Məhkəmə qərarları › İş №3(011)-11810/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-11810/2025

05.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-11810/2025 05.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X5 İdarəsinin TP seriyalı, ******* nömrəli, xx.xx.2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X5 İdarəsinin TP seriyalı, ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, İXP-4079734 26 12 20 nömrəli protokol tərtib edilmiş və xx.xx.2025-ci il tarixli qərarla mənə qarşı 100 (yuz) Amanat məbləğində inzibati cərimə tətbiq olunmuşdur. Həmin qərardan tərəfimdən Xətai Rayon Məhkəməsinə Şikayət verilmişdir. Xətai Rayon Məhkəməsinin 3(011)-3737/2025 saylı xx.xx.2025-ci il tarixli Qərarı ilə şikayət qismən təmin edilmiş, Baş X5i İdarəsinin xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokolu əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi, inzibati xəta haqqında iş yenidən baxılması üçün Baş X5i İdarəsinə göndərilməsi qərara alınmışdır. Uzun müddət sonra, Bakı şəhər DYPİ-in xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarı qəbul edilmiş, işə yenidən baxılaraq İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmişəm. Həmin Qərar rəsmi şəkildə xx.xx.2025-ci il tarixində elektron poçt ünvanıma göndərilmişdir. Qeyd edilən qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Bildirirəm ki, 26 aprel 2025-ci il tarixində etibarnamə üzrə idarə etdiyim "Toyota Camry" markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Qara Qarayev prospekti ilə Nəsimi küçəsinin kəsişməsində hərəkətdə olarkən, svetoforda sarı işıq yandığı anda yolayrıcına yaxınlaşmış və hərəkətimi davam etdirmişəm. Sarı işığın yandığı anda nəqliyyat vasitəsini qəfil dayandırmaq texniki baxımdan mümkün olmamış, əksinə, qəza təhlükəsi yarada biləcək vəziyyətin qarşısını almaq məqsədilə hərəkəti davam etdirmişəm. Buna baxmayaraq, barəmdə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarla mənə qarşı 100 (yüz) manat məbləğində inzibati cərimə tətbiq olunmuşdur. Qeyd olunan qərar hüquqi və faktiki baxımdan əsassızdır. Bununla belə, Xətai Rayon Məhkəməsində 3(011)-3737/2025 saylı iş üzrə məhkəmə baxışı zamanı məhkəmə tərəfindən işin hərtərəfli, obyektiv və tam araşdırılmasının təmin edilməsi məqsədilə dəfələrlə inzibati qərardan şikayət verilmiş müvafiq inzibati orqana rəsmi sorğular ünvanlanmış, həmin sorğularla iş üzrə bütün materialların, sübutların və araşdırma sənədlərinin məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. Lakin məhkəmənin qanuni tələblərinə baxmayaraq, inzibati orqan tərəfindən məhkəməyə, iş üzrə qərarın qəbuluna əsas olmuş heç bir sübut foto-video material və ya araşdırmanı təsdiq edən digər bir sənəd təqdim edilməmişdir. Bu hal, inzibati qərarın faktiki və hüquqi əsaslardan məhrum olduğunu açıq şəkildə nümayiş etdirir. Eyni zamanda, iş materiallarından da göründüyü kimi, inzibati orqan tərəfindən aparıldığı iddia edilən təkrar araşdırmanın hansı materiallar əsasında həyata keçirildiyi müəyyən edilmir. Təkrar araşdırma zamanı toplanmış sübutlar iş materiallarına əlavə edilməmişdir. Bu isə araşdırmanın formal xarakter daşıdığını və yalnız əvvəlcədən qəbul edilmiş mövqenin əsaslandırılmasına xidmət etdiyini göstərir. Bundan əlavə, inzibati icraat zamanı mənim araşdırmada iştirak etmək hüququm kobud şəkildə pozulmuşdur. Belə ki, araşdırmanın aparılması barədə mənə əvvəlcədən məlumat verilməmiş, izahat vermək, sübut təqdim etmək, vəsatət qaldırmaq hüquqlarım təmin edilməmişdir. Daha da ağır olan hal ondan ibarətdir ki, inzibati tənbeh tətbiq etmə haqqında qərar belə uzunmüddət mənə təqdim edilməmiş, qəsdən məndən gizlədilmişdir. Yalnız dəfələrlə yazılı sorğular ünvanladıqdan sonra həmin qərarı əldə etmək mümkün olmuşdur. Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X5 İdarəsinin TP seriyalı, ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayət ərizəsində göstərdiyi xüsusatları təsdiqləyərək, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X5 İdarəsinin TP seriyalı, ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 xx.xx.2025-ci il tarixində 14:55-də Q.Qarayev pr, Nəsimi küçəsində “TOYOTA CAMRY MİNİK“ markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən sərnişin daşıma qaydalarını pozmuşdur. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X2 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X5 İdarəsinin TP seriyalı, ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X5 İdarəsinin TP seriyalı, ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar