Məhkəmə qərarları › İş №3(011)-1201/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1201/2020

14.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1201/2020 14.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X7, zərərçəkmiş X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Füzuli rayonunun Qacar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Füzuli rayonunun Qacar kəndində qeydiyyatda olmaqla, ünvan 1 mənzil 911 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi barədə» xx.xx.2020-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş xx.xx.2020-ci il tarixli MN ******* nömrəli nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 20:00 radələrində ünvan 2 mənzil 911 ünvanında arvadı xx.xx.1976-cı il təvəllüdlü X4 döymüşdür. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verib özünü təqsirli bilərək göstərmişdir ki, son zamanlar arvadı Vüsalə ilə münasibətləri pisləşmiş, buna səbəb onların binasında yaşayan Ümid adlı şəxs olmuşdur. Belə ki, Vüsalənin onu aldatdığından şübhələnərək ondan Ümidlə nə əlaqəsinin olmasını soruşduqda, Vüsalə ona Ümidin onların qızı Nazəninin sevdiyi oğlan olduğunu bildirmişdir. xx.xx.2020-ci il tarixdə saat 19 radələrində o, evdə spirtli içki içmiş Vüsalə ilə söhbət edərkən aralarında mübahisə yaranmış, o, əsəbləşib Vüsaləni yumruq zərbəsi ilə baş nahiyəsindən vurmuş, sonra mətbəx bıçaqı ilə ayağının arxa hissəsindən vurmuşdur. Həmin gün səs-küyü eşidən oğlu polisə zəng etmişdir. Sonunda, törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini, bir daha belə hallara yol verməyəcəyini bildirərək, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. X6 Sarif qızı məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, 1999-cu ildən Şəxslə ailə həyatı qurmuş, əvəllər münasibəti normal olmuş, son zamanlar Zaur spirtli içki qəbul edərək onunla evdə mübahisələr etməyə başlamışdır. xx.xx.2020-ci il tarixdə saat 20 radələrində qısqanclıq zəmnində yenidən onunla mübahisə yaratmış, onu döyərək xəsarət yetirmiş, sonra mətbəxt bıçağını götürərək qəsdən sol ayağının arxa hissəsindən vuraraq xəsarət yetirmişdir. Sonunda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. İnzibati protokolu tərtib etmiş Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X10 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edib əlavə olaraq inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Şəxs X4 döyərək dərəcəsi təyin edilməyən xəsarətlər yetirdiyindən cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surətinin 34-cü Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” X13 canlı şəxsin ekspertizasının xx xxxx 2020-ci il tarixli T 145/2020 nömrəli rəyində göstərilmişdir ki, xx.xx.1976-cı il təvəllüdlü X1 sağrı nahiyəsində səthi deşilmiş-kəsilmiş yara, döş qəfəsinin arxa səthi, sol kürək və sağ saiddə qançır olmuş, qeyd edilən qançırlar bərk küt əşyanın, deşilmiş-kəsilmiş yara deşici-kəsici alətin təsirindən törənmiş, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir, istər birlikdə, istərsə də ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilmir; xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 20:00 radələrində ünvan 2 mənzil 911 ünvanında xx.xx.1976-cı il təvəllüdlü X5 fiziki zor tətbiq etməklə döyüb bədən xəsarəti yetirdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protkol tərtib edilmişdir; zərərçəkmiş şəxs X8 tərəfindən verilmiş ərizədən görünür ki, V.S.Fətəliyeva həmin ərizəsində, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdıqlarını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 39.1-ci maddəsinə görə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir; 53.0.9-cu maddəsinə görə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən X2 döyülməsi və bununla da, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş ekspertiza rəyi, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etiraf edici izahatı və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, habelə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışdığından barəsində olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs zərərçəkmiş şəxslə barışdığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi olə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar