Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-116/2024 25.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X12 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4 və barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 iştirakı ilə, Bakı şəhər X12 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər X12 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri DYPİ müfəttişi tərəfindən barəsində İXP seriyalı ******* saylı protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixdə isə həmin protokola əsasən TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Sözügedən qərarın ona xx.xx.2024-cü il tarixində təqdim edildiyini bildirmişdir. Aşağıda qeyd edilən xüsusatlara əsasən o hesab edir ki, barəsində tərtib edilmiş qərar qərəzlidir və qanunsuzdur. Belə ki, X5 qeyd edilən tarixdə saat 17:55 radələrində M.Hadi küçəsi Ukrayna dairəsində **-MT-*** dövlət qeydiyyat nişanlı “Nissan Altima” markalı avtomobili ilə hərəkətdə olarkən, dairədə Əhmədli metrosu istiqamətində gedən xətti tutub. Onun avtomobilindən bir korpus arxada, avtomobilinə nəzərən solda hərəkət edən **-AU-*** dövlət qeydiyyat nişanlı “Şevrolet” markalı nəqliyyat vasitəsi sağa dönmə işığı yandıraraq, Neapol dairəsi istiqamətində manevr edərək onun avtomobilinin sol arxa qanadına çırpılmışdır. X1 avtomobili zərər görmüşdür. Qanunla sağ tərəfini qorumalı olan nəqliyyat vasitəsi yol hərəkəti qaydasını pozmuşdur. Bakı şəhəri DYPİ-nin müfəttişləri isə onu günahkar bilmişlər və inzibati tənbeh tətbiq etmişlər. Nəticədə həm də nəqliyyat vasitəsini sığortası ilə təmir etmək hüququndan da məhrum olmuşdur. Bu halda X5 hesab edir ki, barəsində qəbul edilmiş qərar qərəzlidir, qanunsuzdur və məhkəmə tərəfindən ləğv edilməlidir. Bakı Şəhəri DYPİ tərəfindən tərtib olunmuş İXP ******* saylı protokolla bağlı xx.xx.2024-cü il tarixli TP ******* saylı, 07 yanvar 2024-cü il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X12 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X7 şikayəti əsassız hesab edərək bildirdi ki, Bakı şəhər X12 İdarəsinin xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokolla bağlı xx.xx.2024-cü il tarixli TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarına əsasən X5 xx.xx.2024cü il tarixdə “Nissan Altima” minik markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, Ukrayna dairəsində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuşdur və bunu xx.xx.2024-cü il tarixli izahatında da etiraf etmişdir. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Odur ki, X3 şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhər X12 İdarəsinin xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokolla bağlı xx.xx.2024-cü il tarixli TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 xx.xx.2024-cü il tarixdə “Nissan Altima” minik markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, Ukrayna dairəsində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuşdur. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair 2/1200 №-li 07 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, X8 ayıqdır, alkoqol qəbulu əlamətləri yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X5 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı şəhər X12 İdarəsinin xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokolla bağlı xx.xx.2024-cü il tarixli TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhər X12 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-116/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-116/2024
25.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver