Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-11773/2025 25.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, məhkəmə iclas katibi Əhədzadə Firdovsi Hüseyn oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X3, zərərçəkmiş şəxs X5, zərərçəkmiş şəxs X1 nümayəndəsi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Füzuli rayonu, Qaraxanbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Füzuli rayonu, Qaraxanbəyli Ərazi Dairəsi, Qaraxanbəyli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş 25 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Füzuli Rayon Məhkəməsinin 2(064)- 79/2025 saylı, 08 yanvar 2025-ci il tarixli icra vərəqəsinə əsasən 33400 manat, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1756/2024 saylı, 06 mart 2024-cü il tarixli icra sənədinə əsasən 7824 manat olmaqla, cəmi 41224 manat pul Şəxs tərəfindən ödənilməmişdir. Beləliklə göstərilənlərə əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X7 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs icrası bütün şəxslər üçün məcburi olan icra vərəqəsinin icrasını tam təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Əliyeva X6 Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1756/2024 saylı, 06 mart 2024-cü il tarixli və Füzuli Rayon Məhkəməsinin 2(064)- 79/2025 saylı, 08 yanvar 2025-ci il tarixli icra sənədlərində xəbəri vardır və icra sənədlərini yerinə yetirməkdən imtina etmir. Sadəcə olaraq maddi imkanı zəif olduğundan icra sənədləri üzrə yaranmış borcunu tam olaraq ödəyə bilməmişdir, borcunu hissə-hissə ödəməyə hazırdır. Beləliklə o, göstərilənlərə əsasən barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X1 etibarnamə üzrə nümayəndəsi X8 izahatında bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1756/2024 saylı, 06 mart 2024-cü il tarixli icra sənədi üzrə Şəxs 8123 manat borc və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 101 manatın X1 xeyrinə ödənilməsi qət edilmişdir. Lakin icra sənədi üzrə yaranmış borc Şəxs tərəfindən vaxtında ödənilməmişdir. Ona icra sənədi üzrə 400 manat ödəniş edilmişdir. Beləliklə o, tərtib edilmiş inzibati xəta haqqında protokolla razılaşdığını bildirərək Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 izahatında bildirmişdir ki, Füzuli Rayon Məhkəməsinin 2(064)-79/2025 saylı, 08 yanvar 2025-ci il tarixli icra sənədi üzrə Şəxs 35000 manat pulun onun xeyrinə tutulması qət edilmişdir. Lakin icra sənədi üzrə yaranmış borc Şəxs tərəfindən vaxtında ödənilməmişdir. Ona icra sənədi üzrə 1400 manat ödəniş edilmişdir. Beləliklə o, tərtib edilmiş inzibati xəta haqqında protokolla razılaşdığını bildirərək Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1756/2024 saylı, 06 mart 2024-cü il tarixli icra sənədindən görünür ki, Şəxs 8123 manat borc və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 101 manatın X1 xeyrinə tutulması qət edilmişdir; icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1756/2024 saylı, 06 mart 2024-cü il tarixli icra sənədinə əsasən iş üzrə icraata başlanılmış və icraata başlanması haqqında qərar tələbin könüllü icrası barədə bildirişlə bərabər borclu Şəxs göndərilmişdir; Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli, e152999/2024-1-35- 002 saylı xəbərdarlıq məktubundan görünür ki, borclu Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1756/2024 saylı, 06 mart 2024-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi tələb edilmiş, əks təqdirdə barəsində İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib olunaraq məhkəməyə müraciət olunacağı, daha sonra isə Azərbaycan Respublikası CM-nin 306.1- ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət olunacağı və digər məcburi icra tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq edilmişdir; Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli, e152999/2024-1-35- 002 saylı xəbərdarlıq məktubundan görünür ki, borclu Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1756/2024 saylı, 06 mart 2024-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi tələb edilmiş, əks təqdirdə barəsində İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib olunaraq məhkəməyə müraciət olunacağı, daha sonra isə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət olunacağı və digər məcburi icra tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq edilmişdir; Füzuli Rayon Məhkəməsinin 2(064)-79/2025 saylı, 08 yanvar 2025-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 35000 manat məbləğində pulun tutularaq X5 xeyrinə tutulması qət edilmişdir; icraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Füzuli Rayon Məhkəməsinin 2(064)-79/2025 saylı, 08 yanvar 2025-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraata başlanılmış və icraata başlanması haqqında qərar tələbin könüllü icrası barədə bildirişlə bərabər borclu Şəxs göndərilmişdir; Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli, e59697/2025-1-35-003 saylı xəbərdarlıq məktubundan görünür ki, borclu Şəxs Füzuli Rayon Məhkəməsinin 2(064)-79/2025 saylı, 08 yanvar 2025-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi tələb edilmiş, əks təqdirdə barəsində İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib olunaraq məhkəməyə müraciət olunacağı, daha sonra isə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət olunacağı və digər məcburi icra tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq edilmişdir; Şəxs barəsində 07 oktyabr 2024-cü il tarixdə icra məmuru tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(011)-5025/2024 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(011)-2793/2025 saylı qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1000 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(011)-9902/2025 saylı qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1000 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 82.1-ci maddəsinə əsasən, borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İİ bəndinə əsasən, azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. “İnsan Hüquqlarının və X2 haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş hallardan və qaydadan başqa, azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Şəxs barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edildikdən sonra onun icra vərəqələri üzrə az məbləğdə ödəniş etməsini məhkəmə öhdəliyin icrasından qərəzli şəkildə boyun qaçırma olaraq qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 25 dekabr 2025-ci il tarixdən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(011)-11773/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-11773/2025
25.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver