Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1162/2024 15.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin nümayəndəsi X4 iştirakı ilə Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin əmək müfəttişi X5 tərəfindən hüquqi şəxs "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 13 mart 2024-cü il tarixli MN-1932047 saylı protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X6 ifadəsində inzibati xəta haqqında protokolu müdafiə etdiyini bildirmiş, Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X2 protokola etiraz edərək bildirmişdir ki, əmək müqaviləsinə hər dəfə işçinin təşəbbüsü ilə xitam verilmiş və işlədiyi günlərə mütənasib son haqq-hesab hesablanaraq onun kart hesabına ödənilmişdir. Tahir Əsgərovun dəfələrlə əmək müqaviləsinə xitam verildiyinə görə sentyabr və oktyabr aylarında işə davamiyyəti dəqiq yoxlanılmadan səhv cədvəl tərtib olunmuşdur. Bu səbəbdən iki müqavilə qüvvəyə minənə qədər onun işə davamiyyəti bir neçə gün yanlış göstərilmişdir. Tahir Əsgərov , eləcə də Əmək Müfəttişliyi ayrı-ayrı əmək müqavilələri üzrə hesablama aparmaq əvəzinə üç müqavilə üzrə müddəti və oradan isə son haqq-hesabın hesablanmalı olduğu nəticəsinə gəlmişlər. Son haqq-hesabın düzgün hesablanmamasının nədən və hansı məbləğdən ibarət olduğu müəyyən edilmədiyi halda, əmək müfəttişliyi son haqq-hesabın düzgün hesablanmaması qənaətinə gəlməkdə haqlı olmamış və bu halda səhv qərar qəbul etmişdir. Bu halları nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, Şəxs MMC-nin kadr üzrə mütəxəssisi X3 izahatını araşdırıb məhkəmə hesab edir ki, "xxxx" MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan AZƏRTUNELSUTİKİNTİ” MMC-nin kadr üzrə mütəxəssisi X3 izahatından görünür ki, işçilərin işə davamiyyəti barədə aylıq cədvəllər ayda bir dəfə tərtib edilir. X14 ilə 16.06-xx.xx.2023-cü ilədək, 14.09-xx.xx.2023-cü ilədək, xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək üç əmək müqaviləsi bağlanmışdır. 2023-cü il sentyabrın 8-də birinci əmək müqaviləsinə xitam verilmiş, sentyabrın 14-də isə onunla yenidən əmək müqaviləsi bağlanmışdır. Bu səbəbdən sentyabrın 1-dən 8-dək işlədiyi günlər cədvəldə yeni müqaviləyə daxil edilmişdir. Sentyabrın 08-dən 14-dək qalan üç gün isə texniki səhv kimi qeydə alınmışdır. Oktyabrın 02-dən 06-dək oktyabrın 09-da bağlanmış yeni müqaviləyə görə aylıq cədvəl tərtib edilərkən işləmədiyi günlər 5 gün səhv yazılmış və ödənilmişdir. İş materiallarında olan Şəxs MMC-nin keçmiş işçisi X8 izahatından görünür ki, 3 dəfə Şəxs MMC ilə xx.xx.2023-xx.xx.2023-cü il, xx.xx.2023-xx.xx.2023-cü il və xx.xx.2023xx.xx.2024-cü il tarixli əmək müqavilələri bağlayaraq işləmişdir. Əmək müfəttişliyinə yazdığı müraciətdə belə hal olmadığı üçün onunla əmək müqaviləsi bağlanmadan işləməsi barədə bildirməmişdir. Ona təqdim edilmiş sentyabr və oktyabr aylarının tabellərində əmək müqaviləsindən əvvəl qeyd edilmiş günlər səhvdir. Sentyabrın 8-dən 14-də, eləcə də, oktyabrın 2-dən 6-dək tabeldə qeyd edilmiş günlərdə o işləməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixli ərizələrdən görünür ki, Tahir Ələsgərov işdən azad olunması barədə müraciət etmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, X14 xx.xx.2023-cü il tarixdən başlayaraq avtoelektrik kimi "xxxx" MMC-yə işə qəbul edilmiş və xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi elektron sistemə daxil edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin surətindən görünür ki, 08 sentyabr 2023-cü il tarixli 417/k saylı əmr əsasında Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən X8 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, X14 xx.xx.2023-cü il tarixdən başlayaraq avtoelektrik kimi "xxxx" MMC-yə işə qəbul edilmiş və xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi elektron sistemə daxil edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin surətindən görünür ki, 25 sentyabr 2023-cü il tarixli 453/k saylı əmr əsasında Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən X14 oğlunun əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, X14 xx.xx.2023-cü il tarixdən başlayaraq avtoelektrik kimi "xxxx" MMC-yə işə qəbul edilmiş və xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi elektron sistemə daxil edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin surətindən görünür ki, 16 yanvar 2024-cü il tarixli 017/k saylı əmr əsasında Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən X14 oğlunun əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş çıxarışlardan görünür ki, X11 qanuna müvafiq qaydada son haqq hesab ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X14 hər dəfə əmək müqaviləsi bağlanmaqla işə qəbul olunmuş, əmək müqaviləsinə xitam verilməsi haqqında əmrlə işdən azad olunmuşdur. Bu səbəbdən əmək müqaviləsi qüvvədə olmadığı müddətdə onun tabeldə işə cəlb olunmuş kimi qeyd olunması ağlabatan olmadığı üçün texniki səhv hesab olunmalıdır. Bundan başqa X14 həmin tarixlərdə işə cəlb olunmadığını etiraf etmişdir. Azərbaycan Respublikası İXM-nın 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinın bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nın 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Azərbaycan Respublikası İXM-nın 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nın 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nın 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar, inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nın 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nın 105.1-ci maddəsinə görə həmin Məcəllənın 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti yeganə sübut kimi tabeldə olan qeydləri göstərmişdir.Məhkəmə iclasında X8 öz ifadəsi və digər sübutlarla tabeldə olan qeydlərin texniki səhv olması aşkar edilmişdir. Göründüyü kimi X8 AZƏRTUNELSUTİKİNTİ” MMC tərəfindən qanunsuz işə cəlb edilməsi sübuta yetirilməmişdir. Belə olan halda hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibi yoxdur və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53.1.2, 105.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-1162/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1162/2024
15.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver