Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-11589/2025 12.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, DİN BDYP-nin xx.xx.2025-ci il tarixli 31539758 saylı İnzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, DİN BDYP-nin xx.xx.2025-ci il tarixli 31539758 saylı İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri tərəflərə lazımi qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X1 İXM-in 328.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Azərbaycan Respublikası DİN BDYP-nin xx.xx.2025-ci il tarixli 31539758 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikası DİN-nin Xətai rayon DİN BDYP-ə tapşırılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN BDYP-nin xx.xx.2025-ci il tarixli 31539758 saylı İnzibati tənbeh vermə haqqında qərarına əsasən X2 xx.xx.2025-ci il tarixdə saat 09:02-də 90- UL-411 dövlət qeydiyyat nişanlı vasitəsini idarə edərkən İXM-in 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Bununla da, X2 İXM-in 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 400 manat məbləğində cərimə edilmişdir. X1 şikayətinə əsasən bildirmişdir ki, **-UL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini ZaminBank ASC-dən götürülmüş kredit vəsaiti hesabına alınmışdır və avtonəqliyyat vasitəsi banka girov qoyulmuşdur. Bir müddət sonra kredtik öhdəliyini yerinə yetirə bilmədiyim üçün avtonəqliyyat vasitəsini banka təhvil vermişəm. Lakin bank manim kredit öhtəliyimi bağlamaq əvəzinə avtonəqliyyat vasitəsini başqa şəxsə verməklə kredit öhdəliyini başqa şəxslərə həvalə etmişdir. Nəticədədə həmin şəxslər banka heç bir vəsait ödəməmişdilər. Mənim bank qarşısında öhdəliyim qalmışdır və **-UL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi mənim mülkiyyətimdədir. Lakin dəfələrlə müraciət etsəmdə nə bank əməkdaşları, nə icra şöbəsi, nə də DYP əməkdaşları həmin atonəqliyyat vasitəsini tapıb mənə təhvil vermirlər. Baxmayaraq həmin nəqliyyat vasitəsi sərbəst şəkildə, sənədsiz idarə olunur. Dediklərimin sübutu kimi, **-UL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə qısa müddət ərzində davamlı olaraq yol hǝrǝkǝti qaydaları pozulur və pozulmaqda da davam edir. Bununla bağlı AR DİN 102 xidmətinə dəfələrlə müraciət etmişəm və müraciətim hər dəfə qeydiyyata alınsada bu günə kimi nə nəqliyyat vasitəsi mülkiyyətimə qaytarılır, nədə nəqliyyat vasitəsinin qanunsuz istifadə edərək yol hərəkəti qaydalarını pozan şəxs tapılaraq məsuliyyətə cəlb olunmur. Bu vəziyyətdən sui-istifadə edən şəxs qanunsuz olaraq mülkiyyətimdə olan nəqliyyat vasitəsini hüquq müəyyənedici sənədlər olmadan idarə edərək, sanki bilərəkdən yol hərəkəti qaydalarını pozamaqda davam edir. Baxmayaraq ki, həmin qayda pozuntuları və ən əsasıda harda törədilməsi xüsusi vasitələrlə qeydə alınır, lakin nədənsə nəqliyyat vasitəsi saxlanılması istiqamətində tədbirlər görülmür. Bu səbəbdən də tərtib olunmuş elektron protokollar manim adıma tərtib olunur və nəticə etibarilə barəmdə inzibati məsuliyyətə cəlb olunma haqqında Qərarlar qəbul olunur. Baxmayaraq ki, hadisənin başqa şəxs tərəfindən törədilməsi bəlli olsada məsuliyyət üzərimdə qalır və hətta sürücülük hüququmun məhdudlaşdırılması təhlükəsi yaranmışdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X2 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 328.1. Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə- 10 (on) manat məbləğində cərimə edilir. Hazırkı iş üzrə barəsində şikayət verilən qərarda X1 yol hərəkəti qaydalarını pozması göstərilməklə o, Azərbaycan Respublikası İXM-in 328.1-ci maddəsi ilə təqsirli bilinmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2025-ci il tarixli 31539758 saylı qərarda göstərilən inzibati xətanın X2 tərəfindən törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X1 barəsində xx.xx.2025-ci il tarixli 31539758 saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, DİN BDYPnin xx.xx.2025-ci il tarixli 31539758 saylı tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. DİN BDYP-nin xx.xx.2025-ci il tarixli 31539758 saylı İnzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №3(011)-11589/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-11589/2025
12.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver