Məhkəmə qərarları › İş №3(011)-11593/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-11593/2025

12.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-11593/2025 12.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, X5 iclas katibliyi, X1 Baş X11 İdarəsinin 29 oktyabr 2025-ci il tarixli EQ 31621052 nömrəli protokola əsasən qəbul edilmiş 29 oktyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində çıxarılmış 29 oktyabr 2025-ci il tarixli EQ 31621052 nömrəli protokola əsasən qəbul edilmiş 29 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılır ki, ** UL *** d.q.n avtonəqliyyat vasitəsini ZaminBank ASC-dən götürülmüş kredit vəsaiti hesabına alınmışdır və avtonəqliyyat vasitəsi banka girov qoyulmuşdur. Bir müddət sonra kredit öhdəliyini yerinə yetirə bilmədiyi üçün avtonəqliyyat vasitəsini banka təhvil vermişdir. Lakin bank onun kredit öhdəliyini bağlamaq əvəzinə avtonəqliyyat vasitəsini başqa şəxsə verməklə kredit öhdəliyini başqa şəxslərə həvalə etmişdir. Nəticədədə həmin şəxslər banka heç bir vəsait ödəməmişdirlər. Onun bank qarşısında öhdəliyi qalmışdır və 90UL411 d.q.n avtənəqliyyat vasitəsi onun mülkiyyətindədir. Lakin dəfələrlə müraciət etsədə nə bank əməkdaşları, nə icra şöbəsi, nədə DYP əməkdaşları həmin avtonəqliyyat vasitəsini tapıb ona təhvil vermirlər. Həmin nəqliyyat vasitəsi sərbəst şəkildə, sənədsiz idarə olunur. Dediklərinin sübutu kimi, 90UL411 d.q.n nəqliyyat vasitəsi ilə qısa müddət ərzində davamiyyətli olaraq yol hərəkəti qaydaları pozulur və pozulmaqdada davam edir. Bununla bağlı AR DİN 102 xidmətinə dəfələrlə müraciət etmiş və müraciəti hər dəfə qeydiyyata alınsada bu günə kimi nə nəqliyyat vasitəsi mülkiyyətinə qaytarılır, nədə nəqliyyat vasitəsinin qanunsuz istifadə edərək yol hərəkəti qaydalarını pozan şəxs tapılaraq məsuliyyətə cəlb olunur. Bu vəziyyətdən istifadə edən şəxs qanunsuz olaraq mülkiyyətində olan nəqliyyat vasitəsini hüquqmüəyyən edici sənədlər olmadan idarə edərək, sanki bilərəkdən yol hərəkəti qaydalarını pozmaqda davam edir. Həmin qayda pozuntuları və ən əsasıda harda törədilməsi xüsusi vasitələrlə qeydə alınır, lakin nədənsə nəqliyyat vasitəsi saxlanılması istiqamətində tədbirlər görülmür. Bu səbəbdən də tərtib olunmuş elektron protokollar onun adına tərtib olunur və nəticə etibariilə barəsində inzibati məsuliyyətə cəlb olunma haqqında qərarlar qəbul olunur. Hadisənin başqa şəxs tərəfindən törədilməsi bəlli olsada məsuliyyət üzərində qalır və hətta sürücülük hüququnun məhdudlaşdırılması təhlükəsi yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin Baş X11 İdarəsinin polis polkovnik-leytenantı X4 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 29 oktyabr 2025-ci il tarixli EQ 31621052 nömrəli protokola əsasən qəbul edilmiş 29 oktyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 29 oktyabr 2025-ci il tarixdə, saat 00:03də ünvan 1i ünvanında “Opel Vectra” minik markalı, 99-UL411 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmə və nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində Azərbaycan Respublikası İXM-nin 332.3 və 339.1-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 400 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir; 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir; 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə - əlli manat məbləğində cərimə edilir. Hazırkı iş üzrə barəsində şikayət verilən qərarda X3 nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı halda idarə etməsi göstərilməklə o, Azərbaycan Respublikası İXM-in 332.3 və 339.1-1-ci maddələri ilə təqsirli bilinmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, DİN Baş X11 İdarəsinin polis polkovnik-leytenantı X4 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 29 oktyabr 2025-ci il tarixli EQ 31621052 nömrəli protokola əsasən qəbul edilmiş 29 oktyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 29 oktyabr 2025ci il tarixdə, saat 00:03-də ünvan 1i ünvanında “Opel Vectra” minik markalı, 99-UL411 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXMnin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmə və nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində Azərbaycan Respublikası İXM-nin 332.3 və 339.1-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 400 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2025-ci il tarixli qərarda göstərilən inzibati xətanın X6 tərəfindən törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 332.3 və 339.1-1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, Bakı şəhər X11 İdarəsinin 29 oktyabr 2025-ci il tarixli EQ 31621052 nömrəli protokola əsasən qəbul edilmiş 29 oktyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası DİN Baş X11 İdarəsinin 29 oktyabr 2025-ci il tarixli EQ 31621052 nömrəli protokola əsasən qəbul edilmiş 29 oktyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar