Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-11629/2025 22.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, X2 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Şöbəsinin sahə inspektoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixində İmişli rayonu, Muradxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, İmişli rayonu, Muradxanlı ərazi dairəsi, Muradxanlı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Şöbəsinin sahə inspektoru X6 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs qanunsuz olaraq narkotik vasitələrin istehlakı ilə məşğul olması əsas gətirilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd edilmişdir. Həmçinin, Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Şöbəsi sahə inspektoru X7 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda xx.xx.2025-ci il tarixində Xətai rayonu, Gəncə prospekti “Araz” marketin arxa küçəsində Şəxs polis əməkdaşlarına tabe olmaması əsas gətirilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd edilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək göstərmişdir ki, taksi sürücüsüdür, hadisə baş verən zaman avtomobildə müştəri var idi, həmin qadını polis axtarırdı, qadını binaların qabağında düşürən vaxt ona görə avtomobili polis əməkdaşları saxlamışdır, qadın həmin ərazini tərk eləmişdir, bundan sonra polis əməkdaşları onu da şübhəli şəxs qismində saxlamış və bölməyə aparmışlar. Bu hadisədən bir gün qabaq dostunun toyunda olub, narkotikdən onda istifadə edib, protokolun bu hissəsinə etiraz etmir, amma heç vaxt narkotik istifadə etməyib, əməlindən peşmandır. Amma polisin qanuni tələblərinə tabe olmuşdur, polisə müqavimət göstərməmişdir. Polis əməkdaşları tərəfindən döyülmüşdür, gözünün altındakı göylüyün səbəbi döyülməsidir. Ailəlidir, iki azyaşlı uşağı var, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Şöbəsinin sahə inspektoru X1 Nicat Bəxtiyar oğlunun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolların məzmununa uyğun izahat vermişdir, vətəndaşın hadisə yerində polis əməkdaşlarına müqavimət göstərərkən qaçmağa çalışdığı zaman öz hərəkətləri nəticəsində yıxılaraq xəsarət almasını və gözünün altındakı göylüyün buna görə olmasını bildirmişdir. X6 onun barəsində qanunamüvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Şöbəsinin sahə inspektoru X6 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs metamfetamin narkotik vasitəsindən istifadə etməsi xx.xx.2025-ci il tarixli tibbi müayinə zamanı aşkar edilmişdir; Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Şöbəsi sahə inspektoru X7 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Xətai rayonu, Gəncə prospekti “Araz” marketin arxa küçəsində polis əməkdaşlarına tabesizlik göstərmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X8 xx.xx.2025-ci il tarixli, 1/13794 saylı Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyində metamfetamin narkotik vasitəsi aşkar olunmuşdur; İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli, AZA 000002 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində, saat 03:12-də inzibati qaydada tutulmuşdur; “AZEMİS“ Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində iki azyaşlı uşağı vardır: xx.xx.2020-ci il təvəllüdlü Tuncay Şəxs oğlu və xx.xx.2025-ci il təvəllüdlü Narin Şəxs qızı; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati xəta törətmiş şəxsin izahatı, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixində narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə təyin olunmuş tibbi müayinədən keçmiş, onun metamfetamin adlanan narkotik vasitədən istifadə etməsi müəyyən olmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmçinin, məhkəmə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında materialı araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən, onun polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmadığından, habelə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda da onun İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibini yaradan hansı hərəkətlərə yol verməsi və polisin hansı qanuni tələblərinə tabe olmaması ümumiyyətlə göstərilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilməlidir. Bundan əlavə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs döyülməsi faktı barədə Baş Prokurorluğa məlumat verilməlidir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, inzibati məsuliyyəti yüngülləşdirən hal kimi şəxsin səmimi peşmançılığını (İXM-32.1.1), himayəsində iki azyaşlı uşağının olmasını və ağırlaşdıran halların müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli, barəsində həmin maddənin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Şəxs döyülməsi faktı barədə Baş Prokurorluğa məlumat verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №3(011)-11629/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-11629/2025
22.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver