Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1198/2024 30.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin nümayəndələri X6 və X1, Şəxs nümayəndəsi “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1, 499.1.2 və 499.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1, 499.1.2 və 499.1.3-cü maddələri ilə 29 fevral 2024-cü il tarixli, 00700-00037/24 nömrəli, 29 fevral 2024-cü il tarixli, 00700-00037/24/1 nömrəli, 29 fevral 2024-cü il tarixli, 00700-00037/24/2 nömrəli, 29 fevral 2024cü il tarixli, 00700-00037/24/3 nömrəli, 29 fevral 2024-cü il tarixli, 00700-00037/24/4 nömrəli və 29 fevral 2024-cü il tarixli, 00700-00037/24/5 nömrəli inzibati xəta haqqında protokollar tərtib edərək baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokollardan görünür ki, rəsmiləşdirmə mərkəzindən Əməliyyat və təhqiqat şöbəsinə daxil olmuş xx.xx.2023-cü il tarixli 3-33-/3-1-004299/2023 saylı raportda "Azərbaycan” X7 tərəfindən **********1994, **********1992, **********1996, **********1990, **********1995 və **********1998 sorğu nömrəli gömrük bəyannamələri ilə texniki avadanlıqlar və onlara aid olan ehtiyyat hissələri yükü Sumqayıt Gömrük İdarəsində müvəqqəti ixrac gömrük proseduru altında bəyan edilərək "Azərbaycan” X4 Özbəkistan Respublikası Daşkənd səhərində yerləşən nümayəndəliyinə göndərilərək rəsmiləşdirilildiyi, "Azərbaycan” X7 tərəfindən müvəqqəti ixrac gömrük proseduru altında rəsmiləşdirilmiş malların bir qisminin ölkə ərazisinə təkrar idxal edildiyi, lakin **********1994, **********1992, **********1996, **********1990, **********1995 və **********1998 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti ixrac olunan malların qalan hissəsinin öhdəlik müddətinin bitməsinə baxmayaraq həmin malların bugünədək geri qaytarılmadığı və digər gömrük prosedurunda rəsmiləşdirilmədiyi qeyd edilmişdir. Nəticədə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1, 499.1.2 və 499.1.3-cü maddələri ndə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs nümayəndəsi “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə bildirmişdir ki, Şəxs tərəfindən hazırki protokolda göstərilən inzibati xəta qərəzli olaraq törədilməmişdir. Həmçinin hüquqlarını təmsil etdiyi hüquqi şəxs barəsində Dövlət Gömrük Komitəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında prokola əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 600 manat məbləğində inzibati tənbeh olunması qərara alınmışdır. Hesab edir ki, hazırki protokollarda göstərilən gömrük bəyannamələri ilə əvvəl tərtib edilmiş inzibati xəta haqqında protokollarda göstərilən bəyannamələr eynilik təşkil edir və bu səbəbdən bir xətaya görə iki dəfə inzibati məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1, 499.1.2 və 499.1.3-cü maddəsində göstərilən inzibati xətalar “Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ və X hissələri, 80-ci maddəsi baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1 və 499.2-ci maddələrinin həmin Məcəllənin 38-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2024-cü il tarixli qərarı ilə uzanan inzibati xəta hesab edilməmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sumqayıt Gömrük İdarəsinin nümayəndələri X6 və X2 tərtib edilmiş protokolların tam qanuni və əsaslı olduğunu bildirərək Şəxs barəsində inzibati tənbeh növündə cərimə tədbiq edilməsini xahiş etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sumqayıt Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X6 tərəfindən tərtib edilmiş 29 fevral 2024-cü il tarixli, 00700-00037/24 nömrəli, 29 fevral 2024-cü il tarixli, 00700-00037/24/1 nömrəli, 29 fevral 2024-cü il tarixli, 00700-00037/24/2 nömrəli, 29 fevral 2024-cü il tarixli, 00700- 00037/24/3 nömrəli, 29 fevral 2024-cü il tarixli, 00700-00037/24/4 nömrəli və 29 fevral 2024-cü il tarixli, 00700-00037/24/5 nömrəli inzibati xəta haqqında protokollardan görünür ki, rəsmiləşdirmə mərkəzindən Əməliyyat və təhqiqat şöbəsinə daxil olmuş xx.xx.2023-cü il tarixli 3-33-/3-1- 004299/2023 saylı raportda "Azərbaycan” X7 tərəfindən **********1994, **********1992, **********1996, **********1990, **********1995 və **********1998 sorğu nömrəli gömrük bəyannamələri ilə texniki avadanlıqlar və onlara aid olan ehtiyyat hissələri yükü Sumqayıt Gömrük İdarəsində müvəqqəti ixrac gömrük proseduru altında bəyan edilərək "Azərbaycan” X4 Özbəkistan Respublikası Daşkənd səhərində yerləşən nümayəndəliyinə göndərilərək rəsmiləşdirilildiyi, "Azərbaycan” X7 tərəfindən müvəqqəti ixrac gömrük proseduru altında rəsmiləşdirilmiş malların bir qisminin ölkə ərazisinə təkrar idxal edildiyi, lakin **********1994, **********1992, **********1996, **********1990, **********1995 və **********1998 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti ixrac olunan malların qalan hissəsinin öhdəlik müddətinin bitməsinə baxmayaraq həmin malların bugünədək geri qaytarılmadığı və digər gömrük prosedurunda rəsmiləşdirilmədiyi qeyd edilmişdir. Nəticədə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1, 499.1.2 və 499.1.3-cü maddələri ndə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; xx.xx.2023-cü il tarixli 3-33-/3-1-004299/2023 saylı raportdan görünür ki, Bakı şəhəri, 8 Noyabr prospekti, Xəzər 13 ünvanında qeydiyyatda olan "Azərbaycan” X7 tərəfindən xx.xx.2019cu il tarixində **********1990, **********1992, **********1994, **********1995, **********1996, **********1998 sorğu nömrəli gömrük bəyannamələri ilə texniki avadanlıqlar və onlara aid olan ehtiyyat hissələri yükünü Sumqayıt Gİ-də müvəqqəti ixrac gömrük proseduru altında bəyan edilərək "Azərbaycan” EİB-nin Özbəkistan Respublikası Daşkənd şəhərində yerləşən nümayəndəliyinə göndərilərək rəsmiləşdirilmişdir. "Azərbaycan” EİB tərəfindən müvəqqəti ixrac gömrük proseduru altında rəsmiləşdirilmiş malların bir qismini xx.xx.2021-ci il tarixində **********6464 sorğu nömrəli gömrük bəyyanaməsi ilə ölkə ərazisinə təkrar idxal edilmiş, lakin **********1990, **********1992, **********1994, **********1995, **********1996, **********1998 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti ixrac olunan malların qalan hissəsinin də xx.xx.2022ci il tarixində öhdəlik müddətinin bitməsinə baxmayaraq həmin mallar bugünədək geri qaytarılmamış və yüklər digər gömrük prosedurunda rəsmiləşdirilməmişdir. 03 oktyabr 2023-cü il tarixli izahatdan görünür ki, birlik su, qaz və digər lahiyələr serviz xidmətlərini yerinə yetirir. 2019-cu ildə “Azərbaycan’' EİB Özbəkistan Respublikası Səmərqənd vilayəti yaşayış məntəqələrinin su təchizatı ilə əlaqədar beynəlxalq tenderdə qalib gəlmişdir. Tenderdə qalib gəldikdən sonra lahiyəni icra etmək üçün Şəxs EİB-nin Özbəkistanda NPO Şəxs Nümayəndəliyini təsis etmişik. Orada işlərin yerinə yetirilməsi üçün NPO "‘Azərbaycan” Nümayəndəliyi ilə AEİB 11-2019 nömrəli xx.xx.2019-ci il tarixli müqavilə bağlanmışdır. Həmin işlərin icrası ilə əlaqədar olaraq xx.xx.2019-cu il tarixdə texnika və avadanlıqlar Sumqayıt Baş Gömrük İdarəsində **********1990, **********1992, **********1994, **********1995. **********1996, **********1998 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti ixrac gömrük prosedurunda bəyan edilərək müvəqqəti olaraq Özbəkistan Respublikasına aparıldı. Orada işlədiyimiz müddətdə xx.xx.2020-ci il tarixdə Özbəkistan Respublikasının Sirdorya vilayətinin Yangivar şəhərinin kanalizasiya sistemlərini yenidən qurulması ilə əlaqəli QOQ “X9” SSİP/İCB/MC/w-1.1-2 saylı müqavilə ilə beynəlxalq tenderdə qalib gəldik, işə dərhal başlamaq üçün texnika və avadanlıqları ora göndərdik və işləri davam etdirdik. xx.xx.2021-ci il tarixdə müvəqqəti ixrac etdiyimiz avadanlıqların bir hissəsini Azərbaycana geri qaytardıq və gömrük bəyannaməsi ilə rəsmiləşdirildi. Özbəkistanda lahiyə icra edilərkən işlər plan üzrə getmədi, 2020-ci ildə Covid-19 pandemiyası səbəbindən islərin vaxtında tamamlanması mümkün olmadı. Tərəfimizdən 2020, 2021-ci illərdə Sumqayıt Baş Gömrük İdarəsinə ərizə ilə müraciət edərək malların ixrac müddətinin uzadılmasını xahiş etmişik. Daha sonra xx.xx.2023-cü il tarixdə də Dövlət Gömrük Komitəsinə müraciət məktubu ünvanlamışıq. Müraciət alınaraq malların ixrac müddəti 27 sentyabr 2022-ci il tarixədək uzadılmışdır. İkinci bağladığımız müqavilə öhdəliyi üzrə işlər yekunlaşdıqdan sonra bir il ərzində işlərin sınağı aparılmalı idi. Bu müddəa müqavilədə öz əksini tapmışdır. İcra etdiyimiz tender üzrə sınaq yoxlama işləri aparılırdı. Bu müddətin yekunlasdırılması müqavilədə xx.xx.2023cü il tarixinə nəzərdə tutulmuşdu. Yubanma ona görə oldu ki, QOQ “X8” ilə xx.xx.2023-cü il tarixli, 3659-UZB saylı müqavilə ilə beynəlxalq tenderdə 3-cü dəfə tenderdə qalib olduq və bu dəfə Karakalpak Vilayətinin, Nukuss səhərində ilkin işlərimizi gördük. Bundan sonra qeyd etdiyim 6 gömrük bəyannaməsi üzrə Özbəkistan Respublikasından 2023-cü ilin sentyabrın əvvəlindən müvəqqəti ixrac etdiyimiz malları ölkə ərazisinə qaytarılması üçün yola düşmüş və böyük qismi ölkə ərazisinə qaytarılmışdır. Hal-hazırda 1 dəd “Kamaz” markalı yer qazan maşın, 1 ədəd “Shacman” markalı yer qazan maşın, 2 ədəd “Shacman” markalı avtomatik təmizləmə və idarə üçün cihaz və aparatlar yükü Özbəkistan və Qazaxsıtanın neytral zonasında qalmış, qısa müddətdə ölkə ərazisinə qaytarılacaq. 2020-ci ildə Covid-19 pandemiyası səbəbindən işlərin vaxtında tamamlanması mümkün olmadığından, işlər plan üzrə getmədiyindən və yeni bağladığımız müqavilə üzrə islərin müddəti ərzində həmin avadanlıqlardan istifadə zərurəti ilə əlaqədar geri qaytarmaq imkanımız olmayıb. Lakin yüklərin artıq böyük qismi ölkə ərazisinə qaytarılmışdır, qeyd etdiyim yüklər isə ən qısa müddətdə qaytarılacaq. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(011)-4272/2022 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə təqsirli bilinərək və barəsində 600 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tədbiq edilməsi qarara alınmışdır. Həmin qərardan görünür ki, xx.xx.2022-ci il tarixli, EP0002789 nömrəli protokoldan görünür ki, Gömrük əməliyyatları idarəsindən daxil olmuş 34/012/003648 saylı xx.xx.2022-ci il tarixli raportda, Bakı səhəri 8 Noyabr prospekti, Xəzər 13 ünvanında qeydiyyatda olan Şəxs (VÕEN: **********) tərəfindən xx.xx.2019-cu il tarixində **********1990, **********1992, **********1994, **********1995, **********1996, **********1998 sorğu nömrəli gömrük bəyannamələri ilə texniki avadanlıqlar və onlara aid olan ehtivvat hissələri yükünü Sumqayıt BGİ-də müvəqqəti ixrac gömrük proseduru altında bəyan edilərək "Azərbaycan" EİB-nin Özbəkistan Respublikası Daşkənd səhərində yerləşən nümayəndəliyinə göndərilərək rəsmiləşdirildiyi, "Azərbaycan" EİB tərəfindən müvəqqəti ixrac gömrük proseduru altında rəsmiləşdirilmiş malların bir qismini xx.xx.2021-ci il tarixində **********6464 sorğu nömrəli gömrük bəyyanaməsilə ölkə ərazisinə təkrar idxal edildiyi, **********1992, **********1994, **********1995, **********1990, **********1996, **********1998 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti ixrac olunan malların qalan hissəsi xx.xx.2022-ci il tarixində öhdəlik müddətinin bitməsinə baxmayaraq həmin mallar bugünədək geri qaytarılmadığı və yüklər digər gömrük prosedurunda rəsmiləsdirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur; 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir;. 499.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni: 499.1.1-ci maddəsinə əsasən on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə - fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir; 499.1.2-ci maddəsinə əsasən on beş gündən bir ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir; 499.1.3-ci maddəsinə əsasən bir aydan üç ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə fiziki şəxslər beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir;. “Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ və X hissələri, 80-ci maddəsi baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1 və 499.2-ci maddələrinin həmin Məcəllənin 38-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2024-cü il tarixli qərarından görünür ki, İnzibati Xətalar Məcəlləsinin 499.1-ci maddəsində göstərilmiş inzibati xəta mallar və ya nəqliyyat vasitələrinin müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması ilə bağlı hərəkətin icra edilməsi anında törədildiyi və həmin anda bitdiyi üçün bu əməl uzanan inzibati xəta hesab edilə bilməz. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxsnə 03 oktyabr 2022-ci il tarixli ərizəyə əsasən malların geri qaytarılma müddətinə xx.xx.2023-cü il tarixədək möhlət verilməsi qeyd edilsə də, lakin onun barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(011)-4272/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 600 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tədbiq edilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli, EP0002789 nömrəli protokolun tərtib edilməsinə səbəb kimi **********1992, **********1994, **********1995, **********1990, **********1996, **********1998 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti ixrac olunan malların qalan hissəsi xx.xx.2022-ci il tarixində öhdəlik müddətinin bitməsinə baxmayaraq həmin mallar bugünədək geri qaytarılmadığı və yüklər digər gömrük prosedurunda rəsmiləsdirilməməsi olmuşdur. 29 fevral 2024-cü il tarixli, 00700-00037/24 nömrəli, 29 fevral 2024-cü il tarixli, 00700-00037/24/1 nömrəli, 29 fevral 2024-cü il tarixli, 00700-00037/24/2 nömrəli, 29 fevral 2024-cü il tarixli, 00700-00037/24/3 nömrəli, 29 fevral 2024-cü il tarixli, 00700-00037/24/4 nömrəli və 29 fevral 2024-cü il tarixli, 00700-00037/24/5 nömrəli inzibati xəta haqqında protokollarında tərtib edilməsinə səbəb kimi eyni sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti ixrac olunan malların xx.xx.2023-cü il tarixində öhdəlik müddətinin bitməsinə baxmayaraq həmin mallar bugünədək geri qaytarılmadığı və yüklər digər gömrük prosedurunda rəsmiləsdirilməməsi olmuşdur. **********1992, **********1994, **********1995, **********1990, **********1996, **********1998 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti ixrac olunan malların öhdəlik müddətinin bitməsinə baxmayaraq həmin mallar bugünədək geri qaytarılmadığı və yüklər digər gömrük prosedurunda rəsmiləsdirilməməsinə münasibətdə Şəxs barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmasını, Azərbaycan Respublikasının İXM-nin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməməsini, uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunmasını, “Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ və X hissələri, 80-ci maddəsi baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1 və 499.2-ci maddələrinin həmin Məcəllənin 38-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2024-cü il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 499.1ci maddəsində göstərilmiş inzibati xəta mallar və ya nəqliyyat vasitələrinin müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması ilə bağlı hərəkətin icra edilməsi anında törədildiyi və həmin anda bitdiyi üçün bu əməl uzanan inzibati xəta hesab edilə bilinməməsini nəzərə alınaraq Azərbaycan Respublikasının İXM-nin 53.1.7-ci maddəsini - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda nəzərə alınaraq iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əsasən 03 oktyabr 2022-ci il tarixində Şəxsnə malların Azərbaycan Respublikası ərazisinə gətirilməsi barədə möhlət verilməsi qeyd edilsə də, lakin xx.xx.2022-ci il tarixli, EP0002789 nömrəli protokol tərtib olunaraq məhkəməyə göndərilmiş və hazırki protokollarda göstərilən xətanın pozulmasına görə hüquqi şəxs barəsində inzibati tənbeh tədbiri tədbiq edilmişdir. Beləliklə, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Şəxs barəsində eyni sorğu nömrəli gömrük bəyannamələri ilə törədilmiş inzibati xətaya münasibətdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmasını, Azərbaycan Respublikasının İXM-nin müvafiq maddələrinin və Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ və X hissələri, 80-ci maddəsi baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1 və 499.2-ci maddələrinin həmin Məcəllənin 38-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2024-cü il tarixli qərarının tələbləri ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1, 499.1.2 və 499.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1, 499.1.2 və 499.1.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.1.7-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-1198/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1198/2024
30.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver