Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1207/2024 18.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə 23 fevral 2024-cü il tarixli MN saylı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Şəxs MMC-nin və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə Şəxs MMC-nin və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 27 sentyabr 2023-cü il tarixli EL-1023/2023 qeydiyyat nömrəli lisenziyadan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Şəxs MMC-yə özəl tibb fəaliyyətini həyata keçirməyə icazə verilmişdir. 27 dekabr 2023-cü il tarixli EL-1023/2023/1 qeydiyyat nömrəli lisenziyanın əlavəsindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən 27 dekabr 2023-cü il tarixində EL-1023/2023 qeydiyyat nömrəsi ilə verilmiş lisenziya əsasında Şəxs MMC-yə (hüquqi ünvanı: ünvan 1, VÖEN **********) ünvan 2 ünvanında özəl tibb fəaliyyətinin ambulator tibbi xidməti üzrə görülməsinə icazə verilən işlərə stomatologiya, terapevtik stomatoloji və ortopedik stomatoloji fəaliyyət aiddir. 17 yanvar 2024-cü il tarixli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə Şəxs MMC-də plandankənar (növbədənkənar) yoxlama aparılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin 24 yanvar 2024-cü il tarixli məlumatın təqdim edilməsi barədə məktubundan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********8598 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərarına əsasən "xxxx" MMC-nin (VÖEN: **********) fəaliyyət göstərdiyi ünvan 3 ünvanda yerləşən "xxxx" adlı obyektdə operativ vergi nəzarəti tədbiri keçirilmiş və cəmiyyətin xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) alınmadan kosmetoloji fəaliyyət üzrə özəl tibb fəaliyyəti və müvafiq diplom və ya xüsusi icazə olmadan xalq təbabəti ilə məşğul olduğu müəyyən edilmişdir. Vergi ödəyicisi üzrə aşkar olunmuş qanun pozuntusu müvafiq olaraq xx.xx.2024-cü il tarixli DVX seriyalı 000715 nömrəli və xx.xx.2024-cü il tarixli DVX seriyalı 000710 nömrəli "Lisenziya tələb olunan fəaliyyət növləri ilə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə operativ vergi nəzarətinin nəticələri haqqında" aktlarla rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin 19 fevral 2024-cü il tarixli Şəxs MMC-yə göndərilmiş məktubundan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən aparılan operativ vergi nəzarəti zamanı Şəxs MMC-nin lisenziyada göstərilən iş və xidmətlərdən kənar tibb fəaliyyəti ilə (kosmetoloji) məşğul olmağı müəyyən edilmişdir. Aşkar edilmiş fakt əsasında Şəxs MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib olunması üçün xx.xx.2024-cü il tarixdə saat 10:00-da Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə dəvət olunmuşlar. İştirak edəcək nümayəndənin səlahiyyətlərini təsdiq edən sənədini (əmək müqaviləsi bildirişi və ya etibarnamə) təqdim etməsi zəruridir. (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi 34). Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş 23 fevral 2024-cü il tarixli MN saylı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 4 ünvanında xx.xx.2024-cü il tarixdə saat 16:30da (lisenziya olmadan) lisenziyada göstərilən iş və xidmətlərdən kənar tibb fəaliyyəti ilə (kosmetoloji) məşğul olma aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 215.1-ci maddəsinə əsasən, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutuluşdur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, ünvan 4 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikasında lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi aşkar edilmişdir. Qeyd olunan hallar, tibb müəssisəinin plan üzrə (növbəti) yoxlama aktı, habelə işinin materiallarında olan işin tədqiq olunmuş digər halları ilə və fotoşəkillərlə sübuta yetirilir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 6000 (altı min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-1207/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1207/2024
18.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver