Məhkəmə qərarları › İş №3(011)-1155/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1155/2020

28.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1155/2020 28.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi ilə, şikayətçi X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən Eyvaz Mürvələdovun inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən Eyvaz Mürvələdovun inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, “MAX” X1 servis işçisi kimi çalışır. xx.xx.2020-ci il tarixdə saat 11:50 radələrində işə gedərkən “Əhmədli” metrostansiyasının yaxınlığında polis əməkdaşı tərəfindən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi qaydalarına riayət olunub-olunmamasının yoxlanılması məqsədi ilə saxlanılmış, həmin yoxlama zamanı guya onun xüsusi karantin rejimi qaydalarını pozduğu müəyyən edilmişdir. Həmin inzibati xətanın predmetinin əsası kimi onun qoruyucu vasitə olan tibbi maskadan istifadə etməməsi olmuşdur. Səlahiyyətli orqanın nümayəndəsi tərəfindən ona tibbi maskadan istifadə etməyin zəruri olduğu, istifadə olunmayacağı təqdirdə cərimə tətbiq olunduğunu, qoruyucu vasitə olan tibbi maskadan istifadə olunmadığı üçün sadəcə xəbardarlıq olunduğunu və əgər bu halın təkrarlanarsa barəsində cərimə tətbiq olunacağı bildirilmişdir. Polis əməkdaşı xəbərdarlığı ona təqdim etməkdən imtina etmiş, xəbərdarlığın müddəaları ilə tanış olmaq istəyərkən polis əməkdaşı buna mane olaraq narahat olmağı üçün heç bir əsasın olmadığını, ona güvənə biləcəyini bildirərək rahat bir şəkildə imzalaya biləcəyini söyləmiş, o da polis əməkdaşına inanaraq xəbərdarlığı oxumadan imzalamış, lakin xəbərdarlığı imzaladıqdan sonra belə ona təqdim edilməmişdir. Sonradan, yəni xx.xx.2020-ci il tarixdə “AsanPay” Ödəniş Portalı vaitəsilə barəsində xəbərdarlıq deyil, inzibati xəta haqqında protokol tərtib olunduğunu və bunun əsasında da 100 manat cərimə olunduğunu öyrənmişdir. Səlahiyyətli orqan tərəfindən barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan və onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan əsassız və qanunsuz olduğu üçün narazıdır. Belə ki, səlahiyyətli orqanın nümayəndəsi tərəfindən yalnız onun fərdi qoruyucu vasitə olan tibbi maskadan istifadə etməməsi səbəbi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin vaxtda isə, yəni xx.xx.2020-ci il tarixdə fərdi qoruyucu vasitə olan tibbi maskadan istifadə vətəndaşlara yalnız tövsiyə olunmış və onun icrasının məcburiliyi haqqında hər hansı bir normativ hüquqi akt belə mövcud olmamış, yəni vətəndaşlara fərdi qoruyucu vasitədə olan tibbi maskadan istifadə xx.xx.2020-ci il tarixədək vəzifə deyil, hüquq kimi müəyyən edilmişdir. Buna görə şəxs məsuliyyətə cəlb oluna və onun barəsində hər hansı inzibati tənbeh tədbiri tətbiq edilə bilməzdi. Odur ki, göstərilənlərin nəzərə alınaraq, Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən Eyvaz Mürvələdovun inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X3 şikayəti müdafiə edərək dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş səlahiyyətli orqan məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, X2 xx.xx.2020-ci il tarixdə saat 11:50 radələrində “Əhmədli” metrostansiyasının yaxınlığında olduğu zaman epidemiya əleyhinə rejimin, sanitariyagigyena və karantin rejimi qaydalarının pozulması əsas gətirilməklə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur; Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən Eyvaz Mürvələdovun inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərardan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 11:50 radələrində “Əhmədli” metrostansiyasının yaxınlığında olduğu zaman epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərini pozması əsas gətirilməklə İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar; 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir; 11.3-cü maddəsinə əsasən inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında xx xxxx 2020-ci il tarixli Qərarının 1 və 2-ci bəndlərinə əsasən Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədi ilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət xx xxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək dayandırılmışdır; Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında xx xxxx 2020-ci il tarixli qərarına əsasən Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur. Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən supermarketlərin, ərzaq mağazalarının və apteklərin fəaliyyəti, evə götürmə, çatdırma və onlayn satış, pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədi ilə mümkündür. Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət xx xxxx 2020ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək dayandırılır; Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 xx.xx.2020-ci il tarixdə saat 11:50 radələrində “Əhmədli” metrostansiyasının yaxınlığında olduğu zaman səlahiyyətli orqanın nümayəndəsi tərəfindən onun epidemiya əleyhinə rejimin, sanitariya-gigyena və karantin rejimi qaydalarının pozulması əsas gətirilməklə (tənəffüs yollarını qoruyan fərdi vasitələrdən – tibbi maskadan istifadə etmədiyi üçün) barəsində xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən Eyvaz Mürvələdov tərəfindən də onun 100 manat məbləğində inzibati cərimə olunmasına dair inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərar qəbul olunmuşdur. Məhkəmə qeyd edir ki, səlahiyyətli orqanın inzibati tənbeh vermə haqqında qərarı qanuni olmamışdır. Belə ki, xx.xx.2020-ci il tarixdə fərdi qoruyucu vasitə olan tibbi maskadan istifadə vətəndaşlar üçün yalnız tövsiyə xarakterli olunmış, onun icrasının məcburiliyi haqqında hər hansı bir normativ hüquqi akt mövcud olmamış, vətəndaşlara fərdi qoruyucu vasitədə olan tibbi maskadan istifadə vəzifə deyil, hüquq kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə xx xxx 2020-ci il tarixli, 189 nömrəli qərarına əsasən, 1. Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 hallarda sosial metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir: 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); 1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); 1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; 1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; 1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; 1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda; Həmin qərarın 3-cü bəndinə əsasən bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə xx xxx 2020-ci il tarixli, 189 nömrəli qərarı xx.xx.2020-ci il tarixdə mövcud olmamaqla, xx xxx 2020-ci il tarixdə qəbul olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. Belə olan halda məhkəmə hesab edir ki, X2 təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. X3 epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozulmadığını bildirmiş, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-cı maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə olunmasına dair Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən Eyvaz Mürvələdovun inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığndan xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar