Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1179/2020 11.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Vəkil, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X1 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 mənzil 170 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx xxxxxx 2020-ci il tarixdə ünvan 2 ünvanıda olarkən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə ünvan 2 ünvanında polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və kimliyini tələb etmiş, o da kimliyini təqdim etmişdir. Sonra polis əməkdaşları onu polis bölməsinə dəvət etmiş, bu zaman o, polis əməkdaşlarına etiraz edərək polis bölməsinə nəyə görə getməsinin səbəbini soruşmuş, bundan sonra polis əməkdaşları tərəfindən xidməti avtomobilə əyləşdirilərək polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində olan zaman polis əməkdaşları tərəfindən barəsində İXM-nin 535.1-ci maddəsinə əsasən protokol tərtib edilmiş, həmin protokolla razılaşmamış və baş vermiş inzibati xətanın törədilməsində özünü təqsirli hesab etməmişdir. Odur ki, qeyd olunan xüsusatların nəzərə alınaraq barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsin xahiş etmişdir. Şəxs məhkəmə iclasında verdiyi izahata tənqidi yanaşaraq hesab edirəm ki, onun bu məzmunda izahat verməsi özünü müdafiə xarakteri daşıyır və iş üzrə toplanmış digər sübutlarla təkzib olunur. Belə ki, məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X2 izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə xidmətdə olarkən ünvan 2 ünvanının arxasında bir nəfər şəxs özünü şübhəli aparmış, ona yaxınlaşaraq özünü təqdim etmiş və ondan kimliyini soruşmuş, özünü Tural kimi təqdim edən şəxsdən orada olması səbəbləri soruşulduqda o, ona kobud cavab vermişdir. Bundan sonra həmin şəxs polis bölməsinə dəvət etmiş o, polis bölməsinə getməkdən imtina etmiş və onun qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən həmin şəxs onlar tərəfindən xidməti avtomobilə əyləşdirilərək polis bölməsinə gətirilmiş, polis bölməsində həmin şəxsin xx.xx.1988-ci il təvəllüdlü Şəxs olması müəyyən olunaraq barəsində İXM-nin 535.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxxxx 2020-ci il tarixli raportdan görünür ki, xx.xx.2020-ci il tarixdə xidmətdə olarkən ünvan 2 ünvanının arxasında bir nəfər şəxsin özünü şübhəli aparmış, polis əməkdaşı ona yaxınlaşaraq özünü təqdim etmiş və ondan kimliyi soruşmuş, özünü Tural kimi təqdim edən şəxsdən orada olması səbəbləri soruşulduqda o, polis əməkdaşlarına kobud cavab vermişdir. Bundan sonra həmin şəxs polis bölməsinə dəvət edilmiş o, polis bölməsinə getməkdən imtina etmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən həmin şəxs polis əməkdaşları tərəfindən xidməti avtomobilə əyləşdirilərək polis bölməsinə gətirilmiş, polis bölməsində həmin şəxsin xx.xx.1988-ci il təvəllüdlü Şəxs olması müəyyən olunmuşdur. xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə ünvan 2 ünvanıda olarkən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə ünvan 2 ünvanında polis əməkdaşlarının onu polis bölməsinə dəvəti barədə qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin məhkəmə baxışı zamanı verdiyi izahata iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə hüquqi qiymət verərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəməyə verdiyi izahat həqiqətə uyğun deyil, onun bu məzmunda izahat verməsi inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinin tələbinə uyğun olaraq inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan hesablanır Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs «11» avqust 2020-ci il tarixdə saat 10-00-da Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə gətirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni «11» avqust 2020-ci il tarixdən saat 10-00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli «11» avqust 2020-ci il tarixdən saat 10-00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-1179/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1179/2020
11.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver