Məhkəmə qərarları › İş №3(011)-11565/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-11565/2025

29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-11565/2025 29.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əhədzadə Firdovsi Hüseyn oğlunun katibliyi, X1 iştirakı ilə, X1 barəsində Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X4 şikayətlə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X4 şikayəti onunla əsaslandırmışdır ki, **-VY-*** dövlət qeydiyyat nişanlı “Kia Rio” markalı avtomobili ilə Bakı şəhəri, Babək prospektində hərəkətdə olarkən YP-522 qeydiyyat nişanlı DYP əməkdaşı saxla əmrini vermişdir. Çox kobud şəkildə danışaraq ön buferdə duman fənərinin olmamasına görə 342.5-ci maddə ilə protokol tərtib etmişdir. Ancaq qərarsız olan protokolu təqdim etməmişdir. Yazılan cərimədə ön şüşə silgəcləri də qeyd olunub. Ancaq şikayətçinin avtomobili qaydasında olub. Bununla bağlı əlində video görüntü var. Ancaq buferdə duman fənərlərinə gəldikdə ölkəmizdə tətbiq edilən BMT-nin Avropa İqtisadi komissiyasının 48 saylı əsasnaməsinin 6.3.1-ci bəndinə əsasən minik avtomobilində duman işıqları istəyə uyğundur. Quraşdırıla da bilər. Konstitusiyanın 63-cü maddəsinə əsasən təqsirsizlik prezumpsiyası üzrə şikayətçi təqsirsiz olduğunu sübut etmək məcburiyyətində deyil. Ona yazılan protokoldan narazıdır. Odur ki, işi araşdırb düzgün qərar verilməsini xahiş edir. Onun maşını 2006-cı ildir. Bu ildə duman olmayan versiya da var. Məhkəmə iclasında şikayətçi şikayətini müdafiə edərək onun təmin edilməsini və qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçini dinləyərək, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X2 xx.xx.2025-ci il tarixində, saat 12:21-də “Kia Rio” minik markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən 50 manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327 - 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə - əlli manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı şikayətçi duman üçün ön işıqlandırma yerinin olduğunu, lakin işıqları yerləşdirmədiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, mövcud olmayan işiq əsas olmadığından və bu avtomobilin digər versiyalarında heç umumiyyətçə duman işiqları üçün yerin olmaması da nəzərə alınıb qərar əsassız hesab edilməlidir. Məhkəmə şikayət verən şəxsin istinad etdiyi hallara münasibətdə qeyd edir ki, qanunvericilikdə xarici işıq cihazlarının nasaz olması və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə cərimə cəzası nəzərdə tutmuşdur. Şikayətçi özü də bildirmişdir ki, duman işiqları üçün yer mövcud olsa da, işiqlar yerində olmamışdır. Demək ki, şikayətçi avtomobili işiqlar olmadan idarə etmişdir. şikayətçinin bu işiqların əsas işiq olmadığı ilə bağlı fikrinə münasibətdə məhkəmə qeyd edir ki, qanun xarici işiq cihazlarını əsas və köməkçi işiqlara ayırmır. Avtomobil üzərində duman işiqları üçün nəzərdə tutulmuş konstruksiya mövcud olduğundan işiqlar saz vəziyyətdə olmaqla avtomobil idarə edilə bilərdi. Bu səbəbdən məhkəmə hesab edir ki, barəsində haqlı olaraq qərar qəbul edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi üçün heç bir əsas olmadığından X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X2 şikayəti təmin edilməsin. Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar