Məhkəmə qərarları › İş №3(011)-1153/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1153/2022

10.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1153/2022 10.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun, Məhkəmə iclas katibi X4, iş üzrə zərərçəkmiş kimi tanınmış X2 və barəsində inzibati icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə xx xxxxxxx 1998-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkum olunmayan, Masallı rayon Qızılağac kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Bakı şəhər Xətai RPİ-nin 34-cü PŞ müəyyən etmişdir ki, Şəxs oğlu 18 fevral 2022-ci il tarixdə Xətai rayonu 5-ci Əhmədli qəsəbəsinin qarşısında X3 məxsus “Moon” markalı mopedi talayaraq zərərçəkmiş şəxsə ziyan vurmuşdur. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə MN ******* nömrəli protokol tərtib olunmuş və toplanmış material baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu izahatında Xətai rayonu 5-ci Əhmədli qəsəbəsinin qarşısında X3 məxsus “Moon” markalı mopedi tanışı ilə birlikdə talayaraq oğurladığını etiraf etmişdir. 5- 6 gündən sonra həmin mopedi Bəhruz adlı şəxsə 250 manata satmışdır. Daha sonra polis əməkdaşları onu müəyyən edərək saxlamışlar. Hadisəni olduğu kimi polislərə bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş X1 rayonu 5-ci Əhmədli qəsəbəsinin qarşısında özünə məxsus “Moon” markalı mopedin iki nəfər tərəfindən 18 fevral 2022-ci il tarixdə oğurlandığını və nəticədə ona 2300 manat ziyan dəydiyini qeyd etmişdir. Bu günədək ona dəymiş ziyan ödənilməmişdir. Cinayət işinin başlanmasına xitam verilməsindən məlumatı olmadığını, həmin qərardan şikayət verəcəyini, hadisənin cinayət olduğunu və bu səbəbdən inzibati iş üzrə icraata xitam verilməsini və materialın araşdırılması üçün prokurora göndərilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı Aşqin Abdullayevin 04 mart 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından məlum olur ki, təhqiqatçı heç bir araşdırma aparmadan və heç bir ekspertiza rəyinə istinad etmədən fakt üzrə cinayət işinin başlanmasını rədd etmişdir. Qərardan şikayət vermə müddətini gözləmədən əmələ inzibati qaydada qiymət verilməsi üçün materialı tələsik aidiyyatı üzrə göndərmişdir. İş materiallarına əlavə edilmiş protokoldan görünür ki, Şəxs 09 mart 2022-ci il tarixdə inzibati qaydada tutulmuşdur. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materialı araşdıraraq belə hesab edir ki, Şəxs tərəfindən törədilmiş əməldə cinayət əlamətləri olduğundan materiallar Bakı şəhəri Xətai Rayon Prokurorluğuna göndərilməlidir. Belə ki, iş materiallarında olan raportdan və izahatlardan, məlum olur ki, oğurluq zamanı əlbirlik faktı araşdırılmamışdır. Bundan başqa tapılmış mopedin qiymətinin müəyyənləşdirmək üçün ekspertiza təyin edilməmişdir. Zərərçəkmiş şəxsin ifadəsində oğurluq nəticəsində ona 2300 manat ziyan dəyməsinə dair xüsusatlara qiymət verilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 1ci bəndinə əsasən, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən törədilmiş əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri aşkar edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin qeydinə əsasən Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə (Materialların prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına verilməsi) əsasən, icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materialların prokurora, təhqiqat və ya istintaq orqanına göndərilməsinə dair qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən əməldə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində 09 mart 2022-ci il tarixli protokol əsasında tətbiq edilmiş tutma nəzərə alınmalı və o, dərhal Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən həbsdən azad edilməlidir. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala xitam verilməli, barəsində inzibati xəta haqqında işdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri aşkar edildiyindən materiallar Bakı şəhəri Xətai Rayon Prokurorluğuna göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53 , 85, 114.2.3, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında icraata xitam verilsin. Şəxs oğlu həbsdən dərhal azad edilsin. Barəsində inzibati icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri aşkar edildiyindən materiallar Bakı şəhəri Xətai Rayon Prokurorluğuna göndərilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayəti və protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar