Məhkəmə qərarları › İş №3(011)-1211/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1211/2021

13.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1211/2021 13.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyev Şahlar Əliağa oğlunun katibliyi ilə, X1 xx.xx.2021-ci il tarixdə Asanpay.az internet platformasında yerləşən kabinetinə daxil edilmiş EQ seriyalı ******* nömrəli elektron qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində çıxarılmış EQ seriyalı ******* nömrəli elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi X4 ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə o, Mitsubishi Pajero sport markalı avtonəqliyyat vasitəsini almış. Həmin gün avtomobilin icbari sığortasını həyata keçirmək üçün “xxxx” ASC ilə PPA********** nömrəli icbari sığorta müqaviləsini bağlamışdır. Həmin müqavilə xx.xx.2020 tarixdən xx.xx.2021 tarixədək qüvvədədir. xx.xx.2021ci il tarixdə Mitsubishini satıb, Honda Crv markalı avtonəqliyyat vasitəsini almışdır. Həmin gün avtomobilin icbari sığortasını həyata keçirmək üçün “xxxx” ASC ilə PPA********** nömrəli icbari sığorta müqaviləsini bağlamışdır. xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədədir. xx.xx.2021-ci il tarixdə onun Asanpay.az internet platformasında yerləşən kabinetinə İXM-nin 469.3.-cü maddəsi ilə elektron qərar daxil edilib (№: EQ 5496779). İXM-nin 469.3.-cü madddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Maraqlıdır ki, protokolda qərarda qeyd olunur ki, inzibati xəta Honda Crv markalı avtomobili ilə törədilib. Lakin protokola əlavə olunan şəkil Mitsubishi (**-UF-*** dövlət qeydiyyat nişanlı) avtomobili əks etdirir. Şəkil çəkilən vaxtı (xx.xx.2021, 12:34:52) heç alqı-satqı əməliyyatlarına başlanılmamışdır. Bu isə o deməkdir ki, qərarın qəbul edilməsi üçün istifadə edilən mə1umat1ar/maleriallar qeyri-mötəbərdir və qərarın əsasını təşkil edə bilməz. Bütün zəruri əsasları göstərərək, xx.xx.2021-ci il tarixdə sözügedən qərardan asanpay.az saytında olan kabinetindən istifadə edərək şikayət etmişdir. Lakin, 10 günlük müddətin keçməsinə baxmayaraq, şikayətinə dair hər hansı cavab gəlməmişdir. Buna görə də, xx.xx.2021ci il tarixdə Asanpay.az internet platformasında yerləşən kabinetinə daxil edilmiş EQ ******* nömrəli elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə şikayətçiyə və Bakı şəhəri BPİ-nin X6 İdarəsinə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, şikayətçi və Bakı şəhəri BPİ-nin X6 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə şikayətçinin və Bakı şəhəri BPİ-nin X6 İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, iş materiallarından görünür ki, X2 “xxxx” ASC arasında Mitsubishi Pajero sport markalı avtomobilin icbari sığortasını həyata keçirmək üçün 12 aylıq müddətə xx.xx.2020-ci il tarixli PPA********** nömrəli icbari sığorta müqaviləsi bağlanmışdır. İş materiallarından görünür ki, X2 “xxxx” ASC arasında Honda Crv markalı avtomobilin icbari sığortasını həyata keçirmək üçün 12 aylıq müddətə xx.xx.2021-ci il tarixli PPA********** nömrəli icbari sığorta müqaviləsi bağlanmışdır. İş materiallarından görünür ki, X3 Honda Crv markalı, 99UF150 dövlət qeydiyyat nişanlı avtomobillə bağlı inzibati xəta törətdiyinə görə EQ ******* nömrəli protokol əsasında cərimə tətbiq edilmişdir. Protokola əlavə edilmiş şəkildən görünür ki, 99UF150 dövlət qeydiyyat nişanlı avtomobil Honda Crv markalı deyil Mitsubishi Pajero markalı maşındır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 əsassız cərimə olunmuşdur. X1 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən inzibati orqan tərəfindən heç bir sübuta istinad edilməmiş, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən əsassız olaraq onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, şəxsin inzibati xəta törətməsi sübuta yetirilməmişdir. Həmçinin qeyd edilməlidir ki, X3 Honda Crv markalı, 99UF150 dövlət qeydiyyat nişanlı avtomobillə bağlı inzibati xəta törətdiyinə görə EQ ******* nömrəli protokol əsasında cərimə tətbiq edilmişdir. Lakin protokola əlavə edilmiş şəkildən görünür ki, 99UF150 dövlət qeydiyyat nişanlı avtomobil Honda Crv markalı deyil Mitsubishi Pajero markalı maşındır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Bakı şəhəri BPİ-nin X6 İdarəsinin üzərinə qoyulsa da, adı çəkilən orqan X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməli, xx.xx.2021-ci il tarixdə X1 Asanpay.az internet platformasında yerləşən kabinetinə daxil edilmiş EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. xx.xx.2021-ci il tarixdə X1 Asanpay.az internet platformasında yerləşən kabinetinə daxil edilmiş EQ seriyalı ******* nömrəli elektron qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar