Məhkəmə qərarları › İş №3(011)-116/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-116/2023

19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-116/2023 19.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Bakı Baş Gömrük İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə 14 dekabr 2022-ci il tarixli, 13000-01466/22 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Azərbaycan Respublikasının ərazisindən tranzit daşınmalı olan ******* kq-dan ibarət hidrotəmizlənmiş dizel yanacağı malı hüquqi şəxs Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixdə **********00009 saylı barkod üzrə AR Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 229 saylı qərarına əsasən 4 (dörd) ay müddətinə müvəqqəti saxlanca yerləşdirilmişdir. Sözügedən mallar bu günədək gömrük nəzarəti altında saxlanc xüsusi gömrük proseduru altında qalmaqdadır. Lakin AR Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 229 saylı qərarında müəyyən edilmiş malların saxlanc xüsusi gömrük proseduru altında qalma müddətinin bitməsinə baxmayaraq müvəqqəti saxlancda qalan malları heç bir digər gömrük proseduru altında rəsmiləşdirilməmişdir və ya təyinatı üzrə göndərilməmişdir. Bununla da, hüquqi şəxs Şəxs tərəfindən gömrük qanunvericiliyində müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma üçün nəzərdə tutulmuş son müddət 04 (dörd ay) pozulmuşdur. Nəticədə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və X1 Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndələri məhkəməyə gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, məhkəmə, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və X1 Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və X1 Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin, Təhqiqat bölməsinin təhqiqatçısı, gömrük xidməti mayoru X3 tərəfindən tərtib edilmiş 14 dekabr 2022ci il tarixli, 13000-01466/22 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının ərazisindən tranzit daşınmalı olan ******* kq-dan ibarət hidrotəmizlənmiş dizel yanacağı malı hüquqi şəxs Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixdə **********00009 saylı barkod üzrə AR Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 229 saylı qərarına əsasən 4 (dörd) ay müddətinə müvəqqəti saxlanca yerləşdirilmişdir. Sözügedən mallar bu günədək gömrük nəzarəti altında saxlanc xüsusi gömrük proseduru altında qalmaqdadır. Lakin AR Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 229 saylı qərarında müəyyən edilmiş malların saxlanc xüsusi gömrük proseduru altında qalma müddətinin bitməsinə baxmayaraq müvəqqəti saxlancda qalan malları heç bir digər gömrük proseduru altında rəsmiləşdirilməmişdir və ya təyinatı üzrə göndərilməmişdir. Bununla da, hüquqi şəxs Şəxs tərəfindən gömrük qanunvericiliyində müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma üçün nəzərdə tutulmuş son müddət 04 (dörd ay) pozulmuşdur; 10 dekabr 2022-ci il tarixli raportdan görünür ki, Tükmənistan Respublikasından xx.xx.2022-ci il tarixdə “Alamak DMCC” şirkətinin ünvanına göndərilən ******* kq hidrotəmizlənmiş dizel yanacağı ilə yüklü “Bakı-357” tankeri ilə Bakı şəhəri, Xətai rayonunda yerləşən “Liman” gömrük postuna daxil olmuşdur. Həmin yük Azərbaycan Respublikasının ərazisində daşıyıcısı olan hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli, 229 saylı qərarına əsasən 04 (dörd) ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Həmin yükün ******* kq-ı **********6824, **********4761, **********2260 və **********2251 saylı gömrük bəyannamələri ilə tranzit gömrük prosedurunda rəsmiləşdirilərək təyinatı üzrə yola salınmışdır. Lakin AR Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli, 229 saylı qərarında müəyyən edilmiş müddətin bitməsinə baxmayaraq 8725 kq (bar kod **********00009) hidrotəmizlənmiş dizel yanacağı yükü müvəqqəti saxlancda qalmış, heç bir digər gömrük proseduru altında rəsmiləşdirilməmişdir. Bununla da, Şəxs MMC şirkəti tərəfindən gömrük qanunvericiliyində müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma üçün nəzərdə tutulmuş son müddət 04 ay pozulmuşdur; Şəxs nümayəndəsi X2 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və X1 Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin, Təhqiqat bölməsində verdiyi izahatında bildirmişdir ki, hüquqi şəxs tərəfindən müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş mal müxtəlif texniki səbəblərdən müəyyən edilmiş müddət ərzində digər gömrük proseduru altında yerləşdirilməmişdir, eləcə də təyinatı üzrə göndərilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü tarixli 229 saylı qərarında müəyyən edilmiş 04 (dörd ay) müddətin bitməsinə baxmayaraq müvəqqəti saxlancda qalmış 8725 kq (bar kod **********00009) hidrotəmizlənmiş dizel yanacağı yükü heç bir digər gömrük proseduru altında rəsmiləşdirilməmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar