Məhkəmə qərarları › İş №3(011)-11670/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-11670/2025

12.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-11670/2025 12.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə BPİ X5 İdarəsinin İXP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında protokolundan barəsində inzibati xəta haqqında iş üzrə protokol qəbul edilən X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Barəsində inzibati xəta haqqında iş üzrə protokol qəbul edilən X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, BPİ Baş X5 İdarəsinin İXP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında protokolunun ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər BPİ-nin X5 əsas sənədləri ilə barəmdə əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş və cərimə tətbiq olunmuşdur. Hadisə baş verən ərazidə mən tam qanuni şəkildə, yol hərəkəti qaydalarına riayət etməklə hərəkət etmişəm. Buna baxmayaraq, YPX əməkdaşı tərəfindən əsaslı səbəb olmadan yolum kəsilmiş, nəqliyyat vasitəm saxlanılımış və nəticədə barəmdə qanunsuz inzibati tənbeh tədbiri görülmüşdür. Bakı şəhər BPİ-nin X5 İdarəsinə müraciət etmiş olsam da, təqdim olunmuş cavab mənə qane etmir, çünki müraciətimdə göstərilən faktlar və arqumentlər lazımi qaydada nəzərə alınmamışdır. Yalnız protokolun ləğvi ilə bağlı deyil, eyni zamanda məni əsassız şəkildə saxlayan və cərimə yazan YPX əməkdaşlarının hərəkətlərindən də şikayətçiyəm. Hesab edirəm ki, həmin əməkdaşların hərəkətləri qanunsuz olmuş və mənim hüquqlarım pozmuşdur. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Baş X5 İdarəsinin nümayəndəsi və X3 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: BPİ X5 İdarəsinin İXP seriyalı ******* nömrəli protokola əsasən X1 əsassız inzibati xəta haqqında protokol tertib edilməsi barədə "E-Polis" mobil tətbiq vasitəsilə daxil olmuş müraciətinizə baxılmışdır. Bildirilirki, xx.xx.2025-ci il tarixdə idarə etdiyiniz "Mercedes" markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobiliniz ilə şəhərin Babək prospektində hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin tələbini pozaraq yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etmədiyinize görə həmin ərazidə xidmət edən YPX əməkdaşı tərəfindən dayandırılaraq barənizdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Törətdiyiniz inzibati xətanın aşkar edilməsində və sənədləşdirilməsində YPX əməkdaşı tərəfindən hüquqazidd hərəkətlərə yol verilməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 327.1-ci maddəsinə əsasən, Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə- 40 (qırx) manat məbləğində cərimə edilir. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 128.1-ci maddəsinə əsasən, barəsində protokol çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə protokoldan şikayət, prokuror isə protest verə bilər. 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə protokol qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında protokol ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə protokoldan verilən şikayətə və ya protestə baxılaraq protokolın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda protokolın dəyişdirilməsi haqqında və ya protokolı ləğv edərək yeni protokolın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda protokolı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda protokolın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə protokolı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, protokolın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında protokollardan biri qəbul edilir. Bundan başqa, şikayət edilmiş BPİ X5 İdarəsinin İXP seriyalı ******* nömrəli protokolun surəti və digər sübutedici sənədlər iş materiallarında öz əksini tapmamışdır. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə protokolın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin protokoldan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X3 tərəfindən verilmiş şikayət təmin olunmamalıdır.BPİ Baş X5 İdarəsinin BPİ X5 İdarəsinin İXP seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında protokolı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. BPİ X5 İdarəsinin İXP seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında protokol dəyişdirilmədən saxlanılsın. Protokolın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar