Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1206/2021 19.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı Şəhəri Reklam İdarəsinin nümayəndəsi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs2 iştirakları ilə, Şəxs2 barəsində Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı Şəhəri Reklam İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 428.7.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN seriyalı ******* saylı, xx xxxxxx 2021-ci il tarixli protokola əsasən fərdi sahibkar Şəxs2 Bakı şəhəri, Xətai rayonu, Babək prospekti ünvanında xx.xx.2021-ci il tarixdə saat 11:05-də müvafiq icazə sənədi olmadan açıq məkanda reklam yerləşdirməsi faktı aşkar edilmişdir. Bununla əlaqədar Şəxs2 barəsində Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin böyük müfəttişi Mehman Bayramov tərəfindən xx xxxxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı Şəhəri Reklam İdarəsinin nümayəndəsi X2 izahatında göstərmişdir ki, fərdi sahibkar Şəxs2 Bakı şəhəri, Xətai rayonu, Babək prospekti ünvanında xx.xx.2021-ci il tarixdə saat 11:05-də müvafiq icazə sənədi olmadan açıq məkanda reklam yerləşdirməsi faktı aşkar edilmişdir. Bununla əlaqədar Şəxs2 barəsində xx xxxxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə o, Şəxs2 barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs2 göstərmişdir ki, o, vergi ödəyicisi kimi qeydiyyatdan keçməklə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti ünvanında yerləşən “AUTO 5+ Salon” adlı obyektdə fərdi sahibkarlıqla məşğul olur. İdarəyə açıq məkanda reklam yerləşdirməsi üçün müvafiq müqavilə bağlanmışdır, lakin pandemiya ilə əlaqədar olaraq obyekt işləmədiyi üçün ödəniş edə bilməmişdir. Hal-hazırda ödəniş edə bilər. Bu səbəbdən də o, barəsində başlanmış inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdimişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs2 əməlində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsində göstərilən əlamətlər yoxdur və buna görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə inzibati xəta tərkibi yaradır. İş materiallarından görünür ki, Şəxs2 vergi ödəyicisi kimi qeydiyyatdan keçməklə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti ünvanında yerləşən “AUTO 5+ Salon” adlı obyektdə fərdi sahibkarlıqla məşğul olur. xx xxxxxx 2021-ci il tarixdə Şəxs2 Bakı şəhəri, Xətai rayonu, Babək prospekti ünvanında müvafiq icazə, texniki şərtlər pasportu və icarə müqaviləsi olmadan açıq məkanda reklam yerləşdirməsi faktı aşkar edildiyindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair MN seriyalı ******* saylı protokol tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş “xxxx” ASC-nin xx.xx.2021-ci il tarixli ödəniş qəbzlərindən məlum olur ki, Şəxs2 tərəfindən Milli Gəlirlər Departamentinin hesabına 80 manat və Bakı şəhəri Reklam İdarəsinin hesabına 804 manat məbləğində ödəniş olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 2.3-cü maddəsinə əsasən müvafiq qurum reklam yayıcısının təqdim etdiyi ərizənin, ona əlavə edilmiş sənədlərin bu Qaydanın 2.1-ci və 2.2-ci bəndlərinin, həmçinin 1.6-cı bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və icazənin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən etibarən 5 iş günündən gec olmayaraq müvafiq qurum onların aradan qaldırılması üçün reklam yayıcısına bildiriş təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar reklam yayıcısına, eyni zamanda bildirilməlidir. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə, reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim etməlidir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır). Məhkəmədə müəyyən olundu ki, Bakı Şəhəri Reklam İdarəsi tərəfindən açıq məkanda reklam yerləşdirilməsi ilə bağlı çatışmazlıqların 5 gün ərzində aradan qaldırılması üçün Şəxs2 müvafiq akt tərtib olunmaqla yazılı göstəriş göndərilməmiş və onun müvafiq icazə sənədi olmadan açıq məkanda reklam yerləşdirməsi faktı əsas gətirilməklə barəsində inzibati protokol tərtib edilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 2.3-cü maddəsinin tələbinə riayət edilmədən inzibati portokol tərtib edilməsi Şəxs2 icazəsiz açıq məkanda reklam yerləşdirməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab edir ki, belə olan halda Şəxs2 hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs2 əməlində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsisiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 105, 114, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs2 əməlində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1206/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1206/2021
19.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver