Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-11601/2025 19.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X12 X15 , Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin polis sahə inspektoru X1 iştirakları ilə, xx.xx.1957-ci ildə İran İslam Respublikasında anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, Bakı şəhəri, X10 küçəsi, ev 90, mənzıl 14 ünvanında müvəqqəti qeydiyyatda olmaqla yaşayan. X12 X15 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X12 X15 xx.xx.2025-ci il tarixində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Razavi Maleki X4 barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin polis sahə inspektoru X2 tərəfindən 19 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında MN seriyalı ******* saylı protokol tərtib edilmiş və həmin Məcəllənin 43 və 103-cü maddələrinə müvafiq olaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin polis sahə inspektoru X2 izahatında bildirmişdir ki, barəsində inzibati icraat aparılan şəxs “Zəfər” parkının qarşısında 2-ci cərgədə maşın saxlamışdır. Polis əməkdaşı buna etiraz etmiş və o isə telefonunu çıxararq polis əməkdaşının videosunu çəkmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X12 X15 məhkəmə iclasında bildirdi ki, polis əməkdaşı yaxınalaşaraq maşını “Zəfər” parkının qarşısında 2-ci cərgədə saxladığımı və cərimə olacağımı bildirmişdir. O, isə cərimə yazılmasına etiraz etməmişdir. O, sürücü vəzifəsində işləyir, park yerinin videosunu ona görə çəkmişdir ki, maşını başqa yerdə saxlaya bilməyəcəyini iş yerinə göstərsin. Demişdir ki, 5 dəqiqə orda dayanıb, çıxır. Onsuzda barəsində protokol tərtib edilir. Daha sonra polis maşını onun arxasınca gəlib, bildirmişdir ki, onu niyə çəkmişəm. Onu da maşının kapotunun üstünə vurmuşdur. Onun 67 yaşı vardır. Telefonundakı görüntüləri silmişlər. Cəriməni də şirkət ödəyəcəkdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, şəxs maşını parkın qarşısında ikinci sırada saxlamışdır. Maşınla bağlı heç bir sənədi təqdim etməmiş, sadəcə telefonunda şəkillərini göstərmişdir. Şəxs ona demişdir ki, o, maşında olanda protokol tərtib edə bilməzsən. Daha sonra telefonunu çıxararaq, video çəkməyə başlamışdır. Video çəkilişi dayandırmağı tələb etdikdə isə şəxs cavab olaraq bildirmişdir ki, yaxşı edib, video çəkmişdir. Şəxs bundan sonra maşını sürüb getmişdir. Bu zaman maşının arxa təkəri polisin ayağının üstündən keçmişdir. Bundan sonra polis onun arxasınca getmiş, maşını saxlamışdır. Maşını saxlayanda isə şəxsin cavabı o olmuşdur ki, sən kişi deyilsən, sənə kişiliyi sübut edəcəm. O, Post Patrul Xidməti əməkdaşlarını çağırmışdır. İşlədiyi müəssisənin rəhbəri də şəxsi sakitləşdirməyə çalışmış, lakin şəxs, ona da məhəl qoymamışdır. Şəxs telefonu götürməyə çalışanda, polisin gödəkçəsini cırmışdır. Bölmədə olan zaman şəxs onunla barışmağa calışmışdır. O, isə demişdir ki, mənə dəymiş ziyan ödənilsin. O məni və atamı tanımır, niyə şəxsiyyətimə təhqir edir? Hələ maşınla ayağının üstündən də keçmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatını, eləcə də inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, X12 X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 -ci maddəsi ilə təqsirli olması tam sübuta yetirilir. Materiallarda olan xx.xx.2025-ci il tarixli, inzibati qaydada tutma haqqında protokoldan görünür ki, X12 X15 xx.xx.2025-ci il tarixdə saat 11:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, inzibati xəta törətmiş Razavi Maleki X3 şəxsiyyətini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri - cərimə tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2, 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X12 X15 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində barəsində 200 (iki yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. X12 X15 dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-11601/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-11601/2025
19.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver