Məhkəmə qərarları › İş №3(011)-11633/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-11633/2025

06.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-11633/2025 06.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əhədzadə Firdovsi Hüseyn oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında materialdan görünür ki, Biləsuvar Gömrük İdarəsi, Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-33-1500/012/0003277 saylı raportda göstərilmişdir ki, Biləsuvar Gömrük İdarəsində hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Xocalı, ev 55 olan Şəxs (VÖEN **********) tərəfindən ixrac gömrük prosedurunda malın dəyəri mal ixrac edildikdən sonra ödənilmək yolu ilə rəsmiləşdirməklə xx.xx.2024-cü il tarixli **********7545 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac etdiyi mallara görə qaytarılmalı olan 13041 (on üç min qırx bir) ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankdakı hesabına köçürülməmişdir. Buna görə də Şəxs MMC barəsində 15 dekabr 2025-ci il tarixli 01200-00710/25 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Biləsuvar Gömrük İdarəsinə və Şəxs MMCyə məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndələri məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tərkibi vardır. Belə ki, iş materiallarında olan Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Elektron gömrük xidmətindən əldə olunmuş məlumatlar əsasında ixrac olunan malların müqabilində vəsaitlərin malların bəyan olunduğu gündən 180 gün ərzində ixracatçıların müvəkkil banklarda olan hesablarına köçürülməmiş pul vəsaitlərinə dair tərtib edilmiş statistik cədvələ əsasən məlum olmuşdur ki, "xxxx" MMC tərəfindən qoşmada göstərilən bəyannamələr üzrə ümumilikdə 13041 (on üç min qırx bir) ABŞ dolları məbləğində qalıq vəsait müvəkkil bankdakı hesabına köçürülməmişdir. Bununla əlaqədar xx.xx.2024-cü il tarixdə hüquqi şəxsin ünvanına qalıq vəsaitin köçürülməsinin təmin edilməsi, əks təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin və ya Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 208-ci maddəsinin tələblərinə uyğun qanunamüvafiq tədbirlər görüləcəyinə dair bildiriş göndərilmiş, lakin vəsaitin köçürülməsinə dair indiyədək hüquqi şəxs tərəfindən heç bir məlumat verilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq qanunamüvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə göstəriş verməyinizi Sizdən xahiş edirik. İş materiallarında olan sənədlərə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, "xxxx" tərəfindən Belarusiya Respublikasında fəaliyyət göstərən şirkətlərlə bağlanmış müvafiq müqavilələrə istinad etməklə Biləsuvar Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirməklə ixrac edilmiş malların müqabilində əldə edilmiş xx.xx.2024-cü il tarixli **********7545 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ümumilikdə 13041 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti müvəkkil bank hesabına köçürülməmişdir. İş materiallarında olan sənədlərə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, "xxxx" tərəfindən Belarusiya Respublikasında fəaliyyət göstərən şirkətlərlə bağlanmış müvafiq müqavilələrə istinad etməklə Biləsuvar Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirməklə ixrac edilmiş malların müqabilində əldə edilmiş xx.xx.2024-cü il tarixli **********7545 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ümumilikdə 1226.62 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti müvəkkil bank hesabına köçürülməmişdir. İş materiallarında olan sənədlərə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, "xxxx" tərəfindən Belarusiya Respublikasında fəaliyyət göstərən şirkətlərlə bağlanmış müvafiq müqavilələrə istinad etməklə Biləsuvar Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirməklə ixrac edilmiş malların müqabilində əldə edilmiş xx.xx.2024-cü il tarixli **********7545 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ümumilikdə 11814.38 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti müvəkkil bank hesabına xx.xx.2025-ci il tarixində köçürülmüş, 1226.62 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti müvəkkil bank hesabına köçürülməmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il tarixli 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.12-ci maddəsinə əsasən həmin Məcəllənin 231.1, 480-505, 507, 509 və 546-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi baxır. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsi ilə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hüquqi şəxs Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə hüquqi şəxs Şəxs MMC-yə həmin maddənin sanksiyası həddində inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin 30 faizi məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməli, cərimənin məbləği ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan 1.226,62 ABŞ dolları xarici valyuta dəyərinin otuz faizi məbləğində, yəni 367.98 (üç yüz altmış yeddi dollar doxsan səkkiz sent) ABŞ dolları (ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar