Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-121/2024 15.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi ilə, Azərbaycan Respublikası X7nin Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi Nümayəndə və X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi 12 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası X7nin Bakı şəhəri Reklam İdarəsi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 21 dekabr 2023-cü il tarixli, MN1255877 nömrəli protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi ünvan 1 ünvanda, xx.xx.2023-cü il tarixində saat 15:42-də Şəxs adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi göstərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası X7nin Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X2 Şəxs MMC barəsində tərtib edilmiş protokolun tam qanuni olduğunu bildirərək, hüquqi şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası X7nin Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, diqqətinizə çatdırırıq ki, açıq məkanda reklam sahəsində törədilmiş inzibati xətanın fəsadları ilə digər sahələrdə törədilən inzibati xətaların fəsadları arasında əhəmiyyətli dərəcədə fərq ola bilər ki, bu da hazırki iş üzrə daha diqqətli yanaşmanı zəruri edir. Belə ki, digər sahələrdə inzibati xəta törədilərkən xəta haqqında əsasən həmin xətanı törədən tərəflə protokolu tərtib edən müvafiq orqan məlumatlı olursa, açıq məkanda reklam sahəsində inzibati xəta törədilərkən çox zaman bu hal digər tərəflərə də aşkar olur. İcazə alınmadan, eskizi razılaşdırılmadan, qanunun tələblərinə uyğunluğu yoxlanılmadan reklam yerləșdirildikdə qanunun tələblərinin pozulması dövlət büdcəsinə ödənişin ve digər ödənişlərin təmin edilməməsi ilə yanaşı adətən ərazinin estetik görünüşünə xələl gətirilir. Azərbaycan Respublikasında gedən müasirləşməni, sürətli inkişafı, ölkəmizin çoxsaylı beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etdiyini, mütəmadi olaraq çoxsaylı ali qonaqların gəldiyini nəzərə alsaq bu inzibati xətanın respublikamızın imicinə vura biləcəyi zərərin miqyası aydın olur. Məhz bu və çoxsaylı digər səbəblərdən qanunda açıq məkanda reklam yerləşdirilməzdən əvvəl icazə alınması ciddi tələb kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2017-ci il 1566 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası X7nin nizamnaməsinin 1.1.-ci bəndinə əsasən, Agentlik "Reklam haqqında" Azerbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş açıq məkanda (Şușa şəhərinin, "İçərişəhər" Dövlət Tarix-Memarlıq və "Qala" Dövlət Tarix-Etnoqrafiya qoruqlarının, Bakı șəhərində yerləşən Dənizkənarı Milli Parkın ərazisi istisna olmaqla) reklam daşıyıcılarının yerləşdirilməsi, reklam daşıyıcılarında yerləşdirilən reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən publik hüquqi şəxsdir. Hazırki iş üzrə "xxxx" MMC tərəfindən yol verilmiş qanun pozuntuları haqda: Reklam yerləşdirilmədən əvvəl icazə alınmamışdır. Şəxs müvafiq icazə olmadan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 298 ünvanında cəmi sahəsi 57.57 kv.m. olan 6 ədəd reklam yerləşdirmişdir. Həmin reklamlardan cəmi sahəsi 25.72 kv.m. olan 2 ədədi üzərində "xxxx" yazısı olan reklamlardır. Həmin reklamlardan cəmi sahəsi 31.85 kv.m. olan 4 ədədi isə üzərində Cəmiyyətə məxsus əmtəə nişanında olan elementin (qırmızı və ağ rənglərdən ibarət Omid sözündə olan kvadrat "O" hərfinin) əks olunduğu və bütün "xxxx" mağazalarında istifadə olunan vinil növündə reklam daşıyıcılarıdır. Göründüyü kimi, "xxxx" MMC mübahisələndirdiyi vinillərdən başqa, digər reklamlara görə də müvafiq icazə almamış va həmin reklamları qanunvericiliyin tələblərini pozaraq müvafiq icazə olmadan açıq məkanda yerləşdirmişdir. "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 26.2-ci maddəsinə əsasən, açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan (Azərbaycan Respublikasının X7ndən) icazə almalıdır. Göründüyü kimi, qanunun icazə ilə bağl ciddi tələbi "xxxx" MMC tərəfindən pozulmuşdur.
2. "xxxx" MMC tərəfindən qanunun pozulmuş daha bir tələbi: Reklam daşıyıcısı olan vinildən icazəsiz istifadə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 499 nömrəli qərarı ilə təsdiq edilmiş "Reklam qurğularına Texniki Tələblər"in 3.18.-ci bəndi: Vinil binaların qapı və pəncərələrinin üzərinə vurulan polimer tərkibli yapışqan reklam daşıyıcısıdır. "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən, reklam, reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq ve satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumatdır. Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən reklam olunan mallar, işlər və xidmətlər (əmtəə), onun fərdiləşdirilmə vasitələri reklam obyekti hesab olunur. Həmin Qanunun 26.1-ci maddəsinə əsasən, reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu ve digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. "xxxx" MMC vitrinlərin çöl və iç tərəflərində (26.1-ci maddəyə əsasən) rəngsiz sadə vinildən (məsələn: obyekt yerləşən binanin fasad rəngindən seçilməyən və ya sadə buzlu (görüntünü məhdudlaşdıran) vinildən) deyil məhz fərdiləşdirmə vasitəsi olan (2.0.3-cü maddə) kəskin kontrastlı rəngli vinildən istehlakçının diqqətini cəlb etmək (2.0.1-ci maddə) üçün istifadə etmişdir ki, göründüyü kimi bu da qanunun aşkar tələbinə görə reklam hesab edilir. Eyni zamanda "xxxx" MMC vinillərdən reklam vasitəsi kimi daha geniş istifadə etmək məqsədilə sadəcə rəng çalarları olan vinillərdən deyil, xüsusi dizayn edilmiș və xüsusi sifarişlə hazırlanaraq üzərinə "xxxx" MMC-yə məxsus əmtəə nişanında olan element (qırmızı ve ağ rənglərdən ibarət Omid sözündə olan kvadrat "O" hərfi) əks etdirilən vinillərdən istifadə edir. Hətta "xxxx" MMC-yə məxsus Bonus Kartlarının (şəkil 1 və 2), nəqliyyat vasitələrinin (şəkil 3 və 4), sellofan torbaların (şəkil 5) da üzərində məhz bu reklam eskizi əks edilmişdir. (Qeyd edilənləri sübut edən 8 vərəq fotoşəkillər izahata əlavə edilir). Bu da ümumi olaraq Şəxs yazısıyla eyniyyət təşkil etməklə daha çox diqqət cəlb edir. Həmin vinillərin dizaynı Şəxs MMC tərəfindən təsdiq edilmiş ve bütün yeni obyektlərinin pəncərələrində (şəkil 18 və 19) istifadə edilmişdir. Bu "xxxx" MMC tərəfindən idarəyə ünvanlanmış müraciətlərinə əlavə edilmiş Şəxs mağazası pəncərə üzərində vurulan vinil dizaynı adlı sənəddə (şəkil 17) də öz əksini tapmışdır. Bu da diqqəti "xxxx" MMC mağazalarına cəlb etmək məqsədi daşımışdır. Vinillərdən günəş șüalarının qarşısını almaq vasitəsi kimi istifadənin "xxxx" MMC tərəfindən bildirilməsi tamamilə əsassızdır və məsuliyyətdən yayınmaq məqsədi dașıyır. Günəș șüalarının qarşısının bir çox digər üsullarla (jalüz pərdə və s.) alınması mümkündür. Əlavə olaraq xüsusilə diqqətinizə çatdırırıq ki, qanunvericiliyin aşkar tələbinə zidd olaraq üzərində yazılar mövcud olmayan rəngli vinillərin reklam hesab olunmaması yanaşması məhkəmələr tərəfindən tətbiq edilərsə, bu hal Azərbaycan Respublikası X7nin açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi ilə bağlı təsir mexanizimlərinin işləməməsinə səbəb olacaqdır. Bunun da məntiqi nəticəsi olaraq müxtəlif rənglərdə vinil növündən olan reklam daşıyıcısı obyektlərin üzərində nəzarətdən kənar, xaotik qaydada yerləşdiriləcək, bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edən respublikamızın küçələri estetik cəhətdən bərbad hala düşəcəkdir. Hal - hazırda bir çox ərazilərdə bu hal müəyyən edilmiş va tərəfimizdən qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür. (Qeyd edilənləri sübut edən 11 vərəq fotoşəkillər izahata əlavə edilir - şəkil 6-16). Rəngli vinildən istifadə qanunun tələbinə uyğun olaraq ödənişə cəlb edildikdə: bir çox hallarda sahibkarlar vinildən istifadədən dərhal imtina edir; vinildən istifadənin miqyasını dəfələrlə kiçildir; bir müddət istifadədən sonra könüllü demontaj edilir, icazə alınarkən xaotik seçilən rənglərdən istifadəyə yol verilmir. Bununla belə, bu xüsusi qeyddə sadalananlar "xxxx" MMC tərəfindən açıq məkanda yerləşdirilmiş vinillərə aid deyildir. Çünki, bu xüsusi dizayn edilmiş vinillər "xxxx" MMC- nin brendinin elementini əks etdirir.
3. "xxxx" MMC tərəfindən qanunun pozulmuş digər tələbi: Qanunsuz reklam yerləşdirilməsi nəticəsində dövlət rüsumu və digər ödənişlər ödənilməmişdir. İcazənin verilməsinə görə "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. Göründüyü kimi "xxxx" MMC qanunvericiliyin bu tələbini də pozmuş, həm dövlət büdcəsinə edilməli ödənişlərdən, həm də digər ödənişlərdən yayınmışdır.
4. "xxxx" MMC tərəfindən qanunun pozulmuş daha bir tələbi: icazəsi olmayan reklamın yayımı dərhal dayandırılmalıdır. Reklam yayıcısı olan "xxxx" MMC açıq məkanda reklam yerləşdirilməsinə görə icazə alınması ilə bağlı Azərbaycan Respublikasının X7nin Bakı Şəhəri Reklam İdarəsinin qərarları ve hərəkətlərini inzibati va ya məhkəmə qaydasında mübahisələndirirsə, bu halda qanunvericiliyin tələblərinə uyğun olaraq mübahisə qanuna müvafiq qaydada həll edilənədək açıq məkanda reklam yerləşdirməməlidir. Müvafiq icazə olmadan açıq məkanda yerləşdirdiyi reklamların yayımını isə dayandırmalıdır. Lakin hazırki iş üzrə inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, "Omid” MMC qanunvericiliyin tələblərini pozaraq müvafiq icazə olmadan açıq məkanda reklam yayımını davam etdirir. Əlavə olaraq daha bir neçə məsələni diqqətinizə çatdırırıq: Bakı İnzibati Məhkəməsi ilkin mərhələdə Azərbaycan Respublikası X7nin Bakı Șəhəri idarəsi tərəfindən "xxxx" MMC-yə qarşı heç bir qanunsuz tələb müəyyən etməmişdir və sonuncu bununla razılaşaraq məhkəmə aktından şikayət verməmişdir. "xxxx" MMC müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cəmiyyət barəsində hər hansı protokolun və ya qərarın qəbul edilməsinin qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən ərizəyə xx.xx.2023-cü il tarixdə baxılmış və ərizənin mümkün sayılmaması barədə 15(112)-515/2023 nömrəli qərardad qəbuİ edilmişdir. Qərardaddan "xxxx" MMC tərəfindən şikayət verilməmiş və qərardad qanuni qüvvəyə minmişdir. Bundan bașqa, "xxxx" MMC cavabdeh Azərbaycan Respublikasının X7nin Bakı şəhəri Reklam İdarəsinə qarşı "ağ vinilə görə iddiaçı barəsində hər hansı inzibati aktın qəbul edilməsinin qadağan edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi hazırda Bakı İnzibati Məhkəməsinin icraaatındadır (2-1(112)- 4383/2024 saylı iş). Həmçinin hesab edirik ki, üzərində "xxxx" MMC-yə məxsus əmtəə nişanında olan elementin (qırmızı və ağ rənglərdən ibarət Omid sözündə olan kvadrat "O" hərfi) əks olunduğu və bütün "xxxx" mağazalarında istifadə olunan vinil növündə reklam daşıyıcılarına görə müvafiq icazə alınması ilə bağlı Azərbaycan Respublikasının X7nin Bakı Șəhəri İdarəsinin hərəkətlərinin əsaslı olub-olmamasına münasibət bildirilməsi inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı çərçivəsində həll edilməlidir. "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair icraatınızda olan inzibati xəta haqqında işlə bağlı isə məhkəmə müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilib-yerləşdirilməməsinə münasibət bildirməli və həmin fakta uyğun qərar qəbul etməlidir. İnzibati xəta haqqında protokoldan və protokola əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC tərəfindən müvafiq icazə olmadan açıq məkanda reklam (həm 2 ədəd 25.72 kv.m. üzərində "xxxx" yazısı olan reklam, həm də 4 ədəd 31.85 kv.m. üzərində əmtəə nişanları əks olunmuş vinil reklam) yerləşdirilmiş və İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Açıq məkanda reklam fəaliyyətinə nəzarətin həyata keçirilməsi məqsədi ilə xx.xx.2023-cü il tarixdə İdarənin əməkdaşları tərəfindən xidməti vəzifələrini icra edən zaman ünvan 2 ünvanında cəmiyyətə məxsus "xxxx" adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklamlar yerləşdirilməsi faktı aşkar edilmiş və hər bir pozuntu təsvir edilməklə akt tərtib edilmişdir. Cəmiyyətin nümayəndəsi tərəfindən qeyd olunan aktın imzalanmasından imtina edilmişdir. Bundan sonra İdarə tərəfindən xx.xx.2023-cü il tarixli məktubla 5 gün ərzində xx.xx.2023-cü il tarixli M**********0024 nömrəli Dövlət rüsumunun ödənişi üçün bildirişə əsasən dövlət rüsumunun ödənilməsi barədə icrası məcburi olan göstəriş göndərilmişdir. Həmin sənəd xx.xx.2023-cü il tarixdə mağaza müdirinin müavini Bilal Süleymanov tərəfindən poçt qəbzinə imza edilməklə qəbul edilmişdir. Reklam yayıcısı yazılı göstərişdə verilmiş müddətin bitdiyi tarixdən sonra göstərişə uyğun olaraq müvafiq icazə olmadan açıq məkanda reklam yerləșdirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi üçün protokol tərtib ediləcəyi, protokolun tərtibində iştirak etmək, izahatlar vermək, sübutlar təqdim etmək və İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş digər hüquqlarının olduğu və bu hüquqlardan istifadə etməsi üçün obyektin yerləşdiyi ünvanda olması barədə məlumatlandırılmışdır. Lakin dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2023-cü il tarixli "icrası məcburi olan göstəriş"in xx.xx.2023-cü il tarixdə "xxxx" MMC tərəfindən alınmasına baxmayaraq, dövlət rüsumu ödənilməmiş və ya reklamların yayımı dayandırılmamışdır. "xxxx" MMC inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə xəbərdar olmasına baxmayaraq, inzibati xətanı törətməkdə davam etmişdir. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi üçün onun barəsində xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinməsi və onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası X7nin Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi Nümayəndə əlavə olaraq bildirmişdir ki, daha öncəki icazələrinə münasibətdə isə ərazidə fəaliyyət göstərən müfəttiş bəzi neqativ hallara görə işdən kənarlaşdırılmışdır və bu hazırda həmin qanunsuz davranışa görə şəxsin məsuliyyətdən yayınmağı üçün əsas ola bilməz. Hər bir halda icazə alındıqdan sonra reklam yayımlamalı, yayımladıqdan sonra mübahisələndirməməli idi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi 12 saylı Vəkil Bürosunun vəkili X6 bildirdi ki, Azərbaycan Respublikası Reklam Agentliyi Bakı Şəhər Reklam İdarəsi "xxxx" MMC barəsində 21 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Aşağıdakı əsaslara görə Azarbaycan Respublikası Reklam Agentliyi Bakı Şəhər Reklam İdarəsinin 21 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəla haqqında protokolunun ləğv edilməsini xahiş edirlər. İlk öncə bildirmək istəyir ki, Azərbaycan Respublikası Reklam Agentliyi Bakı Şəhər Reklam İdarəsi tərəfindən "xxxx" MMC barasində 21 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib edilməsi İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun şəkildə həyata keçirilməmişdir. Belə ki, inzibati orqan tərəfindən protokol tərtib edilən zaman "xxxx" MMC-nin hər hansı nümayəndəsi dəvət edilməmiş, məcəllədə nəzərdə tutulmuş hüquqlar və vəzifələri ona izah edilməmiş, nümayəndənin adından protokola "imtina etdi" qeydi əlavə edilmişdir. Bundan əlavə, inzibati orqan tərəfindən "xxxx" MMC-nin Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 298 ünvanında yerləşən mağazasında yayımlanan reklamlarla bağlı reklam haqqlarının ödənişləri məqsədi ilə hesab faktura təqdim edilmişdir. Qeyd etmək istəyirik ki, inzibati orqan ilə mübahisənin predmeti hal-hazırda mağazaların șüşələrində günəş şüalarından qorunmaq üçün istifdə edilən vinillərin reklam hesab edilib-edilməməsi barəsindədir. Sözügedən dövlət rüsumunun ödənişi üçün təqdim edilən M**********0024 saylı bildirişdə va yayım haqqı ödənişi üçün təqdim edilən M**********0024 sayli Hesab fakturada ödəməli olduqları reklam haqqlarından əlavə hal-hazırda mağazanın pəncərələrinə vurulmuş günəş şüalarından qorunmaq üçün istifadə edilən və "xxxx" mağazalar şəbəkəsinin adına, mənsubiyyətinə, fəaliyyət növünə, ünvanına, iş rejiminə və orada satılan məhsullara dair hər hansı xüsusi məlumatları əks etdirməyən vinilə görə ödənişlər nəzərdə tutulmuşdur. İnzibati Orqana dəfələrlə şifahi şəkildə müraciət etməklərinə, eyni zamanda 17 noyabr 2023-cü il tarixli məktub ilə vinilə görə tətbiq edilən rüsum va yayım haqqları çıxmaqla digər fasad reklamına (12.98 və 12.74 kvadrat metr) görə yenidən Bildiriş və hesab faktura təqdim olunmasını xahiş etməklərinə baxmayaraq, heç bir geri dönüş edilməmiş, ödənişləri həyata keçirməkləri üçün yeni bildiriş və hesab faktura təqdim edilməmişdir. Belə ki, vinilə görə rüsum və və yayım haqqları çıxarılmaqla yeni hesab faktura təqdim ediləcəyi halda, digər fasad reklamına görə ödənişin həyata keçiriləcəyi tərəflərindən inzibati orqana bildirilmişdir. Azərbaycan Respublikası İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə va ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiș şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki șəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə, protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyəti olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli șəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Nümayəndə əlavə olaraq bildirmişdir ki, Reklam Agentliyi tərəfindən verilən hesab fakturada, yalnız agentlik tərəfindən müəyyən edilən məbləğdən başqa məbləğin ödənilməsi mümkün deyildir. Bu səbəbdən Şəxs MMC tərəfindən əmtəə nişanında göstərilən Şəxs emblemi ilə bağlı reklam ödənişinin həyata keçirilməsi mümkün olmamışdır. Həmçinin qeyd etmişdir ki, əvvəllər də Şəxs MMC tərəfindən reklam quraşdırılması ilə bağlı müvafiq rüsumlar sadəcə olaraq Şəxs emblemi ilə əlaqədar ödənilmiş, vinillərə görə Agentlik tərəfindən onlardan əlavə haqq tələb edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası X7nin Bakı şəhəri Reklam İdarəsi tərəfindən tərtib edilmiş 21 dekabr 2023-cü il tarixli, MN1255877 saylı inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanda, xx.xx.2023-cü il tarixində saat 15:42-də Şəxs adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilmiş, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir; Protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şəxs mağazasının yerləşdiyi ümumi göy şüşəli binanın Şəxs mağaza hissəsində açıq çəhrayı vinillər müəyyən edilmişdir. Yayım haqqının ödənişi üçün M**********0001 nömrəli hesab fakturadan görünür ki, açıq məkanda reklam yerləşdirilməsinə dair hesablanmış yayım haqqı 2086,90 (iki min səksən altı manat doxsan qəpik) manat müəyyən edilmişdir; Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, ərizəçi Şəxs MMC tərəfindən Azərbaycan Respublikası X7nin Bakı şəhər Reklam İdarəsinə qarşı “inzibati aktın qəbul edilməsinin qadağan edilməsi” iddiasına dair inzibati iş üzrə “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizənin mümkün sayılmaması qərara alınmışdır. Şəxs MMC tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış iddia ərizəsindən görünür ki, cavabdeh Azərbaycan Respublikası X7 tərəfindən iddiaçı barəsində iddiaçının əmtəə nişanı Şəxs adı altında fəaliyyət göstərən mağazalarında günəş şüalarından qorunmaq üçün istifadə edilən və Şəxs mağazalar şəbəkəsinin adına, mənsubiyyətinə, fəaliyyət növünə, ünvanına, iş rejiminə və orada satılan məhsullara dair hər hansı xüsusi məlumatları əks etdirməyən ağ vinilə görə Şəxs MMC barəsində hər hansı inzibati aktın qəbul edilməsinin qadağan edilməsinə dair qərar qəbul edilməsi xahiş olunmuşdur. (hal-hazırda Bakı İnzibati Məhkəməsinin icraatındadır) Azərbaycan Respublikası X7nin Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi Nümayəndə tərəfindən məhkəmə iclasında təqdim edilmiş fotoşəkillərdən görünür ki: Şəkil 1- üzərinə Omid yazısı olan plastik kartın üzərində kvadrat formalı qara rəngli işarələr vardır. Şəkil 2- həmin şəkildə Omid.mmc yazısı olan qara rəngli fotoşəklin üzərində kvadrat formalı qırmızı rəngli işarələr əks olunmuşdur. Şəkil 3- üzərində www.omid.az yazısı olan ağ rəngli avtomobilin üzərində həmin yazının aşağı hissəsində kvadrat formalı qırmızı rəngli işarələr əks olunmuşdur. Şəkil 4- Omid mağzasının qarşısında dayanmış vəziyyətdə olan ağ rəngli avtomobilin üzərində qırmızı rəngli işarələr əks olunmuşdur. Şəkil 5- üzərində Omid yazısı olan ağ sellofanın üzərində qara rəngli kvadrat formalı işarələr vardır. Şəkil 6- Omid yazısı müəyyən olunmasa da, Araz supermarket və Araz minimarket yazıları müəyyən edilmişdir. Şəkil 7- Bakı şəhəri ərazisində çəkilən binanın aşağı mərtəbəsində yerləşən mağaza şəkillər əks olunmuşdur. Şəkil 8- Bakı şəhəri ərazisində çəkilən fərqli növ mağaza və obyektlərin reklamlarının olması müəyyən edilmişdir. Şəkil 9- Neptun supermarket və Araz supermarket yazılarının olduğu şəkillər müəyyən edilmişdir. Şəkil 10- Bizim market və spar market yazılarının olduğu şəkillər müəyyən edilmişdir. Şəkil 11 - Şəkil 16- fərqli obyektlərin əks olunduğu müəyyən edilmişdir. Şəkil 17- yuxarı hissədə “OMİD mağaza pəncərələrinə vurulan vinil dizaynları” yazıları, aşağı hissədə isə kvadrat formalı qırmızı rəngli işarələr əks olunmuşdur. Şəkil 18 – Şəkil 19- Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən OMİD mağazasının aşağı hissəsində kavdrat formalı qırmızı rəngli işarələr müəyyən edilmiş, həmçinin həmin işarələrin üzərində 20% endirim yazıları müəyyən edilmişdir. Hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi 12 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki: 2021-ci il 31 may tarixli 16№-li protokol ilə təsdiq edilmiş Əməttə nişanının qeydiyyata alınması haqqında qərardan görünür ki, əmtəə nişanı - OMİD, kollektiv nişanyox, həcmi nişan-yox, iddia sənədinin tarixi -xx.xx.2021 Açıq məkanda reklam yerləşdirilməsinə dair İ**********0086 qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli icazədən görünür ki, ünvan 4 ünvanında yerləşən Şəxs MMC-nin digər fasad reklamları, ölçüsü 9.50*1.10 m, reklamın sahəsi 10.45 olaraq müəyyən edilmişdir. Qeyd edilən icazə ilə əlaqədar təqdim edilmiş fotoşəkillərdən görünür ki, hazırki iş üzrə mübahisələndirilən vinillərin üzərində olan kvadrat formalı qırmızı işarələr ünvan 4 ünvanında yerləşən Şəxs MMC-nin mağazasında da müəyyən edilmişdir. Şəxs MMC-nin direktoru Əflatun Cəfərov tərəfindən Azərbaycan Respublikası X5 ünvanlanmış 17 oktyabr 2023-cü il tarixli məktubdan görünür ki, artıq 2 ildən çoxdur ki, Şəxs mağazalar şəbəkəsinin bəzi mağazalarında günəş şüalarından qorunmaq üçün üzərində naxışlar əks etdirən ağ vinildən istifadə edilsə də, son zamanlar həmin vinillərə görə reklam haqqının ödənilməsi tələb edilir. Halbuki, həmin vinillərin üzərində Şəxs mağazalar şəbəkəsinə və ya onun satdığı məhsullara dair hər hansı reklam xarakterli məlumatlar əks etdirilməmişdir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq mağazaların şüşələrində istifadə edilən sözügedən vinillərin reklam daşıyıcısı hesab edilib-edilmədiyi, reklam daşıyıcısı hesab edildiyi halda səbəbləri barədə məlumat verilməsi xahiş olunur. Azərbaycan Respublikası X7 Bakı Şəhəri Reklam İdarəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış 31 oktyabr 2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixli məktubunuza Azərbaycan Respublikasının X7nin Bakı Şəhəri Reklam İdarəsində baxılmışdır. Bildiririk ki, açıq məkana ünvanlanmaqla yerləşdirilmiş vinillər "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci və 26.1-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası"nın 1.5-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 499 nömrəli qərarı ilə təsdiq edilmiş "Reklam qurğularına Texniki Tələblər"in 3.18-ci bəndinə əsasən reklam hesab olunur və həmin vinillərin açıq məkanda yerləşdirilməsinə görə müvafiq icazə alınmalı, dövlət rüsumu və yayım haqqı ödənilməlidir. Belə ki, "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən reklam, reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumatdır. Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən reklam olunan mallar, işlər və xidmətlər (əmtəə), onun fərdiləşdirilmə vasitələri reklam obyekti hesab olunur. Şəxs MMC-nin direktoru Əflatun Cəfərov tərəfindən Azərbaycan Respublikası X5 ünvanlanmış 06 noyabr 2023-cü il tarixli məktubdan görünür ki, 31 oktyabr 2023-cü il tarixli 11-3-1/2-4018/2023 nömrəli cavab məktubunuzda bildirdiyiniz kimi, "Reklam haqqında" Azərbaycan Respublikası qanununa əsasən, reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumat reklam hesab olunur. Həmçinin, sözügedən qanunun digər müddəasına əsasən, reklam obyekti reklam olunan mallar, işlər və xidmətlər (bundan sonra əmtəə), onun fərdiləşdirilmə vasitələri, həyata keçirilən kommersiya və qeyri-kommersiya xarakterli tədbirlərdir. Həmin qanuna əsasən, reklam daşıyıcısı isə reklamın istehlakçıya çatdırılması üçün istifadə olunan daşınmaz və daşınar (o cümlədən ixtisaslaşdırılmış stasionar və səyyar reklam qurğuları, nəqliyyat vasitələri və s.) əmlak, kütləvi informasiya vasitələri, kino, video, audio materiallar və çap məhsulları, telekommunikasiya qurğuları və poçt göndərişləridir. Eyni zamanda, "Reklam qurğularına Texniki Tələblər"in təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 12 dekabr 2016-cı il tarixli qərarına əsasən, Vinil binaların qapı və pəncərələrinin üzərinə vurulan polimer tərkibli yapışqan reklam daşıyıcısıdır. Bildirmək istəyirik ki, tərəfinizdən istinad edilən sözügedən müddəlardan da göründüyü kimi "xxxx" mağazalar şəbəkəsinin mağazalarında günəş şüalarından qorunmaq üçün istifadə edilən üzərində naxışlar əks olunan ağ vinil "xxxx" mağazalar şəbəkəsinin adına, mənsubiyyətinə, fəaliyyət növünə, ünvanına, iş rejiminə və orada satılan məhsullara dair hər hansı xüsusi məlumatları əks etdirmədiyi üçün reklam və ya reklam obyekti hesab edilmir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq hal-hazırda mağazaların şüşələrində günəş şüalarından qorunmaq üçün istifadə edilən və forması bu məktuba əlavə edilən vinillərin reklam daşıyıcısı olub-olmaması barəsində məlumat verməyinizi xahiş edirik. Azərbaycan Respublikası X7 Bakı Şəhəri Reklam İdarəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış 07 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının X7nin Bakı Şəhəri Reklam İdarəsinə daxil olmuş vinilin reklam daşıyıcısı olub-olmaması barədə xx.xx.2023-cü il tarixli 162 nömrəli məktubunuza aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, sizin xx.xx.2023-cü il tarixli 147 nömrəli oxşar məzmunlu müraciətiniz İdarənin xx.xx.2023-cü il tarixli 11-3-1/2-4018/2023 nömrəli məktubu ilə cavablandırılmışdır. Əlavə olaraq qeyd edirik ki, rəngindən asılı olmayaraq vinil Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 499 nömrəli qərarı ilə təsdiq edilmiş "Reklam qurğularına Texniki Tələblər"in 3.18-ci bəndinə əsasən reklam daşıyıcısıdır. Nəzərinizə çatdırırıq ki, müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətin yaranmasına səbəb olur və müvafiq xətanın törədilməsinə görə hüquqi şəxslər 5000 manatdan 10000 manatadək məbləğində cərimə olunur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(103)-1518/2023 saylı qərarından görünür ki, "reklam daşıyıcısı" anlamını, İXM-nin 428.7.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş (açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə) "reklam" anlamında qəbul etmək düzgün deyil, çünki reklamın üzərində əmtəə barədə məlumat verən və rəy formalaşdırmaqla ona tələbat yaradan informasiya mövcud olmalıdır. Yəni üzərində hər hansı bir informasiya olmadığı halda, özlüyündə vinil reklam hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 428.7.1-ci maddəsinə əsasən, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni: 428.7.1. müvafiq icazə olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə; 428.7.2. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının tələblərinə cavab verməyən reklamın açıq məkanda yerləşdirilməsinə; 428.7.3. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.0.1-ci maddəsinə əsasən reklam – reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumat; 2.0.3-cü maddəsinə əsasən reklam obyekti – reklam olunan mallar, işlər və xidmətlər (bundan sonra - əmtəə), onun fərdiləşdirilmə vasitələri, həyata keçirilən kommersiya və qeyrikommersiya xarakterli tədbirlər; 4.1-ci maddəsinə əsasən reklam bu Qanunla qadağan edilməyən üsul və vasitələrlə reklam istehlakçılarının diqqətini əmtəəyə cəlb etməli, əmtəə barədə məlumat vermək və rəy formalaşdırmaqla ona tələbat yaratmalıdır. “Reklam qurğularına Texniki Tələblər”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 dekabr 2016-cı il tarixli, 499 saylı Qərarı ilə təsdiq edilmiş Reklam qurğularına Texniki Tələblərin 3.18-ci maddəsinə əsasən vinil binaların qapı və pəncərələrinin üzərinə vurulan polimer tərkibli yapışqan reklam daşıyıcısıdır. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il 1743 saylı fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi” qaydasının 1.5-ci bəndinə əsasən birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanları, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və ya yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Fotoşəkillərdən göründüyü kimi, binanın üzərinə böyük ölçüdə vinil vurulmuş, həmçinin obyektin adı olaraq "xxxx" sözləri yazılmışdır. Azərbaycan Respublikası X7nin nümayəndəsi Nümayəndə izahatında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən vurulan vinilin reklam daşıyıcısı olmasını vurğulayıb buna görə hər hansı bir ödəniş edilmədiyini bildirsə də, məhkəmə hesab edir ki, "reklam daşıyıcısı" anlamını, İXM-nin 428.7.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş (açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə) "reklam" anlamında qəbul etmək düzgün deyil, çünki reklamın üzərində əmtəə barədə məlumat verən və rəy formalaşdırmaqla ona tələbat yaradan informasiya mövcud olmalıdır. Yəni üzərində hər hansı bir informasiya olmadığı halda, özlüyündə vinil reklam hesab edilə bilməz. Həmçinin Şəxs MMC tərəfindən X5 ünvanlanmış məktublardan görünür ki, 12.74 və 12.98 kvadrat metr ölçülü reklamların rüsumunun ödənilməsi ilə bağlı hesab-faktura tələb olunsa da, lakin X7 tərəfindən ayrıca hesab faktura verilmədiyindən reklamla bağlı ödənişlərin həyata keçirilməsi mümkün olmamışdır. Göründüyü kimi, Azərbaycan Respublikası X7nin nümayəndəsi Nümayəndə tərəfindən reklam daşıyıcısı olaraq vurğulanan vinilin üzərində əmtəə barədə məlumat verən və rəy formalaşdırmaqla ona tələbat yaradan informasiya mövcud olmadığından İXM-nin 428.7.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş (açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə) "reklam" anlayışına daxil edilmir. Eyni zamanda, Şəxs MMC tərəfindən təqdim edilən açıq məkanda reklam yerləşdirilməsinə dair İ**********0086 qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli icazə ilə əlaqədar təqdim edilmiş fotoşəkillərdə hazırki iş üzrə mübahisələndirilən vinillərin üzərində olan kvadrat formalı qırmızı işarələrin ünvan 4 ünvanında yerləşən Şəxs MMC-nin mağazasında əks olunduğu və indiyə qədər İnzibati Orqan tərəfindən sözügedən vinillərlə bağlı hər hansı ödənişin tələb olunmadığı aşkar edilmişdir. Həmçinin, Şəxs MMC tərəfindən İnzibati Orqana ünvanlanmış 17 noyabr 2023-cü il tarixli məktubda vinilə görə tətbiq edilən rüsum və yayım haqqları çıxmaqla digər fasad reklamına (12.98 və 12.74 kvadrat metr) görə yenidən Bildiriş və Hesab Faktura təqdim olunmasının xahiş olunduğu, buna baxmayaraq heç bir geri dönüş edilmədiyi, ödənişlərin həyata keçirilməsi üçün İnzibati Orqan tərəfindən yeni Bildiriş və Hesab Faktura təqdim edilmədiyi müəyyən olunmuşdur. Məhkəmə, Azərbaycan Respublikasının X7 Bakı Şəhəri Reklam İdarəsindən daxil olmuş vəzifəli şəxs Şəxs MMC barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs MMC-nin müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan açıq məkanda reklam yerləşdirilməsi qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Beləliklə, məhkəmə Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi olmadığını nəzərə alaraq hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qəraraaldı:
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata OMİD» MMC-nin əməlində (hərəkət və ya hərəkətsizlik) inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər.
Sədrlik edən: Sülhanə Hacıyeva