Məhkəmə qərarları › İş №3(011)-1169/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1169/2023

15.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1169/2023 15.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə inspektoru Təyyar Süleymanlı və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Hüseyn oğlunun iştirakı ilə, xx.xx.1980-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləmir, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Hüseyn oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 14 mart 2023-cü il tarixdə Şəxs Hüseyn oğlu Hərbi Qənimət parkına girmək istəmiş. Parkın mühafizə xidməti həmin şəxsə parkın bağlı olduğunu bildirmiş, bu zaman həmin şəxs aqresivlik göstərərək mühafizəçi ilə qeyri etik danışmış və nalayıq ifadələr söyləmişdir. Şəxs Hüseyn oğlunun barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37ci Polis Bölməsinin sahə inspektoru Təyyar Süleymanlı tərəfindən 15 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş İnzibati xəta haqqında MN seriyalı ******* saylı protokol tərtib edilmiş və həmin Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Hüseyn oğlu məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərdi ki, 14 mart 2023-cü il tarixdə spirtli içki qəbul etmiş. Bundan sonra Xətai rayonunda yerləşən Qənimətlər parkına gələrək içəri daxil olmaq istəmiş bu zaman orda olan mühafizə xidməti icazə verməmiş və aralarında mübahisə baş vermiş daha sonra polis əməkdaşlarını ora çağırmışlar. Daha sonra polis əməkdaşları onu polis bölməsinə dəvət etmiş və bölmədə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırda o, öz səhvini başa düşmüş və törətdiyi əməldən çox peşmandır. Bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin sahə inspektoru Təyyar Süleymanlı izahatında göstərdi ki, 14 mart 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Daha sonra Məmmədov X1 Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə gətirilmiş, şəxsiyyəti müəyyən edilərək, barəsində qanuna müvafiq qaydada inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında materialı araşdıraraq hesab edir ki, Şəxs Hüseyn oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli olması tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 15 mart 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Hüseyn oğlu 14 mart 2023-cü il tarixdə polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamış və nəticədə Şəxs Hüseyn oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Hüseyn oğlu 14 mart 2023-cü il tarixdə, saat 20:10-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs Hüseyn oğlunun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs Hüseyn oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri cərimə tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3, 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Hüseyn oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 150 (yüz əlli) manat məbləğində cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar