunun əksinə o, özü öz yazısı ilə izahat vermiş və alkotesterin nəticələrinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında şikayət verən Şəxs xx.xx.2025-ci il tarixli saat 11:30-da aparılan müayinənin rəyini təqdim etsə də məhkəmə qeyd edir ki, vaxt baxımından müayinə inzibati xətanın aşkar edildiyi vaxtdan 4 saat sonra aparılmışdır. Bu vaxt ərzində qəbul edilmiş spirtli içkinin izlərinə rast gəlinməyə də bilərdi. Belə ki, ilkin müayinə zamanı aşkar edilmiş sərxoşluq dərəcəsi 0.51 promilli həddində olmuşdur. Məhkəmə qeyd edir ki, orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq hər 1 saat ərzində alkoqolun miqdarının orta hesabla 0.10-0.20 promilə qədər qandan təmizlənməsi mümkündür Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 saylı Qərarının 2.4 bəndinə əsasən xüsusi texniki vasitənin qanda alkoqol konsentrasiyasının 0.3 promilli və daha artıq olan göstəricisində şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. 3 saata yaxın vaxt keçməsini nəzərə alaraq hadisə vaxtı 08:20 radələrində şəxs yüngül dərəcəli sərxoş hesab edilir. Həmçinin, qanda alkoqol miqdarının təyin edilməsində dünya üzrə qəbul olunmuş, geniş istifadə edilən üsullardan biri Widmark düsturudur. İnsan orqanizmində alkoqolun qanda təmizlənmə surəti onun çəkisindən, cinsindən, metabolizmadan və qaraciyərin fəaliyyətindən asılıdır. Orqanizmdə alkoqolun təmizlənmə sürətini hesablayarkən təqdim olunan hesablama cədvəlindən başqa şəxsin fizioloji xüsusiyyətləri nəzərə alınır. Odur ki, məhkəmə təqdim edilən dəlillərə Şəxs özünü müdafiə etməsi kimi qiymət verərək əsaslı hesab etmir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin alkoqoldan istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alıb Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri – cərimə tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48,114,115-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(011)-11520/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-11520/2025
29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver