Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-1172/2021 19.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlu, X2 barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsi 37-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati tənbeh tətbiq etmə haqqında protokola əsasən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və həmin qərara yenidən obyektiv şəkildə baxılması üçün X4 tərəfindən verilmiş şikayət ərizəsini nəzərdən keçirib M Ü Ə Y Y Ə N E T D İ M: İş materiallarında olan ərizədən görünür ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsi 37-ci Polis Bölməsi tərəfindən xx xxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində tərtib edilmiş protokola əsasən qəbul olunmuş qərara yenidən obyektiv şəkildə baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədi nəzərdən keçirib hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə X3 geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var; 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı və ya inzibati xəta haqqında protokol bu Məcəllənin 122.6 və 122.8-ci maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edildiyi vaxtdan 10 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; Təqdim edilmiş sənədlərdən görünür ki, X4 barəsində inzibati xəta haqqında tərtib edilmiş protokol əsasında qərar qəbul edilmiş, lakin qərar natamam təqdim edilmişdir. Məhkəmə inzibati xəta materialını araşdırıb, Bakı şəhəri Xətai Rayon Polis İdarəsi 37-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarın natamam olmasını nəzərə alaraq hesab edir ki, verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Əlavə olaraq şikayət vermiş şəxsə səlahiyyətli orqanın (vəzifəli şəxsin) müvafiq protokol əsasında qəbul edilmiş qərarından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə uyğun olaraq - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ M: Bakı şəhəri Xətai Rayon Polis İdarəsi 37-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında protokolun ləğv olunmasına dair X4 tərəfindən verilmiş şikayət (ərizə) və ona əlavə olunmuş sənədlər X3 geri qaytarılsın. X1 orqanın (vəzifəli şəxsin) müvafiq protokol əsasında qəbul edilmiş qərarından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə uyğun olaraq yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququ izah edilsin. Hakim İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(011)-1172/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-1172/2021
19.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver