Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-11822/2025 07.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əhədzadə Firdovsi Hüseyn oğlunun katibliyi, Şikayətçinin vəkili Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, X1 Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il təvəllüdlü X4 barəsində Azərbaycan Respublikası İXM-nin 606.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixdə tərtib edilmiş MN № ******* nömrəli protokol və onun əsasında verilmiş xx.xx.2025-ci il tarixli MN № ******* nömrəli Qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2007-ci il təvəllüdlü X4 barəsində Azərbaycan Respublikası İXM-nin 606.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında MN № ******* nömrəli protokol tərtib edilmiş və xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli qərar verilmişdir. Həmin qərara əsasən də, X6 300 (üç yüz) manat məbləğində cərimə olunmuşdur. Belə ki, onun çağırışçı kimi üzrlü səbəb olmadan Xətai rayon İdarəsinə gəlməməsini əsas gətirilərək onun barəsində inzibati cərimə tətbiq edilmişdir. Lakin ona bununla bağlı heç bir bildiriş göndərilməmişdir. Hesab edir ki, xx.xx.2007-ci il təvəllüdlü X4 barəsində Azərbaycan Respublikası İXM-nin 606.3-cü maddəsinə əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixdə tərtib edilmiş MN № ******* nömrəli protokol və onun əsasında verilmiş xx.xx.2025-ci il tarixli MN № ******* nömrəli Qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli və icraata xitam verilməlidir. Belə ki, X6 orta təhsili 9-cu sinifə qədər 27 saylı tam orta məktəbində oxumuşdur. 2022-ci il tarixdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon şöbəsində ondan yastıpəncəliklə bağlı müayinədən keçməyi tələb olunmuş, müayinədə hər iki ayağın 3-cü dərəcəli yastıpəncəliyin olduğu müəyyən edilmiş və xx.xx.2022-ci ildə tibbi komissiyasında keçərək hərbi xidmətə müvəqqəti yararsız sayılmışdır. 2025-ci il tarixdə orta təhsilini Rusiya Federasiyasının Başqırdıstan Respublikasının Ufa şəhəri 107 nömrəli liseydə tamamlamışdır. Orta təhsilini bitirdikdən sonra Rusiya Federasiyasının Moskva şəhərində yerləşən "Rusiya nəqliyyat universiteti"nin "Hava naviqasiya" ixtisasına qəbul olunmuşdur. xx.xx.2025-ci il tarixdə ailəvi məsələlərlə bağlı Azərbaycan Respublikasına gəlmiş və xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon şöbəsinə yaxınlaşmış və ali təhsilə dair arayışı təqdim etmişdir. Orada ona sərhədkeçmə ilə bağlı məhdudiyyətinin olduğunu və adına cərimə tətbiq olunduğunu bildirmişlər. Bununla bağlı, ona bildirdilər ki, hərbi xidmət keçməkdən yayınması ilə bağlı onun barəsində material Xətai rayon prokurorluğuna göndərilmiş və oradan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı götürərək yenidən şöbəyə yaxınlaşmasını izah etmişlər. X6 xx.xx.2025-ci il tarixdə Xətai rayon prokurorluğuna gedərək izahat vermiş və Xətai rayon prokurorluğunun xx.xx.2025-ci il tarixli qərarı ilə onun əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarı X6 Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon şöbəsinə xx.xx.2025-ci il tarixdə təqdim etmiş və həmin gün ondan ərizə və izahatın yazılması tələb olunmuş, sonra isə 300 manat cərimənin ödənilməsini və yalnız ondan sonra sərhədkeçmə ilə bağlı məhdudiyyətinin götürələcəyi bildirilmişlər. Bununla bağlı, cərimənin əsası olan onun barəsində tərtib edilmiş protokolun surətinin təqdim edilməsi xahiş edilmiş, lakin protokolun surəti verilməsindən imtina edilmişdir. Daha sonra 20 dəqiqə gözlədikdən sonra ona MilliÖn vasitəsilə cərimənin ödənilməsini tələb etmişlər, əks halda məhdudiyyət aradan qaldırılmayacaqdır. Həmin gecə isə onun təhsilini davam etməsi üçün Moskva şəhərinə uçuş bileti olduğuna görə sərhədkeçmə ilə bağlı məhdudiyyətinin götürülməsi üçün cəriməni məcbur olaraq ödəmişdir. Lakin heç bir protokol və qərar təqdim edilməmişdir. Halbuki protokolun özündə götürülməsinə dair imzanı atıblar. Buna baxmayaraq məhdudiyyət dərhal götürülmədiyindən həmin gün gedə bilməmiş və məcbur olaraq yeni aviabilet almış və yalnız xx.xx.2025-ci il tarixdə təhsili davam etdirilməsi üçün Moskva şəhərinə uçmuşdur. xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon şöbəsinə vəkil sorğusu təqdim edilmiş və X4 barəsində tərtib edilmiş protokolun və inzibati işin materialların surətlərin təqdim edilməsi xahiş olunmuşdur. xx.xx.2025-ci il tarixdə təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, xx.xx.2007-ci il təvəllüdlü X4 barəsində Azərbaycan Respublikası İXM-nin 606.3-cü maddəsinə əsasən, xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında MN № ******* nömrəli protokol tərtib edilmiş və xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli qərar verilmişdir. Qeyd edilən protokolda və inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanın törədilmə vaxti, yeri qeyd edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.5.4-cü maddəsinə əsasən. İnzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilməlidir. Maraqlıdır ki, xx.xx.2025-ci il tarixdə vəkil sorğusu təqdim edildikdən dərhal sonra Emil Hümbətovun "mygov" mobil tətbiqi ilə ona xx.xx.2025-ci il tarixli qərarı ilə xx.xx.2029-cu ilədək müddətli hərbi xidmətə çağırışa möhlət verilməsinə dair bildiriş göndərilmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon şöbəsinə verilmiş xx.xx.2025-ci il tarixdə yazılmış Emil Hümbətovun ərizəsindən görünür ki, o, təhsil alması ilə bağlı arayışı təqdim etdiyi üçün adının "sərhədkeçməyə məhdudiyyət siyahısı"ndan çıxarılmasına göstəriş verilməsini xahiş etmişdir. Həmin tarixdə verdiyi izahatda bildirmişdir ki, Rusiya Federasiyasında Moskva şəhərində təhsil aldığına görə arayışı vaxtında təqdim edə bilməmiş, hal-hazırda, Rusiya nəqliyyat universitetində bakalavr dərəcəsində təhsil alır. Bunu təsdiq edən həmin universitetinin xx.xx.2025-ci il tarixli Arayışı və Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin Konsulluq Şöbəsinin xx.xx.2025-ci il tarixli Arayışı olmuşdur. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanunun 21.1.4-cü maddəsinə əsasən, əyani təhsilalma formasında bakalavriatda təhsil alanlara müvafiq təhsilini bitirənədək, lakin 24 yaşdan çox olmamaqla (bu Qanunun 21.8-ci maddəsində qeyd olunan çağırışçılar istisna olmaqla) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında və ya xarici ölkələrdə dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, elmi müəssisə və təşkilatlarda təhsil alan aşağıdakı çağırışçılara təhsilini davam etdirmək üçün təhsil pilləsi (təhsil pilləsinin hər bir səviyyəsi) üzrə yalnız bir dəfə möhlət verilir. Beləliklə, X6 xx.xx.2025-ci il tarixdə şöbəyə yaxınlaşdıqda onun barəsində İXM-nin 606.3-cü maddəsi ilə protokolun artıq tərtib edildiyini və materialın həmçinin Xətai rayon prokurorluğuna göndərildiyini bildirilmişdir. Lakin məlum olmuşdur ki, həmin protokol heç tərtib edilməmiş, Xətai rayon prokurorluğunun xx.xx.2025-ci il tarixli qərarı təqdim edildikdən sonra, ondan izahat alınmış və İXM-nin 606.3-cü maddəsinin tələblərinin pozulmaması müəyyən edilməsinə baxmayaraq onun barəsində yalnız xx.xx.2025-ci il tarixdə protokol tərtib edilərək həmin gün qərar verilmiş və cərimənin dərhal ödənilməsi tələb olunmuşdur. Bundan əlavə, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanunun 15.1-ci maddəsinə əsasən, "Müddətli həqiqi hərbi xidmətə çağırılmalı olan vətəndaşlar çağırışa 2 ay qalmış müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi organ (qurum) tərəfindən müəyyən edilmiş qaydada mütləq tibbi müayinədən keçirilirlər Tibbi müayinəyə cəlb olunan çağırışçılar bu Qanunun 6.2-2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılırlar. Çağırışçılar çağırış vərəqəsində qeyd olunan müddətdə müvafiq tibb müəssisəsinə gəlməlidirlər. Hamin Qanunun 6.2-2-ci maddəsinə göra, "Tibbi müayinəyə cəlb olunan çağırışaqədər yaş haddində olanların qanuni nümayəndələri (valideynləri övladlığa götürənlər va ya himayəçi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi organ (qurum) tərəfindən onların hansı müddətdə tibbi müayinədən keçməsi və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) gəlməli olması barədə çağırış vərəqəsi vasitəsilə məlumatlandırılırlar. Çağırışaqədər yaş həddində olan vətəndaşlar çağırış vərəqəsində qeyd olunan müddətdə müvafiq tibb müəssisəsinə gəlməlidirlar. Çağırış vərəqəsi elektron formada vətəndaşın elektron kabinetina yerləşdirildiyi və bu barədə SMS məlumat çatdırıldığı və ya şəxs digər vasitələrlə məlumatlandırıldığı andan etibarən tibbi müayinəyə cəlb olunan çağırışaqədər yaş həddində olanların qanuni nümayəndələri məlumatlandırılmış hesab olunur". Yuxarıda qeyd etdiyimiz kimi, E.Hümbətov xx.xx.2022-ci ildə tibbi komissiyasında keçərək hərbi xidmətə müvəqqəti yararsız sayılmışdır. Lakin çağırışa 2 ay qalmış müddətdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon şöbəsi tərəfindən müəyyən edilmiş qaydada mütləq tibbi müayinədən keçirilməsi üçün çağırış vərəqəsi göndərilməmişdir. Xüsusilə, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon şöbəsi tərəfindən X4 barəsində Azərbaycan Respublikası İXM-nin 606.3-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli qərarın qəbul edilməsi səlahiyyəti olmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsində inzibati xətalar haqqında işlərin "Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin aidiyyəti" təsbit edilmişdir. Belə ki, həmin Məcəllənin 43.1-ci maddəsinə görə, "606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxırlar". Belə ki, 7 mart 2025-ci il tarixli 152-VİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 43.1-ci maddəyə "606.1," rəqəmlərindən sonra "606.3," rəqəmləri əlavə edilmişdir. Yani, xx.xx.2025-ci il tarixdən 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə baxılması səlahiyyəti rayon məhkəmələrinə aiddir. Həmin Məcəllənin 44-cü maddəsinə əsasən, "Bu Məcəllənin 40, 41 və 43-cü maddələrində göstərilən hallardan başqa, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş digər inzibati xətalar haqqında işlərə müvafiq icra hakimiyyəti orqanları baxırlar. "Göründüyü kimi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon şöbəsinin İXM-nin 606.3-cü maddəsinə dair qərar qəbul etmək səlahiyyəti olmadığı halda X4 barəsində xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərar qəbul edir və cərimə tətbiq etmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsinə əsasən, "Çağırışçıların və hərbi vəzifəlilərin bu Məcəllənin 604-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkım edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətam törədənin şəxsiyyəti nəzərə alınmaqla yüz alımış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Qeyd: 1. Bu Məcəllənin 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs barədə məhkəmə qərar qəbul edənədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) gəldikdə inzibati məsuliyyətdən azad olunur. Qeyd edilənlər təsdiq edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsinin tələblərini Emil Hümbətov tərəfindən pozulmamış, onun hər hansısa yayınma və sair faktları olmadığını Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon şöbəsi tərəfindən heç bir əhəmiyyət verilməmişdir. Həmin maddənin "qeyd" hissəsində nəzərdə tutulduğu kimi, E.Hümbətovun şəxsən şöbəyə gələrək təhsilin davam edilməsi ilə bağlı sənədin təqdim edilməsinə görə inzibati məsuliyyətdən azad olunmalı idi. Maddənin "qeyd" hissəsində "məhkəmə qərar qəbul edənədək" ifadəsində də görünür ki, həmin maddə ilə bağlı qərarın qəbul edilməsi yalnız məhkəmə tərəfindən mümkündür. Lakin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon şöbəsi E.Hümbətovun barəsində protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərilməli olduğuna baxmayaraq İXM-nin 43-cü maddənin tələblərini pozaraq özü qərar qəbul etmişdir. Məhkəmə iclasında şikayətçinin vəkili Vəkil şikayəti müdafiə edərək onun təmin edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək, şikayətçinin vəkilinin izahatını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xətai rayon prokurorluğunun müstəntiqi Pünhan Eyvazovun 05 dekabr 2025-ci il tarixli qərarı ilə X4 əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən onun barəsində toplanmış 587-C-25 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinin 06 dekabr 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, çağırışçı X6 üzrlü səbəb olmadan Xətai rayon idarəsinə gəlməmiş, bu səbəbdən barəsində AR İXM-nin 606.3-cü maddəsinə əsasən 300 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, çağırışçı X6 2025-ci ilin oktyabr çağırışına cəlb olunmuş, çağırış komissiyasına dəvət olunarkən təhsil alması haqqında məlumat vermiş lakin "Hərbi vəzifə və hərbi xidmət haqqı"nda Azərbaycan Respublikası Qanununun 21.2 maddəsinə əsasən çağırışa cəlb edildiyi ayadək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Xətai rayon idarəsinə təhsil haqqında arayışını təqdim etməmişdir. X6 çağırışdan yayınması ilə bağlı sənədləri material şəklində prokurorluğa təqdim edilmiş və adı "Sərhədkeçməyə məhdudiyyət siyahısı" daxil edilmişdir. Təqdim edilmiş arayışdan görünür ki, X3 Federasiyasının Moskva şəhərində yerləşən "Rusiya nəqliyyat universiteti"nin "Hava naviqasiya" ixtisasında təhsil alır və xx.xx.2029-cu il tarixdə universiteti bitirəcək. Təqdim edilmiş qəbzdən görünür ki, qərarla təyin edilmiş 300 manat cərimə X6 tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 189- 1, 189-3.2, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 212.4-1, 215.5, 221, 227, 229, 232-1, 244-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 266.3-1, 267, 272.1, 272.3, 272-1, 274.4, 274-1, 275.4, 275.5, 279.2, 279.3, 284.2, 286, 290.3, 294-5.5, 294-6, 295.6, 296.2, 300.1, 302, 304, 325.1, 326, 327.8, 327-1.2, 327-1.3, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 338-1, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343- 1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351-1, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 428.12, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 454-1, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477-2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517-3, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598, 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 602-4, 603, 605, 606.1, 606.3, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 606.3-cü maddəsinə əsasən çağırışçıların və hərbi vəzifəlilərin bu Məcəllənin 604-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibatı xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, çağırışçı X6 üzrlü səbəb olmadan Xətai rayon idarəsinə gəlməmiş, bu səbəbdən barəsində AR İXM-nin 606.3-cü maddəsinə əsasən 300 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanunun 21.1.4-cü maddəsinə əsasən, əyani təhsilalma formasında bakalavriatda təhsil alanlara müvafiq təhsilini bitirənədək, lakin 24 yaşdan çox olmamaqla (bu Qanunun 21.8-ci maddəsində qeyd olunan çağırışçılar istisna olmaqla) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında və ya xarici ölkələrdə dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, elmi müəssisə və təşkilatlarda təhsil alan aşağıdakı çağırışçılara təhsilini davam etdirmək üçün təhsil pilləsi (təhsil pilləsinin hər bir səviyyəsi) üzrə yalnız bir dəfə möhlət verilir. Məhkəmə hazırkı iş materiallarını müqayisəli şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinin qəbul etdiyi qərarın ləğvi üçün əsaslar mövcuddur. Belə ki, əvvəla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinin tələblərinə əsasən 606.3-cü maddə üzrə işlərə baxmaq və tənbeh tədbiri tətbiq etmək rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Yəni, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsi həmin maddə üzrə inzibati icraat aparmaq səlahiyyəti olmadan sözügedən qərarı qəbul etmişdir. Həmçinin, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsi çağırışçının üzrlü səbəb olmadan idarəyə gəlməməsinə istinad edərək 06 dekabr 2025-ci il tarixdə onun barəsində qərar qəbul etmişdir. Lakin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 05 dekabr 2025-ci il tarixli qərardan görünür ki, X6 prokurorluqda izahat vermiş, xx.xx.2025-ci il tarixdə isə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinə müraciət ünvanlayaraq ölkə xaricində təhsil alması ilə bağlı müvafiq sənədləri təqdim etmişdir. Buna baxmayaraq onun barəsində inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Göründüyü kimi şikayətçinin ölkə xaricində təhsil almasına dair müvafiq quruma sənədlər təqdim etməsinə və bu əsasla ona möhlət verilməsinə baxmayaraq, onun Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinə gəlməməsi əsası ilə barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, X4 verdiyi şikayət təmin edilməli, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilsin. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(011)-11822/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-11822/2025
07.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver