Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-1153/2025 05.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ X6 Adil oğlunun sədrliyi ilə, X1 Bakı şəhəri Baş Polis İdarəsi DYPİ-nin 12 iyul 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: X3 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Baş Polis İdarəsi DYPİ-nin 12 iyul 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, X1 inzibati tənbeh vermə haqqında qərardan qanunvericilikdə nəzərdə tutulmuş şikayət vermə müddətini buraxdığından və müddətin bərpası üçün vəsatət vermədiyindən şikayətin icraata qəbuldan imtina olunmalı və geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Baş Polis İdarəsi DYPİ-nin 12 iyul 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, həmin qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində məhkəməyə şikayət vermək hüququ izah edilmişdir. İş materiallarından görünür ki, X3 tərəfindən verilmiş şikayət ərizəsi təxminən 06 ay 07 gündən sonra, yəni 07 yanvar 2025-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)- 156/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətçi X1 vəkili və nümayəndəsi X4 Bakı şəhəri Baş Polis İdarəsi DYPİ-nin 12 iyul 2024-cü il tarixli, TP ******* nömrəli qərarından verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birgə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 130.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Bakı şəhəri Baş Polis İdarəsi DYPİ-nin 12 iyul 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətin icraata qəbulundan imtina olunmalı və geri qaytarılmalıdır. X2 qərardadda göstərilən nöqsan aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 120- 132-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D I M: X1 Bakı şəhəri Baş Polis İdarəsi DYPİ-nin 12 iyul 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətin icraata qəbulundan imtina olunsun və şikayət və əlavə olunmuş sənədlər geri qaytarılsın. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-1153/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-1153/2025
05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver