Məhkəmə qərarları › İş №3(011)-117/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-117/2023

23.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-117/2023 23.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə 14 dekabr 2022-ci il tarixli, 13000-01469/22 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin “Liman” gömrük postundan daxil olmuş xx.xx.2022-ci il tarixli, 34/020/006641 saylı raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ərazisindən tranzit daşınmalı olan ******* kq-dan ibarət Hidrotəmizlənmiş dizel yanacağı malı hüquqi şəxs Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixli **********00006 saylı barkod üzrə 4 ay müddətinə müvəqqəti saxlanca yerləşdirilmişdir. Sözügedən mallar bu günədək gömrük nəzarəti altında saxlanc xüsusi gömrük proseduru altında qalmaqdadır. Lakin Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 229 saylı qərarında müəyyən edilmiş malların saxlanc xüsusi gömrük proseduru altında qalma müddətinin bitməsinə baxmayaraq müvəqqəti saxlancda qalan mal hər hansı bir gömrük proseduru altında rəsmiləşdirilməmişdir. Bununla da, Şəxs tərəfindən gömrük qanunvericilikdə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma üçün nəzərdə tutulmuş son müddət 04 (dörd) ay pozulmuşdur. Nəticədə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndələri məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, məhkəmə, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin, Təhqiqat bölməsinin təhqiqatçısı gömrük xidməti mayoru X1 tərəfindən tərtib edilmiş 14 dekabr 2022-ci il tarixli, 13000- 01469/22 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin “Liman” gömrük postundan daxil olmuş xx.xx.2022-ci il tarixli, 34/020/006641 saylı raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ərazisindən tranzit daşınmalı olan ******* kq-dan ibarət Hidrotəmizlənmiş dizel yanacağı malı hüquqi şəxs Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixli **********00006 saylı barkod üzrə 4 ay müddətinə müvəqqəti saxlanca yerləşdirilmişdir. Sözügedən mallar bu günədək gömrük nəzarəti altında saxlanc xüsusi gömrük proseduru altında qalmaqdadır. Lakin Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 229 saylı qərarında müəyyən edilmiş malların saxlanc xüsusi gömrük proseduru altında qalma müddətinin bitməsinə baxmayaraq müvəqqəti saxlancda qalan mal hər hansı bir gömrük proseduru altında rəsmiləşdirilməmişdir. Bununla da, Şəxs tərəfindən gömrük qanunvericilikdə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma üçün nəzərdə tutulmuş son müddət 04 (dörd) ay pozulmuşdur. Nəticədə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; 10 dekabr 2022-ci il tarixli raportdan görünür ki, Türkmənistandan xx.xx.2022-ci il tarixdə "Maddox DMCC” şirkətinin ünvanına göndərilən ******* kq Hidrotəmizlənmiş dizel malı ile yüklü "M.Mustafa Əli” tankeri ilə Bakı şəhəri Xətai rayonunda yerləşən "Liman" gömrük postuna daxil olmuşdur. Həmin yük Azerbaycan Respublikasının ərazisində daşıyıcısı olan "Azetrans LTD” MMC şirkəti tərəfindən AR Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 229 saylı Qərarına əsasasən 4 (dörd) ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir (GB nömrəsi **********0972 24.06 2022-ci il). Həmin yükün ******* kq-ı **********7631, **********2397, **********8848, **********8825, **********8883, **********8891 və **********2277 saylı gömrük bəyannamələri ilə tranzit gömrük prosedurunda rəsmiləşdirilərək təyinatı üzrə yola salınmışdır. Lakin AR Nazirlər Kabinetinin 27.08 2013-cü tarixli 229 saylı Qərarında müəyyən edilmiş müddətinin bitməsinə baxmayaraq 106921 kq (bar kod **********00006) Hidrotemizlənmiş dizel yükü müvəqqəti saxlancda qalmış, heç bir digər gömrük proseduru rəsmiləşdirilməmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin, Təhqiqat bölməsinin təhqiqatçısı gömrük xidməti mayoru X1 tərəfindən tərtib edilmiş 14 dekabr 2022-ci il tarixli barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında protokoldan görünür ki, İXM-nin 496.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs barəsində 13000-01469/22 saylı inzibati xəta haqqında iş üzrə İXM-nin 61, 64-cü maddələrinə əsasən Şəxs MMC-nin hüquqşünası xx.xx.1980-ci il təvəllüdlü X2 müəssisənin xx.xx.2022-ci il tarixli etibarnamə əsasında nümayəndəsi kimi sorğusual edilmiş və həmin aparılan sorğu-sual zamanı o, hüquqi şəxs tərəfindən inzibati xətanın törədilməsini etiraf edərək bildirmişdir ki, müvəqqəti saxlanc proseduru altında qalmış mal müxtəlif texniki səbəblərdən müəyyən edilmiş müddət ərzində digər prosedur altında yerləşdirilməmiş və təyinatı üzrə göndərilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü tarixli 229 saylı qərarında müəyyən edilmiş 04 (dörd ay) müddətinin bitməsinə baxmayaraq müvəqqəti saxlancda qalmış 106921 kq Hidrotemizlənmiş dizel yükünü heç bir digər gömrük proseduru altında rəsmiləşdirilməmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar