Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-1211/2023 16.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Sadıxov Rəfail Adil oğlu Şəxs barəsində toplanmış Azərbaycan Respublikasının İXM-nin 529.2 və 528.1-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2 və 528.1-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 3(011)-1210/2023 və 3(011)-1211/2023 nömrəli materiallar baxılması üçün Xətai Rayon Məhkəməsinin icraata daxil olmuşdur. İnzibati xəta törədilməsi haqqında materialı tədqiq edərək, məhkəmə hesab edir ki, bu işin baxılması Bakı şəhəri Xətai rayon məhkəməsinin səlahiyyətlərinə aiddir və işin hakim tərəfindən baxılmasının istisna edən hallar mövcud deyil. İnzibati xəta haqqında protokollar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilmişdir və işin icraatını rədd edən hallar mövcud deyil. Mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar vardır. İş üzrə vəsatətlər və etirazlar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Barəsində inzibati icraat aparılan Şəxs törətdiyi bir neçə inzibati xəta ilə bağlı iki ayrıayrı inzibati materiallar məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmənin icraatında olan 3(011)-1210/2023 və 3(011)-1211/2023 nömrə inzibati işlərin birlikdə baxılması üçün bir icraatda birləşdirilməli və iş 3(011)-1210/2023 nömrə ilə davam etdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən məhkəmə, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.2 və 528.1-1-ci maddələri tərtib olunmuş inzibati xəta haqqında material baxılması üçün icraata qəbul edilsin. Məhkəməsinin icraatında olan 3(011)-1210/2023 və 3(011)-1211/2023 nömrəli inzibati işlərin birlikdə baxılması üçün bir icraatda birləşdirilsin və iş 3(011)-1210/2023 nömrə ilə davam etdirilsin. İşə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında dərhal baxılsın. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçıları məhkəmə baxışında iştirak etmələri üçün çağırılsın. İşin düzgün və vaxtında həll edilməsinə yönəlmiş digər hərəkətlər edilsin. Hakim Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-1211/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-1211/2023
16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver