Məhkəmə qərarları › İş №3(011)-1173/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1173/2021

26.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1173/2021 26.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyev Şahlar Əliağa oğlunun katibliyi, X1 iştirakı ilə, X3 Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci PB-nin rəisi Elsevər Qədirov tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və inzibati xəta haqqında işə xitam verilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X5 məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci PBnin rəisi Elsevər Qədirov tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmşdır ki, Məlumat üçün bildirirəm ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Xətai rayonu Babək pr-ti 28D ünvanında yerləşən işlədiyim “Autosell” Avtomobillərin satışı ofisinin qarşısında ətrafımda heçbir şəxsin olmadığı zaman (video görüntü ərizəmə əlavə olunur) Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin əməkdaşı kimi özünü təqdim edən mülki avtomobildən düşən polis nəfəri İnzibati Xətalar Məcəlləsinin 211 -ci maddədə nəzərdə tutulmuş cərimənin törətdiyimi bildirmişdir. Lakin bununla bağlı etiraz bildirməyimə baxmayaraq barəmdə inzibati xəta haqqında MN0843119 nömrəli protokol tərtib etmişdir. Tərtib olunmuş inzibati protokolun qısa izahat məzmununda etirazını qeyd etməyinə baxmayaraq DİN tərəfindən baxılmamışdır. İnzibati Protokoldan elektron qaydada Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə “online müraciət” edərək şikayət etməyinə baxmayaraq həmin şikayət araşdırılmadan Bakı şəhər Baş Polis İdarəsinin X4 tərəfindən xx.xx.2020-ci il tarixdə imtina məktubu göndərilmişdir. Həmin imtina məktubu əlavə olunaraq Xətai rayon məhkəməsinə müraciət olunmuşdur 3(011)-312/2021 nömrəli xx.xx.2021 -ci il tarixli qərardada əsasən geri qaytarılmışdır. İXM-nin 128.2.3 maddəsi izah edilmişdir. Tərəfindən təkrarən Daxili İşlər Nazirliyinə xx.xx.2021-ci il tarixdə müraciət olunaraq inzibati protokoldan verilmiş şikayətə dair qəbul olunmuş elektron qərar xx.xx.2021-ci il tarixdə 37-ci Polis Bölməsindən imza olunaraq götürülmüşdür. Qeyd olunanlara əsasən Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-cı PB-nin rəisi Elsevər Qədirovun xx xxxxxx 2020-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verərək, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci PB-nin rəisi Elsevər Qədirov tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı oladan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında prtokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci PBnin rəisi Elsevər Qədirov tərəfindən ******* nömrəli protokol əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X5 tibbi maskadan istifadə qaydasını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Məhkəmə iclasında müəyyən olundu ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin tələblərini pozduğu əsas gətirilərək X5 100 manat məbləğində cərimə edilmiş, onun barəsində xx.xx.2020-ci il tarixli İXP № ******* saylı protokol tərtib edilmişdir. Həmin protokol əsasında xx.xx.2020-ci il tarixdə X3 iştirakı olmadan, protokola baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmadan, izahatı alınmadan inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, X5 barəsində tərtib edilmiş protokol və qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib və qəbul olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. X8 Məhkəməsinin Qavazov Bolqarıstana qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV bəndinə əsasən Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edilərsə, dərhal inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti qismən edilərək, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci PB-nin rəisi Elsevər Qədirov tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X3 şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci PB-nin rəisi Elsevər Qədirov tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar