Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-11823/2025 07.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 iştirakı ilə, Baş Dövlət Yol Polisi İdarəsinin EQ 32135753 saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş EQ 32135753 saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək göstərmişdir ki, mənim idarə etdiyim və ailədə yeganə dolanışıq yerim olan BYD QİN PLUS PLUG-in HİBRİD MİNİK markalı, **-QB-*** dövlət qeydiyat nişanlı avtomobil vasitəsinlə ailəmi dolandırmaq üçün taksi fəaliyiyyəti ilə məşğul oluram. xx.xx.2025-ci il tarixdə DİN BDYP X3 mənim sürücülük hüququmun məhdudlaşdılmasına dair qərar çıxarılaraq sürücülük hüququm altı ay müddətinə məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-ci və 327.7-ci maddələrini əsas tutularaq qanunsuz və sassız protokol və qərar qəbul edilişdir. Mənə qarşı ədalətsiz olaraq qəbul etdiyi sürücülük hüququnun məhdudlaşdılması haqqında xx.xx.2025-ci il tarixli, EQ32135753 nömrəli protokolla ədalətsizliyə yol verilərək sürücülük hüququm 6 ay müddətinə məhdudlaşdırılması ilə razı deyiləm. Beləliklə mənim 27 illik sürücülük dövründə il dəfədir ki, mənim haqqımda belə bir qanunsuzluğa yol verilmişdir, mən 27 ilin sürücüsü güya Bakı şəhər Avropa məktəbinin qarşısında idarə etdiyim BYD QİN PLUS PLUG-in HİBRİD MİNİK markalı, **-QB-*** dövlət qeydiyat nişanlı avtomobilən DİN BDYPİ-nin X3 vasitəsilə sürücülük hüquqm altı aylıq məhdudlaşdılmışdır. Göstərilənləri nəzərə alaraq idarə etdiyim və yeganə dolanışıq yerim olan BYD QİN PLUS PLUG-in HİBRİD MİNİK markalı, **-QB-*** dövlət qeydiyat nişanlı avtomobilə qanunsuz olaraq xx.xx.2025-ci il tarixli, EQ32135753 nömrəli protokol əsasında qərarla ədalətsizliyə yol verilərək sürücülük hüququm 6 ay müddətinə məhdudlaşdırılması inzibati xəta haqqında qərarın ləğv edib iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edirəm. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 32135753 saylı inzibati tənbeh vermə haqqında elektron qərarına əsasən X5 xx.xx.2025-ci il tarixində saat 13:48-də «BYD QİN PLUS PLUG-İN Hibrid» minik markalı, **-QB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nişanlı nəqliyyat vasitəsini idarə edərkən 346.4. Yangosgusu olmayan motosikletlar, mopedlər, velosipedlər va kiçik elektrik naqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə, Bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2- 327.6, 327.8. 328.2, 328.3, 328.4, 331, 333.1,333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2- 346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə İnzibati Xətalar Məcəlləsinin 346.4-cü,327.7-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 327.7-ci maddəsinə əsasən, bu məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3,328.4,331,333.1, 333-1.1, 342.7,343.1, 343- 1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarından görünür ki, inzibati xətaya dair protokol tərtib edilmişdir. Protokol inzibati işlər üzrə sübut hesab edilir. Həmin protokol əsasında da qərar qəbul edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Bundan başqa, iş materiallarına baxış keçirilərkən müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 mübahisələndirilən qərarı xx.xx.2025ci il tarixdə almış, ondan 20 gün müddətində şikayət verməli olduğu halda xx.xx.2025-ci il tarixdə verməklə, qanunvericilikdə nəzərdə tutulmuş inzibati tənbehvermə haqqında qərardan şikayət vermə müddətini ötürmüşdür. Məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Baş Dövlət Yol Polisi İdarəsinin EQ 32135753 saylı xx.xx.2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Baş Dövlət Yol Polisi İdarəsinin EQ 32135753 saylı xx.xx.2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №3(011)-11823/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-11823/2025
07.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver