Məhkəmə qərarları › İş №3(011)-118/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-118/2023

09.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-118/2023 09.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin polis sahə inspektoru, polis kapitanı X3 iştirakları ilə, xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Keşlə qəsəbəsi, Nizami Abdullayev küçəsi 4/8b ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş 09 yanvar 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 08 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Xətai rayonu 8 noyabr prospektində polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin polis sahə inspektoru, polis kapitanı X5 09 yanvar 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərmişdir ki, Şəxs 08 yanvar 2023-cü il tarixdə Daxili İşlər Nazirliyinin qarşısında bir neçə qayda pozuntusu etmiş, daha sonra Xətai rayon ərazisinə gəlmişdir. Xətai rayonu, 8 noyabr prospektində X8 əməkdaşları tərəfindən saxlanılmış, avtomobildən endikdən sonra Polis əməkdaşları ondan sənədlərini istəmiş o isə sənədlərini təqdim etməkdən imtina edərək hadisə yerindən qaçmağa başlamışdır, polis əməkdaşları ondan dayanmağını tələb etsələr də o dayanmamış polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən həmin şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əbı̇ lov Vası̇ f Ayaz oğlu məhkəmə iclasında özünü təqsirli bilməyərək bildirmişdir ki, Daxili İşlər Nazirliyinin qarşısında bir neçə dəfə qayda pozuntusu etmiş, yolun əks istiqamətinə çıxmışdır, lakin polis əməkdaşlarının qanuni tələblərinə riayət etmişdir və yekun olaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış Bakı şəhəri BPİ-nin X8 idarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti alayının yol-patrul xidməti inspektoru X4 bildirmişdir ki, 08 yanvar 2023-cü il tarixdə xidmətdə olarkən Daxili İşlər Nazirliyinin qarşısında bir neçə qayda pozuntusu etmiş Toyota Prius markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması barədə əmr almışdır. Xətai rayonu 8 Noyabr prospektində olarkən həmin avtomobili görmüş, saxlamış, özünü təqdim edərək sürücüdən sənədlərini istəmişdir. Avtomobilin sürücüsü Şəxs avtomobildən enərək sənədləri təqdim etməkdən imtina etmiş, ucadan qışqıraraq heç bir sənəd verməyəcəyini bildirmişdir. Daha sonra sürücü qaçmağa başlamışdır. O sürücüdən dayanmasını tələb etmiş, lakin sürücü onun qanuni tələblərinə məhəl qoymayaraq qaçaraq hadisə yerindən uzaqlaşmağa çalışmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin polis sahə inspektoru, polis kapitanı X5 tərəfindən tərtib edilmiş 09 yanvar 2023-cü il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs 08 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Xətai rayonu 8 noyabr prospektində polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati qaydada tutma haqqında 08 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 10:15-də tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əbı̇ lov Vası̇ f Ayaz oğlunun özünü təqsirli bilməməsinə dair izahatına tənqidi yanaşır və hesab edir ki, onun bu izahatı inzibati məsuliyyətdən yayınmaq məqsədi daşıyır Məhkəmə qeyd edir ki, şahid X2 bilə-bilə yalan izahat vermək barədə inzibati məsuliyyət barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra onun izahatı alınmışdır. Həmin şəxsin izahatı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əbı̇ lov Vası̇ f Ayaz oğlunun izahatı istisna edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, şahid X1 izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 08 yanvar 2023cü il tarixdə polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və həbsetmənin əvvəli «08» yanvar 2023-cü il tarixdən saat 10:15-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli «08» yanvar 2023-cü il tarixdən saat 10:15-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar