Məhkəmə qərarları › İş №3(011)-1178/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1178/2022

11.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1178/2022 11.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1969-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3 və 338.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 06 mart 2022-ci il tarixdə saat 13:30 radələrində “Tofash Shahin” markalı **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xətai rayonu, R.Quliyev küçəsi ilə hərəkətdə olan zaman yolun sağ çiynində saxlayıb qapını açmış, bu zaman qapı soldan hərəkətdə olan X1 idarə etdiyi VAZ 21074 markalı **- OV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş, sonuncuya 200 manat məbləğində ziyan dəymişdir. Yoxlama zamanı məlum olmuşdur ki, Şəxs avtomobili B kateqoriyalı sürücülük vəsiqəsi olmadan və sərxoş vəziyyətdə idarə etmişdir. Bakı şəhəri DYPİ X2 üzrə inspektor İlkin Cəbrayılov tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3 və 338.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 06 mart 2022-ci il tarixli İXP ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, 06 mart 2022-ci il tarixdə saat 13:30 radələrində “Tofash Shahin” markalı **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xətai rayonu, R.Quliyev küçəsi ilə hərəkətdə olan zaman yolun sağ çiynində saxlayıb qapını açmış, bu zaman qapı soldan hərəkətdə olan VAZ 21074 markalı avtomobilə dəymiş, 200 manat məbləğində ziyan dəymişdir. Avtomobili B kateqoriyalı sürücülük vəsiqəsi olmadan və sərxoş vəziyyətdə idarə etmişdir. Özünü təqsirli bilərək əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, himayəsində əlil uşağının olmasını qeyd edərək barəsində yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Şəxs məxsus AC 023892 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, ona BDYPİ Qeydiyyat-İmtahan Şöbəsi tərəfindən 20.09.2013-cü il tarixdə C kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan 06 mart 2022-ci il tarixli 2/8124 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs alkoqol sərxoşluğu vəziyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən bu Məcəllənin 338.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta rayon (şəhər) məhkəmələri tərəfindən baxılan inzibati xəta haqqında işlərə aid deyildir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi onun səmimi etirafı və iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, iş üzrə sübutlara məcmu halında qiymət verərək barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri – cərimə tətbiq olunmasını məqsədəmüvafiq hesab edirəm. Şəxs cərimə tədbiq edildiyi halda, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 800 (səkkizz yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar