Məhkəmə qərarları › İş №3(011)-1207/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1207/2020

27.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1207/2020 27.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 Bakı şəhəri Xətai rayon Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai rayon Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS - məlumatı göndərən zaman AZE 08454052 seriya nömrəsi əvəzinə, yalnışlıqla məlumatı 08464052 seriya nömrəsinə göndərmişdir. Odur ki, polis əməkdaşı tərəfindən onun xx.xx.2020-ci il tarixdə saat 16:10 radələrində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozduğu əsas gətirilərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və bunu əsasında da onun 100 manat cərimə olunması barədə xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. O, inzibati xəta hadisəsinin, tərəfindən yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazəsinin alınması məqsədi ilə məlumatı AZE 08454052 seriya nömrəsi əvəzinə, yalnışlıqla 08464052 seriya nömrəsinə göndərməsi nəticəsində yarandığından, inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş qərarla razılaşmamışdır. Hazırda heç bir yerdə işləmədiyindən hər hansı bir gəlirə də sahib deyildir, həmin cəriməni ödəmək maddi imkanları xaricindədir. Odur ki, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə səlahiyyətli orqana qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai rayon Dövlət Yol Polisi Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2020ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, səlahiyyətli orqan tərəfindən X1 xx.xx.2020-ci il tarixdə saat 16:10 radələrində onun epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozduğu əsas gətirilərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhəri Xətai rayon Dövlət Yol Polisi Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2020ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarın surətindən görünür ki, X2 xx.xx.2020-ci il tarixdə saat 16:10 radələrində İnzabti Xətalar Məcəlləsinin 211.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətdiyindən 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında x xxxxx 2020-ci il tarixli 124 nömrəli qərarının 1.4-cü bəndinə əsasən bütün digər şəxslərin yaşayış yerini tərk etmələrinə aşağıdakı hallarda yol verilir: 1.4.1. təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; 1.4.2. ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar; 1.4.3. yaxın qohumunun dəfnində iştirakla əlaqədar. Həmin qərarın 1.5-ci bəndinə əsasən bu Qərarın 1.4-cü bəndinə göstərilən şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir; Həmin qərarın 1.5.2-ci bəndinə əsasən 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması və həmin rejimlə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə xx xxx 2020-ci il tarixli qərarına əsasən “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarında dəyişikliklər edilməklə həmin qərarın 4.1. 1-ci hissəsində “4 may” sözləri “31 may” sözləri ilə əvəz edilmişdir. Müəyyən edilmişdir ki, X2 xx.xx.2020-ci il tarixdə saat 16-10-da polis əməkdaşı tərəfindən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi qaydalarına əməl olunubolmaması məqsədi ilə yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazəsinin olubolmaması yoxlanılmış, həmin tarixdəyaşayış yerini və olduğu yeri tərk etmək üçün icazəsinin olmadığı müəyyən olunmuş, bu səbəbdən şikayətçinin barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şikayətçi protokol tərtib edilən zaman onun yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS - məlumatı göndərən zaman AZE 08454052 seriya nömrəsi əvəzinə, yalnışlıqla məlumatı 08464052 seriya nömrəsinə göndərməsini bildirmişdir. Məhkəmə, yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS - məlumatı göndərən zaman yalnışlığa yol verilməsi barədə şikayətçinin dəlilləri ilə razılaşmır və qeyd edir ki, G.E.Mahmudaova yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS - məlumatı yalnış göndərməsi onu baş vermiş inzibati xəta hadisəsinə münasibətdə məsuliyytdən azad edə bilməz və bunun nəticəsi olaraq qəbul edilmiş qərar qanunsuz qiymətləndirilə bilməz. G.E.Mahmudaovanın inzibati xətanın törədildiyi zaman, yəni xx.xx.2020-ci il tarixdə saat 16:10-da müvafiq icazəsi olmamış, bununla da, inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olmuşdur. Şikayətçi həmin məlumatı göndərən zaman qaydalara diqqət etməli, məlumatların yalnış olub-olmamasını yoxlamalı və ona nəzarət etməli idi. Həmçinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində də inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallarda belə bir əsas nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə, X1 İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Bakı şəhəri Xətai rayon Dövlət Yol Polisi Şöbəsi tərəfindən inzibati tənbehin vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X1 Bakı şəhəri Xətai rayon Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Xətai rayon Dövlət Yol Polisi Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar