Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1199/2021 02.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi və X1 iştirakı ilə, X1 Xətai RPİ 37-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai RPİ 37-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Bölməsinin ******* nömrəli, xx xxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokoluna və MN ******* nömrəli, xx xxxxx 2020-ci il tarixli İnzibati xəta haqqında qərarına əsasən ona fərdi qoruyucu vasitələrdən istifadə etməməklə Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 211-ci maddəsini pozduğu üçün 100 manat cərimə tətbiq olunmuşdur. Tərtib edilmiş protokol barəsində izahatında aptekə girdiyini, lakin tibbi maska olmadığını qeyd etmişdir. İnzibati aktı tərtib edən Xətai RPİ-nin 37-ci Polis Bölməsinin əməkdaşı tərəfindən ona bildirilmişdir ki, protokol xəbərdarlıq xarakteri daşıyır və heç bir cəriməni özündə ehtiva etmir. Lakin protokol əsasında tətbiq edilmiş cərimə ilə əlaqədar olaraq Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin 128876/2020-1-12 nömrəli, xx xxxxxx 2020-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişi ona təqdim edildikdən sonra həmin protokol əsasında ona cərimə edildiyindən xəbərdar olmuşdur. Tərtib olunmuş ******* nömrəli, xx xxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolu və qərarı aşağıdakı səbəblərdən qanunsuz hesab edir. xx xxxx 2020-ci il tarixdə COVİD-19-un (Koronavirus) yaratdığı vəziyyət nəzərə alınaraq İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində dəyişiklik edilərək yeni redaksiyada verilmişdir. Həmin dəyişikliklər nəticəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi "Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə" cərimələri müəyyən etmişdir. xx xxxx 2020-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə yenidən dəyişikliklər edilmişdir. Belə ki, yuxanda qeyd edilmiş İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin mətni artıq 211.1-ci maddə hesab edilmiş və yeni məzmunda 211.2 və 211.3-cü bəndləri əlavə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin yeni əlavə edilmiş 211.2-ci bəndinə əsasən, "Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə" cərimələr qeyd edilmişdir. Protokolda qeyd etdiyi izahatından da aydın olduğu kimi cərimə ona karantin rejimi dövründə fərdi qoruyucu vasitədən istifadə etmədiyinə görə tətbiq olunmuşdur. Lakin, Protokol əsasında cərimənin yazıldığı tarixdə, yəni xx xxxxx 2020-ci ildə tarixdə İnzibati Xətalar Məcəlləsinin fərdi qoruyucu vasitədən istifadə etməməyə görə cərimə müəyyən edən 211.2-ci maddəsi qəbul edilməmişdi və İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi yalnız indiki 211.1-ci maddəsinin mətnindən ibarət idi. Fərdi qoruyucu vasitələrdən istifadə edilməsi ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin ayrıca maddəsinin 211.2-ci maddənin olmasından isə aydındır ki, İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin mətni fərdi qoruyucu vasitənin istifadə edilməməsinə görə cərimənin müəyyən edilməsini ehtiva etmir və bu hallarda tətbiq edilməməlidir. Bu da onu göstərir ki, xx xxxxx 2020-ci il tarixdə fərdi qoruyucu vasitələrdən istifadə edilməməsinə görə cərimə Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilməmişdi. Bundan başqa qərarın surəti ona rəsmi qaydada göndərilmədiyindən qərardan şikayət vermə müddətinin üzrlü səbəbdən ötürülməsini nəzərə alaraq müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 ərizəsində göstərilənlərə oxşar eyni məzmunlu izahat verərək qərardan şikayət vermə müddətinin bərpa edilərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Xətai RPİ 37-ci Polis Şöbəsinin etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Xətai RPİ 37-ci Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə X1 qərardan şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatətini nəzərdən keçirib hesab edir ki, müddət üzrlü səbəbdən buraxıldığında bərpa edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Xətai RPİ 37-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada X2 rəsmi qaydada verilməsi iş materialları ilə təsdiq olunmamışdır. Buna görə də qərardan şikayət vermə müddəti bərpa edilməlidir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 barəsində Xətai RPİ 37-ci Polis Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib olunarkən, inzibati xətanın mahiyyəti, törədilmə vaxtı və yeri göstərilməmişdir. Heç bir araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qərar qəbul edilmişdir. Protokol və qərar tərəfə verilməmişdir. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində Xətai RPİ 37-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, Xətai RPİ 37-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Xətai RPİ 37-ci Polis Şöbəsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X1 şikayəti qismən təmin edilsin. Xətai RPİ 37-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Xətai RPİ 37-ci Polis Şöbəsinə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-1199/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1199/2021
02.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver