Məhkəmə qərarları › İş №3(011)-11672/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-11672/2025

07.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-11672/2025 07.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, X1 iştirakı ilə, X2 Baş X7 İdarəsinin 22 noyabr 2025-ci il tarixli, EQ32162149 nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Baş X7 İdarəsinin 22 noyabr 2025-ci il tarixli, EQ32162149 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X3 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin № 16/1-162388 saylı 10 sentyabr 2025-ci il tarixli qərarının ləğv edilməsi ilə bağlı şikayətçi tərəfindən edilmiş xx.xx.2025-ci il tarixli şikayət, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(011)- 8791/2025 saylı qərarı ilə qismən təmin edilmiş Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 16/1-162388 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilmiş və şəxsin iştirakının təmin edilərək müvafiq araşdırma aparılması üçün iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılması barədə qərar qəbul edilmişdir.Ancaq DİN Baş X7 İdarəsinin vəzifəli şəxsi tərəfindən şəxsin iştirakı təmin edilməmiş, 26 noyabr 2025-ci il tarixli 16/1-230794 saylı qərarı ilə X3 barəsində yenidən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə inzibati tənbeh növü seçilmişdir.DİN Baş X7 İdarəsinin 26 noyabr 2025-ci il tarixli 16/1-230794 saylı qərarı rəsmi qaydada 20 dekabr 2025-ci il tarixində alındığını bildirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin 28 iyun 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında EQ seriyalı 28885109 saylı elektron qərarın ləğv edilməsi ilə bağlı şikayətçi tərəfindən Xətai Rayon Məhkəməsinə edilmiş xx.xx.2025-ci il tarixli şikayəti, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(011)-4667/2025 saylı qərarı ilə şikayət qismən təmin edilmiş, Baş X7 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən 27 iyun 2025-ci il tarixli, EQ seriyalı 28885109 saylı inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş 28 iyun 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilmiş və işə yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılması barədə qərar qəbul edilmişdir. Baş X7 İdarəsinin 16/1-162388 saylı 10 sentyabr 2025-ci il qərarı ilə X3 barəsində yenidən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə inzibati tənbeh növü seçilmişdir. Buna görə də şikayətin tam təmin olunması üçün yenidən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. xx.xx.2025ci il tarixində şəxsi istifadəsində olan Toyota Venza markalı ** NB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı-Şamaxı-Yevlax istiqamətində hərəkətdə olan zaman, həmin yolun 116-cı km hissəsində yolda müəyyən edilmiş hərəkət surətini 21-40 km/saat həddində aşdığına görə, Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol əsasında barəsində 28 iyun 2025-ci il tarixli EQ seriyalı 28885109 saylı inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmışdır. Baş X7 İdarəsinin 26 noyabr 2025-ci il tarixli 16/1-230794 saylı qərarı məhkəmə tərəfindən ləğv edilməsini və şikayət təmin edilməsini bildirmişdir. xx.xx.2025-ci il tarixli EQ seriyalı 28885109 saylı elektron qərarın surətindən də göründüyü kimi, inzibati xətanın hansı xüsusi texniki cihaz (radar) vasitəsi ilə qeydə alınması, sözügedən radar cihazının istehsalçı adı və modeli, son texniki baxış və kalibrasiyası tarixi barədə məlumatlar yoxdur demişdir. Radar cihazlarının istismarı DİN-in BDYPİ-nin nəzarətindədir. Onların istifadəsində olan radarların sertifikatlı və düzgün işləməsi hüquqi əsas tələbdir. Əks halda şəxs cəriməni şübhə altına ala bilər demişdir. Həmin ərazidə hərəkət surətinin 60 km/saat olmasını təqdiq edən yol nişanı mövcud deyildir. Foto və video ilə şəxsin inzibati xəta törətməsini müəyyən etmək qeyri mümkündür demişdir. Həmin ərazidə yol nişanı ilə surət həddi 90 km/saatdır. Əgər proqram təminatı 60 km/saat verilmişsə inzibati xəta törətməmək mümkün deyildir. Hərəkət surətinin texniki cihaz vasitəsi ilə 79, 80 km/saat kimi yox, məhz 81 km/saat kimi qeydə alınması da şübhəli məqamlardan xəbər verir. Bu bir daha sürətölçən radarın düzgün işləməməsi ilə bağlı əsaslı şübhələr yaradır. Çünki Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsinin tələbinə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə 10 manat məbləğində cərimə nəzərdə tutulduğu halda, hərəkət surətini 21-40 km/saat həddində aşmağa görə isə 50 manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Həmin ərazidə 60 km/saatdır. Xüsusi texniki cihazların +- 3% xətasını da nəzərə alsaq, şəxsin Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə xəta törətmədiyi subut olunduğunu bildirmişdir. Həmçinin 28 iyun 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında EQ seriyalı 28885109 saylı elektron qərarın hansı texniki cihazla qeydə alınması müəyyən edilmədiyini bildirmişdir. Yəni səlahiyyətl orqan yenidən araşdırma nəticəsində eyni nəticəyə gəlməsini, elektron qərar üzrə foto görüntülərlə əsaslandırsa da, həmin görüntülərin səlahiyyətli orqan tərəfindən qeydə alınması və qeydə alınarkən hansı texniki vasitədən istifadə edilməsini sübut edə bilmir. BDYPİ-nin 26 noyabr 2025-ci il tarixli 16/1-230794 saylı qərarından da göründüyü kimi protokolu tərtib edən orqan araşdırma aparmamış, şikayət ərizəsində qeyd edilən xüsusatlar araşdırılmamışdır. Şikayətçi barəsində qəbul edilmiş DİN BDYPİ-nin 26 noyabr 2025-ci il tarixli 16/1-230794 saylı qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törüətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və şikayət ərizəsinin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq o, bildirmişdir ki, inzibati xətanın məhz onun təqsiri ucbatından törədilməsini təsdiq edən sübutlar ona təqdim edilməmiş və inzibati icraat zamanı onu iştirakı təmin edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş X7 İdarəsi tərəfindən tərtib olunmuş 22 noyabr 2025-ci il tarixli, EQ32162149 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə, saat 14:18-da M-4 Bakı-Şamaxı-Yevlax yolu, 116 km “X6 minik” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozması əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən 50 (əlli) manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 22 noyabr 2025-ci il tarixli, EQ 32162149 nömrəli inzibati tənbeh vermə haqqında qərarda X2 xx.xx.2025-ci il tarixdə, saat 14:18-da da M-4 Bakı-Şamaxı-Yevlax yolu, 116 km “X6 minik” markalı, **- NB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozması göstərilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən 50 (əlli) manat manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 bildirmişdir ki, inzibati xətanın məhz onun təqsiri ucbatından törədilməsini təsdiq edən sübutlar ona təqdim edilməmiş və inzibati icraat zamanı onu iştirakı təmin edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 22 noyabr 2025-ci il tarixli, EQ 32162149 nömrəli qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə belə hesab edir ki, X2 şikayəti təmin edilməli, Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş 22 noyabr 2025-ci il tarixli, EQ 32162149 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata şəxsin təqsirliliyi sübuta yetmədiyindən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş 22 noyabr 2025-ci il tarixli, EQ 32162149 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata şəxsin təqsirliliyi sübuta yetmədiyindən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar